Azərbaycan Laçın və Kəlbəcərdə hərbi mövqelərini möhkəmləndirir – ŞƏRH
Azərbaycan dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətində hərbi mövqelərini möhkəmləndirir. Prezident İlham Əliyev iyulun 22-də AzTV-yə müsahibəsində deyib ki, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir.
İlham Əliyev qeyd edib ki, bu zamana qədər sərhədə gedən istiqamətdə (Laçın və Kəlbəcər) yol olmayıb.
İndi çəkilən həmin yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Bu yollar hərbi təminatın gücləndirilməsi və optimallaşdırılması baxımından çox önəmlidir.
Eyni zamanda sərhəddə baş verə biləcək təxribatlara qarşı çevik addımlar atmağı stimullaşdıracaq.
Dövlət başçısı bildirib ki, payız aylarına qədər həmin ərazidə yolların çəkilməsi davam etdiriləcək.
“İndi qış gələnə qədər - qış da oktyabr ayında gələcək, - oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır”, - deyə İlham Əliyev əlavə edib.
Prezidentin sözlərinə görə, strateji, sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var.
Azərbaycan may ayından etibarən Ermənistanla dövlət sərhədlərini müəyyənləşdirir, proses zamanı insidentlər də qeydə alınıb.
İlham Əliyevin açıqlaması dövlət qarşısında yeni çağırışlar qoyur, artıq Laçında, Kəlbəcərdə, Qubadlıda, Zəngilanda dövlət sərhədinin xətləri – tikanlı məftillər çəkiləcək və bu istiqamətlərdə sərhəd mühafizəsi gücləndiriləcək.
Bu isə Ermənistanın ehtimal olunan hər hansı təxribatını neytrallaşdıracaq.
Laçın və Kəlbəcər mühüm strateji əhəmiyyətə malik rayonlardır, Azərbaycan dövlətinin bu ərazilərdə hərbi mövqelərini möhkəmləndirməsi isə həmin ərazilərin strateji önəmini daha da artıracaq.
İndi Ermənistan düşünməlidir: Proses ağrılı keçsə də, keçməsə də, Azərbaycan öz suveren sərhədlərini bərpa edir və Bakı prosesdə heç bir təxribata əl atmır.
Sərhədlərin müəyyənləşməsinə qarşı çıxan və prosesi tündləşdirən İrəvanın qeyri-konstruktiv mövqeyidir, məsələ burasındadır ki, baş nazir vəzifəsini icra edən Nikol Paşinyan da bununla bağlı aydın və konkret mövqe sərgiləmir.
Görünür, Ermənistan hakimiyyəti daxilində fikir ayrılıqları mövcuddur, Paşinyan isə çarəsiz qalıb daxili auditoriya üçün sakitləşdirici açıqlamalar verir.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-07-2021, 12:22
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:23-07-2021, 12:22
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti