«Maaşım 250 manat idi, atamdan 50 manat alıb kirayə ödəyirdim» – «Veysəloğlu»nun sahibi biznesini belə yaradıb
Azərbaycanda əksər iri biznes qrupların yaşı 25-i keçməsə də, onların kifayət qədlər maraqlı tarixi var. Hazırda bazarda böyük paya sahib olan bir sıra şirkətlər vaxtilə kiçik biznes kimi fəaliyyətə başlayıblar. Onlardan biri də hazırda Azərbaycanın ən böyük biznes təşkilatlarından olan Veysəloğlu Şirkətlər Qrupudur.
Fəaliyyətinə 1994-cü ildən başlamış «Veysəloğlu» şirkətinin əsası Aydın və İlqar Talıbov qardaşları tərəfindən qoyulub.
Əsasən qida məhsulları, təmizlik vasitələri və s. məhsulların təhcizatını və satışını həyata keçirir, şirniyyat məhsulları (şokolad, un məhsulları və s.), mineral sular istehsal edir.
Hazırda Qrupa «Veysəloğlu Distribyusiya», «V-Trade» topdansatış, «Vesta-Horeca», «ARAZ» və «OBA» marketlər şəbəkələri, «ULDUZ» konditer fabriki, «AVT Logistika», «XONÇA», «ENTRÉE Azərbaycan» kafeləri və Gürcüstanda fəaliyyət göstərən «VG» distribyusiya şirkəti daxildir.
Bir neçə gün əvvəl ölkədə ilk dəfə olaraq Veysəloğlu Qiymət İndeksini açıqlayan şirkətin Müşahidə Şurasının sədri Aydın Talıbov FED.az-a biznesinin yaranması tarixini bölüşüb.
- Mən İnşaat Mühəndisləri Universitetini bitirmişəm. Əslində marağım riyaziyyat-fizika sahəsinə idi və universitetin tətbiqi riyaziyyatına getmək istəyirdim, amma getmədim, çünki ailəmin maddi vəziyyəti elə idi ki, hökmən inşaatı bitirməli, gəlib «prorab» olmalıydım ki, pul qazanıb ailəmi dolandırım.
Ali məktəbdə bizə inşaatla yanaşı, kapitalzmi də çox yaxşı öyrətdilər. Bizə Marksın nəzəriyyələrini izah edirdilər, onları mən çox sevərdim və kapitalizmin nə olduğunu da yaxşı öyrəndim. Doğrudur, sovet dövründə kapitalizmi pisləyirdilər, amma onun nə olduğunu doğru-dürüst öyrədirdilər.
1990-cı illərin əvvəllərində SSRİ dağıldı. Mən həmni vaxt artıq 2-3 il idi ki dövlət işində, tikinti sahəsində işləyirdim, maddi vəziyyətimiz çətin idi, ayda 250 manat maaş alırdım, bu bizi görmürdü, hər ay atamdan 50 manat da alıb kirayə haqqını verirdim. Atam da bu 50 manatı verəndə ara-sıra mənə eşitdirirdi ki, institutu bitirdin, amma hələ pul qazanmağı öyrənməmisən. Təsəvvür et, universiteti bitirmisən, əlaçı olmusan, indi dolana bilmirsən.
- Necə oldu ki, biznesə başladınız?
- Sonradan İran yolu, bir müddət sonra isə Türkiyə ilə sərhəd açıldı, həmin vaxt artıq ermənilər Meğri yolunu bağlımışdılar və işlər, inşaat dayanmışdı.
Qərara aldım ki, alış-verişə, ticarətə başlayım. Atam əvvəlcə icazə vermədi, dedi ki, sən institutda oxumusan, alverçi olmamalısan, dövlət işində çalışmalısan və sair. Evdə mübahisələr başlandı (gülür). Atama dedim ki, qəbul etməliyik ki, sosializm artıq yoxdur, biz artıq kapitalizmdə yaşyırıq, mən kapitalizmi oxumuşam, burada (yəni kapitalizmdə) dayanmaq olmaz.
Ona görə də mənim qarşımı kəsmə, bu işlə məşğul olacam. Atam hətta məndən incidi, bir müddət danışdırmadı, amma mən iş yerimi atıb kapitalizm dövrünün qaydalarına keçdim, biznesə başladım.
- Yəni xaricdən mal idxal edib satılması biznesi ilə?
- Bəli, şirkətin fəaliyyətinin ilk illərində qida məhsulları fərdi yolla, əl yükləri vasitəsilə Türkiyədən Azərbaycana gətrilərək satılırdı. Biz xariclə kiçik ticarətlə məşğul idik. Həmin dövrdə manat durmadan dəyərdən düşürdü, məzənnəsi hər dəqiqə aşağı gedirdi, güclü inflayasiya vardı, amma mən bunu hesablaya bilirdim. Yəni universitetdə aldığım biliklər işimə yarayırdı. İllər keçdikcə bu ticarət böyüdü, yüklərin TİRlarla daşınmasına başlandı.
1994-ci ildə ilk dəfə Türkiyədən TİR-lə mal gətirdik. 8 min dollar pulumuz vardı və mən qərar verdim ki, artıq TİR-lə mal gətirməyin vaxtı çatıb. O avtomobil Türkiyədən və İrandan Bakıyə 10 günə gəldi və bu müddətdə biz Allah bilir nə çəkdik. Çox narahat idik ki, bir hadisə olar, maşın gəlib çatmaz, zəhmətimiz bitar.
Amma şükür ki, hər şey qaydasında oldu və biz 1994-cü ili «Veysəloğlu» şirkətinin yaranması kimi qeyd edirik. Ondan sonra bu proses davam etdi, idxalı genişləndirdik, sonra anbarlar icarəyə götürüldü, satış-dağıtım sistemi quruldu, distribyusiya fəaliyyəti yaradıldı və s.
- Şirkətin adı necə yarandı?
- «Veysəloğlu» mənim atamın adını göstərir – mən Veysəlin oğluyam. Biz şirkəti qardaşımla birlikdə qurmuşuq. Ona qədər bir şirkətimiz vardı - «Aydın kiçik müəssisəsi». Amma onu quranda dedim ki, bu doğru paylanmalıdır, ikimiz də Veysəloğluyuq, belə daha ədalətli olar. Beləcə şirkətin adı «Veysəloğlu» oldu, belə cə də davam etdi.
- «Veysəloğlu» məhsul istehsalına nə vaxt başladı? - 2000-ci ildən sonra isə Türkiyə deyil, başqa ölkələrdən də idxal etməyə başladıq. Bir müddət sonra isə artıq idxal olunan bir sıra malların ölkə daxilində istehsalı ideyası gündəmə gəldi. 2001-ci ildə ilk yerli istehsal müəssisəmizi – «ULDUZ»u yaratdıq.
İstehsala başlamağımızda əsas məqsəd cəmiyyətə, ölkəmizə faydalı olmaq istəyi idi. Alıb satırıq, qazanırıq, əslində işimiz o vaxt da, indi də dəyişməyib. Necə deyərlər, 1-ə alıb 1,30-a satırıq, sadə desək işimiz budur. Bu prosesə maliyyə cəhətdən baxanda çox sıxıcı işdir. Bizim üçün əsas məsələ - yaşadığımız ölkənin xalqın həyatını necə asanlaşdırmaq olar, ona necə xidmət edə bilərik. İdxal fəaliyyətimiz yenə də davam edir, amma artıq istehşsalımz da var. «Ulduz» şokolad fabriki, «Sirab» və sair.
- Necə oldu ki, «Araz» supermarketləri şəbəkəsi yarandı?
- Əslində Azərbaycanda ilk supermarket zəncirini 1990-cı illərdə mərkəzi Maştağada yerləşən «Xəyal» şirkəti yaratmışdı, 30-dan artıq marketi vardı. Biz hələ o vaxt «Veysəloğlu» olaraq onlara mal tədarük edirdik. «Xəyal» bu işə başa çatdıra bilmədi, bundan sonra bazarda «Almalı» marketlər şəbəkəsi yarandı. «Almalı»nın 40-a yaxın marketi vardı və biz «Vesəloğlu» olaraq onlara da mal tədarük edirdik. Onlar da müflis oldular. Paralel olaraq biz də bu prosesləri izləyirdik. Mən xüsusilə «Almalı»nın iflasını yaxşı araşdırmağa çalışırdım, istəyirdim biləm, onların problemi nədə oldu, nəyi səhv etdilər.
