Sosial şəbəkələrdəki iş elanlarına aldanmayın! - XƏBƏRDARLIQ
Son zamanlar sosial şəbəkələrdə iş elanlarının çox yayıldığını, bunun üçün xüsusi platformaların yaradıldığını müşahidə edirik. İndiyə qədər adət etdiyimiz ictimai yerlərdə, küçə və prospektlərdə reklam lövhələrinə, divarlara, dayanacaqlara yapışdırılan elanlar artıq elektron mediaya keçib. Bəs görəsən, əksəriyyətin işsizlikdən şikayətləndiyi dövrdə addımbaşı rastlaşdığımız iş elanlarına etibar etmək olarmı?
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Modern.az-a bu barədə danışıb. O qeyd edib ki, sosial şəbəkələrdə, küçə və prospektlərdə rastlaşdığımız iş elanlarında iki məqamla bağlı aldadılmaq ola bilər:
“Birincisi dələduzluq, ikincisi isə insan alverinə, məcburi əməyə cəlbetmə kimi ağır məsələlər ola bilir. Birinci halda, dələduzluqla məşğul olan şəxslər şəhərin müxtəlif yerlərində otaq götürür, ofis adı ilə işlədir. Müxtəlif hissələrə elanlar vururlar, çarəsiz insanlar o elanları görüb, zəng edirlər, müraciət edirlər. Həmin işsiz insanlar anket doldururlar, hətta həmin anket üçün 10-20 manat civarında pul da ödəyirlər. Çox da böyük məbləğ olmadığına görə, insanlar aldandığını anlayanda şikayət etmir, bu işdən əl çəkirlər. Amma düşünün ki, bu kiçik məbləğləri gün ərzində, ay ərzində müraciət edən insanlardan toplayan həmin dələduzlar böyük məbləğlərlə pul qazanırlar.
Kütləvi şikayət olarsa, dələduzluqla bağlı həmin şəxslərə cinayət açıla bilər. Tək-tək müraciət etdikdə isə ərizə yazılması, sorğu-sual, get-gələ düşməsi həmin şəxslərin bir qədər də əziyyət çəkməsinə səbəb olar”.
S. Məmmədov xüsusi vurğulayıb ki, xaricdə iş təklifi ilə bağlı elanlara daha ehiyatlı yanaşmaq lazımdır:
“Baxırsan ki, xaricdə iş təklif edirlər. Xarici dil tələbi yox, ali təhsil olmağı vacib deyil, maaş da yüksəkdir. Bu kimi elanlarda insan alveri, məcburi əməyə cəlbetmə halları ilə qarşılaşa bilərsiniz. Maraqlanmaq, etibarlı mənbələrdən məlumat almaq istədikdə, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin 152 saylı “qaynar xətt”inə zəng edə bilərlər. Yaxud internetdən Beynəlxalq Miqrasiya Təşkilatlarının ünvanını əlaqə vasitəsini tapmaq olar. Elanda qeyd edilən işədüzəltmə agentliyinin, yaxud işə götürəcək müəssisənin olub-olmadığını bu yollarla araşdırmaq mümkündür.
İşədüzəltmə kimi məsələlərdən istifadə edib, insanları aldadan qüvvələrlə köklü mübarizə aparmaq asan deyil. İnsanlar maariflənməlidirlər. Məsələn, anlamaq lazımdır ki, heç bir ciddi işədüzəltmə agentliyi anket doldurulmasına görə ödəniş tələb etməz. İnsanlar dələduzu, fırldaqçını ciddi müəssisələrdən ayırd etməyə çalışmalıdırlar”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:11-03-2019, 12:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:11-03-2019, 12:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24