Fuad Abbasovun atası: "Oğlumun deportasiya edilməsi ilə bağlı məsələ ermənipərəstlərin hiyləsidir"
"Fuad Abbasovun deportasiya edilməsi ilə bağlı məsələ ermənipərəstlərin hiyləsidir. Burada bəzi azərbaycanlıların da rolu var".
Bunu Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovun atası Malik Abbasov Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiyada bəzi Azərbaycan diaspor rəhbərləri Azərbaycan xalqı üçün müsbət addım atmayıb:
"Fikir vardı ki, Rusiyada yaşayan azərbaycanlılara lider seçilsin. Burada namizədliyi təklif olunanlar arasında Fuad Abbasovun da adı vardı. Çünki Fuadın Rusiyada yaşayan azərbaycanlılar arasında hörməti böyükdür. Amma Fuad demişdi ki, Rusiya vətəndaşı deyil, ona görə də bu, mümkün olmaz. Buna baxmayaraq, bəzi diaspor liderləri Fuada qarşı təxribat hazırladılar, nəticə də belə oldu. Əminəm ki, bunu Fuada qarşı hazırlayanlar Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin Moskva Regional bölməsinin sədri Ağadadaş Kərimov və Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzərRos) prezidenti Mehriban Sadıqovadır".
M.Abbasov qeyd edib ki, həm ölkə daxilində, həm də xaricində azərbaycanlıların təhlükəsizliyinin qarantı Azərbaycan hökumətidir:
"Azərbaycan hökumətinə müraciət edirəm, Fuad Abbasovu müdafiə etsinlər! Bu müdafiə dövlət tərəfindən olmalıdır. Fuad Abbasov ya sərbəst buraxılmalı, ya da Azərbaycana göndərilməlidir. Ehtimal edirik ki, o, şərlənə bilər. Buna görə də məsələ tezliklə həll edilməlidir".
F.Abbasovun atası Azərbaycan Milli Məclisinin deputatı Araz Əlizadəyə də cavab verib:
"Araz Əlizadə Azərbaycan üçün nə edib ki? Fuad Abbasov Rusiyada azərbaycanlıların maraqlarını qoruyurdu".
Rusiya Federal Təhlükəsizlik Xidmətinin təqdimatı əsasında Ximski şəhər məhkəməsi Fuad Abbasovun 50 il müddətində Rusiya ərazisinə girişinin qadağan edilməsi ilə bağlı qərar çıxarıb. Moskva vilayət məhkəməsi də F.Abbasovun apellyasiya şikayətini təmin etməyib. O, buna etiraz olaraq aclıq aksiyasına başlayıb.
Paylaş:
Müəllif : Redaktor
Tarix:9-06-2019, 14:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:9-06-2019, 14:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07