«Almalı» da bazardan çıxandan sonra biz fikirləşdik ki, bəlkə bu sahəyə biz də daxil olaq. Xatırlayıram, Türkiyədən bir qonağım gəlmişdi, uşaq bezinin istehsalçısı idi, mənimlə söhbət edəndə dedi ki, «Aydın bəy, gözəl iş qurmusunuz, inkişafınız var, bazara hakimsiniz. Amma sənə yaraşmaz ki, 3 il sonra gedib marketin qarşısında növbə gözləyəsən. Amma sən pərakəndə bazarına daxil olmasan, əvvəl axın növbədə dayanacaqsan». Bu söz məni tutdu. «Almalı» və «Xəyal»ın da təcrübələrini bir daha yada salıb qərara gəldik ki, biz də bir market açaq.
- İlk marketi harada yaratdınız?
- İlk marketi 8-ci kilometr qəsəbəsində işə saldıq, bazarın arxasında bir mağazanı kirayəyə götürdük, onu «Bol market»adlandırdıq. Amma 5-6 aydan sonra 300 min manat zərərlə o mağazanı bağladıq və mən qərar verdim ki, bir də bu sahəyə girişməyəcəyik.
Amma bir il sonra yenidən bu bazara daxil olmağı qərara aldıq. Bizim 80 yaşlı kanadalı Mark adlı təlimçimiz vardı. O bizi Rusiyadan olan Yevgeniy bir iş adamı ilə tanış etdi, onlarla danışdıq ki, Azərbaycanda ortaq market şəbəkəsi açaq. Gedib Gürcstan təcrübəsini, buradakı marketlər şəbəkəsini öyrəndik, amma elə hazırlıq mərhələsində Yevgeni müflis oldu, mənə zəng etdi ki, mən bu işə görə bilməyəcəm, bankrotam.
Bundan sonra mən türkiyədə bu işin mütəxəssislərindən biri olan şəxsə müraciət etdim, və onun da 15%-lə ortaq olması şərti ilə market şəbəkəsi yaratmağı qərara aldıq, beləcə 2011-ci ildə «Araz» marketlər şəbəkəsi işə düşdü.
Yeri gəlmişkən, «Araz»a ad fikirləşmək üçün bir neçə ayımızı sərf elədik. Türkiyədən bir dostum mənə dedi ki, Azərbaycanda çoxsaylı toponimlər, ərazi adları var, onlardan istifadə edə bilərsən. Başa düşdüm ki, bu milli ad olmalıdır. Axıra «Aran» və «Araz» adları qaldı. Uzun müzakirədən sonra «Araz» adını seçdik.
- Əvvəlki market şəbəkələrinin zərərlə işləyib müflis olmasından sonra «Araz»da işlər necə getdi?
- Elə ilk aydan zərərlər başladı, cəmi 3 market açılmışdı, ayda 50 min zərər edirdik. Market sayını 7-yə qaldırdıq, zərər də ayda 100 min manata yüksəldi. Mən də artıq ortağımdan öz payını yatırmağı tələb edirdim (gülür) ki, bu işdən qurtaraq. Yeri gəlmişkən onun da Türkiyədə 40 marketi vardı və elə həmin vaxtlarda xəbər gəldi ki, onun da şəbəkəsi müflis olub və beləliklə o da bizdən ayrıldı. Həmin vaxt marketlərimizin sayı da, zərəri də artmışdı.
- Zərər hansı həddə idi?
- 2015-ci ilin avqust ayında «Araz» marketlər şəbəkəsinə gedib vəziyyətlə tanış olduq, bizə təqdimat etdilər və məlum oldu ki, «Araz» ayda 500 min manat zərərlə işləyir. Yəni əvvəllər 100 min manat olan aylıq zərər indi artıq 500 min manat olmuşdu. 500 min manatlıq zərər göstəricisi mənim hoka saldı. Biz müflisləşməyə imza atmalı idik. Çünki ortada rəqabət vardı və biz bəzi məsələlərdə ciddi səhvlərə yol verirdik. Qaldıq 18 market, ayda 500 min manat zərər və mən. Təsəvvür edin, ortaya 12 milyon manat kapital qoyuluşu var və mən də market işini bilmirəm.
- Bəs vəziyyətdən necə çıxdınız?
- Vəziyyətdən çıxmaq üçün marketçiliyi öyrənməyə başladıq. Buraxılan səhvləri düzəltdik və artıq 6 aydan sonra zərəri sıfıra endirdik, daha sonra isə müsbətə keçdik. Yəni biz gerçək rəqabətin içərisindəyik. Kapitalizmdə başqa yol yoxdur - amansız rəqabət var, kimlərsə iflas etməli və bazardan çıxmalıdır. Bu rəqabətdən qazanan yeganə tərəf xalqdır. Rəqabət olmayanda isə xalq da uduzur, şirkət də, çünki tənbəlləşib zəifləyir.
- Bəs «Oba» necə oldu ki, yarandı?
- Bizim «Oba», yəni diskaunt, endirimli satış layihəmiz əvvəlcədən vardı. Yəni əslində «Araz»dan əvvəl biz diskaunt şəbəkəsini qurmaq istəyirdik. Müxtəlif ölkələrdə belə şirkətlərin necə işlədiyini də araşdırmışdıq. Amma o vaxt bu prosesi axıradək başa düşə bilməmişdik, ona görə də ilk olaraq supermarketlər layihəsindən - «Araz»dan başladıq.
«Oba»ya ad seçərkən belə bir şərt qoyduq ki, ad milli, eyni zamanda qısa olmalıdır. Yenə də Azərbaycanın toponimləri və qədim adlardan biri ilə bağlamalıydıq. Çox variantlardan sonra «Oba»nın üzərində dayandıq. «Oba»da işlər əvvə yaxşı başladı, amma 5 yaşına çatanda onda da problemlər yarandı. Bütün komanda toplanıb onu qurtardıq, necə ki, «Araz»ı 5 yaşında xilas eləmişdik. Ümumiyətlə xaricdə belə bir deyim var ki, 10 ili başa vuran biznes ömürlük yaşayacaq.
- Aydın müədllim, necə olur ki, «Oba» marketlərində qiymətlər bu qədər ucuzdur? Bəziləri bu ucuzluğa görə buradakı malların keyfiyyətinin aşağı olmasından şübhələnir...
- Baxın, biz bəzən müştərilərdən inciyirik, ucuz mal verdiyimizə görə bizi pisləyirlər, bildirirlər ki, bəlkə mal keyfiyyətsizdir, ona görə ucuzdur? Bəlkə də bizim mentalitetdə düzəlməli olan bir nöqtə var - hər şeyə şübhə ilə yanaşırıq. «Oba»da malları ucuz satmağımıza gəlincə – biz bu işi qurmuşuq, bütün məsələləri nəzərə almışıq, burada maliyyəyə təsir edən çoxsaylı amillər var. Bunların hamısının öhdəsindən gəlmək üçün nələrdən keçirik...
«Oba» ona görə ucuzdur ki, öz satdığı məhsulların 30%-ni özü idxal edir. Bazarda o mallar ancaq «Oba»da var. Nəticədə «Veysəloğlu»kimi şirkətlərin öz məhsullarının üzərinə qoyduğu marjanı silir və bəzi mal çeşidlərində 18-20% ucuzlaşmanı yarada bilir.
- Bəziləri bildirir ki, «Oba» onu görə ucuzdur ki, «Veysəloğlu» öz gətirdiyi məhsulları «Oba»ya daha aşağı qiymətlə satır və o biri marketləri çökdürməyə çalışır. Buna nə deyə bilərsiniz?
- Bu da qətiyyən həqiqətə uyğun deyil, baxın, «Veysəloğlu» idxalçıdır, «Oba» satıcı. Mən onların hər ikisində payçıyam, amma bizim «Veysəloğlu»nda elə payçılarımız var ki, onlar «Oba»da payçı deyillər. Mənim haqqım çatmır ki, «Veysəloğlu»nun malını «Oba»ya ucuz satım. Bizim strukturumuz, ortaqlıq sistemimiz buna imkan vermir. «Veysəloğlu»nun SEO-su bütün marketlərə, o cümlədən «Oba»ya da məhsulu karlı qiymətə satmaq istəyir.
Ümumiyətlə, biz pərakəndə ticarətə daxil olanda çox narahat idik ki, «Veysəloğlu»nun mühşğtəriləri bizdən inciyəcək ki, bu sahəyə daxil olaraq onlara rəqib yaratdıq. Ona görə də qiymət məsələsinə son dərəcə həssəs yanaşırıq və məhz bu səbəbdən «Veysəloğlu» demək olar ki, müştəri itirmədi. Biz hətta digər müştərilərə fakturaları da açıb göstərə bilərik ki, bu «Oba»nın, bu da «Araz» marketin qiymətləri.
Bir vacib məqam da var - «Araz»da və «Oba»da «Veysəloğlu» şirkətinin idxal etdiyi məhsulların payı ümumi məhsulların 10%-nə çatmır. 90% başqa şirkətlərin məhsullarıdır.
- «Oba» da satılan malları «Araz» marketlərdə də sata bilərsiniz. Belə olan halda yeni bir şəbəkəyə nə ehtiyac vardı?
- Ümumiyyətlə «Araz»la «Oba»nın ikisinin bir yerdə birgünlük müştəri sayı 640 min nəfərə çatır, elə dünən
«Oba»nın 320 min müştərisi olub. Bu o deməkdir ki, 320 min nəfər onu seçib. Bizə çoxsaylı müraciətlər daxil olur ki, niyə bizim yanımızda «Oba» açılmır. Hətta Naxçıvandan belə tələbat gəlir, biz bununla əhaliyə seçim veririk. Bu marketlər şəbəkəsinin yaşayıb-yaşamamasına qərarı əhali verir. Bizim işimiz tələbatı doğru dəyərləndirib ona uyğun təklif verməkdir.
Ümumiyyətlə isə supermarketlər şəbəkəsinin əhəmiyyəti ondan ibarətdir ki, əgər şəbəkələr olmasa (on il əvvəl olduğu kimi), adi marketlər gedib, məsələn, Gədəbəydə yerli istehsalçıdan kartofu alıb gətirə bilməzlər. Onların buna sadəcə gücü satmayacaq. Nəticədə yerli istehsalçılar ancaq bazarların ümidinə qalacaqlar və onların məhsulları bazardlarda çürüyəcəklər. Bizim «Araz» və «Oba» üçün yaratdığımız satış komandası isə indi rayonlarda yerli məhsulları yığmaq üçün istehsalçılarla görüşürlər.
Digər tərəfdən, son vaxtlaradək Azərbaycanın bəzi şirniyyat istehsalçıları bizneslərin bağlayıb satırdılar. Çünki mallarını paylaya bilmirdilər, paylayanda da pulunu yığa bilmirdilər. Tək-tək mağazalarla bunu eləmək asan deyil. «Oba» ortaya çıxandan sonra isə bunlar bizneslərini böyütməyə başladılar. Çünki onlar mallarını «Oba»ya təhvil verirdilər, bir yerdən də pullarını alırdılar. Qalan işi «Oba» görür. İstehsalçı isə yalnız öz işi ilə – istehsalı məşğul olur. Beləliklə, şəbəkə marketləri istehsalçılarla, kəndlilərlə və sənaye ilə əhali arasında önəmli bir zəncirə çevrilib. Bu da onların inkişafına bir təkandır.
- Hazırda «Veysəloğlu»nun nə qədər əməkdaşı var?
- Dediyim kimi, 2015-ci ildə şirkətimizdə 4600 nəfər çalışırdı, indi 17 min nəfərdir. Biz ildə 2-3 min iş yeri yaradırıq. Hər il ciddi kapital qoyuluşu edirik. Onun mənbəyi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) və yerli banklardır. Bu məbləğlər 100 milyonlar ətrafındadır. Yeri gəlmişkən, biz AYİB-lə yanaşı, yerli banklar, o cümlədən Türkiyə bankları ilə də işləyirik, onlar AYİB-lə kredit şərtlərində ciddi rəqabətdədirlər və kredit portfelimizdə yerli banklar Avropa bankından daha artıqdır.
- Belə geniş şəbəkənizə və işçi sayına baxmayaraq son illərə qədər sizin şirkət barədə məlumat demək olar ki, yox idi...
- Açıq deyim, 2015-ci ilədək biz mediaya bağlı idik. Bizdən yazmayın, bizi soruşmayın, bizimlə işiniz olmasın - qapalı bir şirkət idik. Düşünürəm ki, o strategiya kifayət qələr yaxşı idi və onun sayəsində biz bu günə gəlib çıxmışıq.
Təsəvvür edin, 4-5 il əvvəl iqtisadiyyat nazirliyi ilə bir problemimiz barədə danışırdıq, onu həll etmək istəyirdik, məndən işçilərimizin sayını soruşdular. Bildirdim ki, rəsmi olaraq 4600 nəfər, inanmadılar. Soruşdular onda niyə indiyədək sizi tanımamışıq, dedim bəlkə də biz özümüz istəməmişik, ona görə.
2015-ci ildən sonra isə qərar verdik ki, qapalılıqdan çıxmalıyıq. Çünki istəyirik bizim haqqımızda yanlış yox, doğru məlumatlar verilsin.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-07-2021, 09:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:22-07-2021, 09:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24