reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ucarda Vətən müharibəsi Şəhidinin ad günü qeyd edildi

reklam

Ucarda Vətən müharibəsi Şəhidinin ad günü qeyd edildi


RegionXəbərləri.com xəbər verir ki, 22 iyul 2021-ci il tarixində ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Rəcəb Xalid oğlu Məmmədovun ad günü şəhidin məzarı önündə və evində, rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, YAP Ucar rayon təşkilatı aparatının əməkdaşları, rayon sakinləri və şəhidin ailə üzvləri, ağsaqqallar və dindarlarla birlikdə qeyd olundu.
Öncə şəhidin məzarını ziyarət edərək məzarı üzərinə gül-çiçək dəstələri düzüblər.
Anım mərasiminin iştirakçıları Rəcəb Məmmədovun həyat yolundan danışıb, vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını qeyd ediblər.Öz canını vətən uğrunda fəda edən igid oğullardan biri olan şəhid Rəcəb Məmmədov 9 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində düşmənə qarşı aparılan döyüşlərdə düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.
Şəhidimiz döyüşlər zamanı göstərdiyi igidliyə və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” , “Suqovşanın azad olunmasına görə”  və “Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

Fuad Hüseynov
RegionXəbərləri.com







 






Paylaş:


Müəllif : Tarix:
22-07-2021, 14:05
Sikayət   


loading...
Загрузка...