Ülvi Quliyevi KİMLƏR HƏDƏFƏ ALDI... - İLGİNC
Sabah Milli Mətbuatın yaranmasının növbəti ildönümünü qeyd edəcəyik. Amma bəlli səbəblərdən məmləkətdə həmklarlarımzı tənqid edənlər təbrik edənlərdən daha çoxdur. Çünki artıq nə qədər qaba müqayisə olsa da mediada at izi it izinə qarışıb. Ölkədə peşəkar jurnalistlər bir yana, mübtədadan xəbərə qədər doğru-dürüst cümlə qura bilənlərin sayı mini ötməsə də jurnalist vəsiqəsi gəzdirənlərin sayı yüz minlərlədir. Bu azmış kimi sosial şəbəkələrdəki sərbəstlik vəziyyəti daha da qəlizləşdirib və insanların şərəf-ləyaqətinə, işgüzar nüfuzuna amansız təcavüz adi hal alıb.
Elə millət vəkili Ülvi Quliyev də ötən gün belə bir haqsızlıqla üzləşib. Belə ki, dünən sosial şəbəkələrdə guya Ülvi Quliyevin hansısa Qarabağ Qazisinə göndərdiyi qurbanlıq ətin yararsız olması ilə bağlı fotolar yayıldı. Həmkarlarımızsa yayılan fotoların və yazılan tənqidi şərhlərin üzünü-astarını araşdırmadan onu günün baş xəbəri kimi manşetlərindən verməklə savab əməllər üçün ilahi fürsətlər yaranan bu müqəddəs bayram günündə çox böyük günaha batdılar.
Dəyərli oxucular! Ona görə günaha batdılar yazdıq ki, bu bayram və istirahət günündə Moderator.az əməkdaşları canlarına cəfa basaraq məsələni araşdırmağa çalışıblar və bəlli olub ki, iddialar tamamilə cəfəngiyyatdır. Öyrənə bilmişik ki, doğrudan da Şəhid ailələrinə, Qarabağ Qazilərinə və Yasamal rayonun aztəminatlı ailələrinə qurbanlıq ətlə bərabər 2 min bayram sovqatı göndərilib və bunu İcra hakimiyyəti və Yasamal Bələdiyyəsi təşkil edib. Bu azmış kimi, bütün sovqatların üzərində də Yasamal Bələdiyyəsi yazılıb. Amma bulanıq suda balıq tutmaq həvəsinə düşən kimlərsə könül bulandırmaq üçün Ülvi Quliyevi dilə-dişə salmaq üçün bu bayram gününü fürsət bilib. Biz həmin iddiaları sosial şəbəkələrə ötürən xanım "JEK" işçisinin nömrəsini əldə etsək də, dəfələrlə etdiyimiz zənglərə baxmayaraq, telefona cavab verən olmadı. Adı hallandırılan Qarabağ Qazisi isə belə bir olayın yaşanmadığını bildirməklə əslində stəkanda fırtına yaratmaq istəyənlərin hansı çirkin niyyət güddüklərini isbatlamış oldu.
Bizim əsas gileyimiz mediadakı həmkarlarımızadır. Diqqəti cəlb edib oxucu toplamaq üçün çoxsaylı alternativlər olduğu halda nədən bu bayram günlərində belə bir yanlışlığa və günaha yol verirlər? Niyə yoxlanılmadan hansısa "qara piar" makinasının fitnəsinin epidemiya kimi yayılmasına şərait yaradırlar? Niyə dəxli olmadığı halda bir millət vəkilinin adını hallandırmaqla kimlərinsə əkməyinə yağ sürtürlər?
Yeri gəlmişkən, bayram və istirahət günü olsa da, deputat Ülvi Quliyevə də zəng edib onun da fikirlərini öyrənmək istədik, ancaq onun da telefonuna cavab verən olmadı. Görünür, kəmfürsətlər deputatın bayram ovqatını təlx ediblər deyə abırınıa qısılıb susmağa üstünlük verib. Amma bayramdan sonra bu məsələnin üzərinə gedəcəyik və adı hallanan deputatın da fikirlərini öyrənməyə çalışacağıq. //moderator.az//
Paylaş:
Müəllif : Fuad
Tarix:21-07-2021, 08:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:21-07-2021, 08:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti