reklam
Regionxeberlericom.az » Cəmiyyət » Həkimdən xəbərdarlıq: “Delta ştammına uşaqlar daha tez yoluxur” - VİDEO

reklam

Həkimdən xəbərdarlıq: “Delta ştammına uşaqlar daha tez yoluxur” - VİDEO


“Koronavirusun “Delta” ştammına uşaqlar, yeniyetmələr və gənclər daha tez yoluxur”.

Bunu “ABR 24”ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib.

“Tədqiqatlar göstərirdi ki, COVID-19-un əvvəlki variantları uşaqları çox az yoluxdururdu. Hətta uşaqlar və gənclər yoluxduqda xəstəliyi ya simptomsuz, ya da yüngül simptomlarla keçirirdilər. Pandemiya dövründə ABŞ-da cəmi 2 500 uşaq xəstəliyi ağır keçirmişdi. Bu, əvvəlki variantların uşaqlara az təsirli olmasından xəbər verirdi. Lakin “Delta” ştammı bir qədər fərqlidir. Uşaqlar, gənclər, yeniyetmələr daha tez yoluxur. Əvvəlki ştammlarla müqayisədə onun simptomlu xəstəlik törətmə qabiliyyəti daha yüksəkdir”- deyə o bildirib.

Nabil Seyidov onu da qeyd edib ki, vaksinasiya prosesi vasitəsilə 18 yaşdan yuxarı şəxslər qorunmuş olur: “Bütün tədqiqatlar göstərir ki, bir dozalı vaksinasiya müəyyən dərəcədə, iki dozalı, yəni tam vaksinasiya isə əhəmiyyətli dərəcədə qoruma qabiliyyətinə malikdir”.




Paylaş:


Müəllif : Tarix:
23-07-2021, 13:53
Sikayət   


loading...
Загрузка...