“Delta” yayılsa, daha təhlükəli mutantlar ortaya çıxacaq" - XƏBƏRDARLIQ
Son günlər koronavirusla bağlı statistikada artım tempi davam edir. Son məlumata əsasən, ölkəmizdə COVİD-19 infeksiyasına 212 yeni yoluxma faktı qeydə alınıb.
Bu arada Azərbaycanda karantin sentyabrın 1-dək uzadıldı. 2021-ci ili də karantin rejimində başa vuracağıq kimi görünür. Dünyada isə “Delta” ştammı daha geniş arealda yayılmaqdadır.
Yeri gəlmişkən, rusiyalı alim-virusoloq Sergey Çarenko deyib ki, koronaviris xeyli dəyişib: “Delta" ştammı indi təkcə yaşlı, kök adamlarda deyil, normal çəkili, cavan və arıq adamlarda da ağır fəsadlar yarada bilir. Həkim konkret faktlar da gətirib və əlavə edib ki, süni tənəffüs aparatları yeni növ ştamlarla mübarizə apara bilmir.
ÜST direktoru isə bildirib ki, belə getsə, peyvənddən “yan qaçan” (peyvəndin təsir etmədiyi) və “delta” şatmdan da təhlükəli ştamm peyda ola və bəşəriyyət iki il öncəki duruma qayıda bilər. “Çünki virus nə qədər çox yayılırsa, onun yeni formasının yaranması ehtimalı da artır. Bunun olmaması üçün hər ölkədə əhalinin 76%-i peyvənd olmalıdır”.
Bizimlə söhbətdə Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova da “Delta” ştammı ilə bağlı narahatlıq doğuran məqamlara toxunub: “Təəssüflər olsun ki, bu ştam çox yoluxdurucu olduğu üçün standart tədbirlərlə bəzən yoluxmanın qarşısını almaqda çətinlik çəkirik. Sadəcə olaraq bundan sonra əgər toylarda, toplum olan yerlərdə xəstələnmə olarsa, həmin mühitdə çox sayda insanın yoluxma ehtimalı olacaq. Bu da yoluxma sayına təsir göstərə bilər. Ona görə də insanları daha diqqətli olmağa çağırırıq. Qoyulan limitləri keçməməyə çağırırıq. O da nəzərə alınsın ki, xəstəlik nə qədər çox yayılsa, yeni mutasiyaların daima ortaya çıxma ehtimalını artırır. Hətta elə mutasiyalar ortaya çıxa bilər ki, yenidən insanlardan heyvanlara, heyvanlardan insanlara keçən variantlar ortaya çıxsın. Ona görə də məqsəd birinci yoluxmaların qarşısını almaqdır ki, ortaya daha təhlükəli mutant variantlar çıxmasın”.
Həkim “Bu ştammı digərlərindən fərqləndirən əsas hansı xüsusiyyətləridir” sualına da cavab verib: “Nisbətən burun axıntısı, baş ağrısı, boğaz ağrısı bu xəstəlikdə daha çox müşahidə edilir və insanlar özünü daha çox qrip və soyuqdəymə xəstəliyini keçirmiş kimi hiss edirlər. Bu ştamm digərlərindən fərqli olaraq yoluxduruculuq qabiliyyətinin daha yüksək olması ilə səciyyələnir. Əhali arasında sürətlə yayıldıqda və xəstəxanaya yerləşdirilməsi üçün ehtiyac yarananda mütəxəssislər artıq qapanmalarla bağlı qərarlar verə bilərlər. Ancaq bunu zaman göstərəcək. Çünki Azərbaycanda istifadə olunan vaksinlərin bu ştama qarşı qoruyuculuğu var, yəni insanların xəstəxanaya yerləşdirilmək ehtiyacı olmadığı təqdirdə sərtləşmə tədbirlərinə ehtiyac olmaya bilər”.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov deyib ki, koronavirusun “Delta” ştammına uşaqlar, yeniyetmələr və gənclər daha tez yoluxur. “ABR 24"ün ”Gündəm" verilişinə açıqlama verən həkim aparılan tədqiqatlardan danışıb: “COVID-19-un əvvəlki variantları uşaqları çox az yoluxdururdu. Hətta uşaqlar və gənclər yoluxduqda xəstəliyi ya simptomsuz, ya da yüngül simptomlarla keçirirdilər. Pandemiya dövründə ABŞ-da cəmi 2 500 uşaq xəstəliyi ağır keçirmişdi. Bu, əvvəlki variantların uşaqlara az təsirli olmasından xəbər verirdi. Lakin ”Delta" ştammı bir qədər fərqlidir. Uşaqlar, gənclər, yeniyetmələr daha tez yoluxur. Əvvəlki ştamlarla müqayisədə onun simptomlu xəstəlik törətmə qabiliyyəti daha yüksəkdir"- deyə o bildirib.
Nabil Seyidov onu da qeyd edib ki, vaksinasiya prosesi vasitəsilə 18 yaşdan yuxarı şəxslər qorunmuş olur: “Bütün tədqiqatlar göstərir ki, bir dozalı vaksinasiya müəyyən dərəcədə, iki dozalı, yəni tam vaksinasiya isə əhəmiyyətli dərəcədə qoruma qabiliyyətinə malikdir”.
Azərbaycanda son sutkada koronavirus əleyhinə 17 067 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5 392, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 11 675 nəfərdir.
Çində isə COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesinin gedişində indiyədək əhaliyə 1,5 milyard doza peyvənd vurulub. Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Çin əhaliyə vurulan peyvənd dozasının sayına görə dünyada birincidir. Ötən ilin dekabrında başlayan vaksinasiya prosesinin ilk mərhələsində xüsusi risk qrupundan olanlara peyvənd vurulub. Fevralda isə könüllülük prinsipi əsasında kütləvi vaksinasiyaya start verilib. Ölkə üzrə əhaliyə vurulan peyvənd dozasının sayı cəmi 25 günə 100 milyondan 200 milyon dozaya, 16 günə isə 200 milyondan 300 milyona yüksəlib. İyunun 19-da bu rəqəm bir milyarda çatıb. Son günlər orta hesabla sutkada 20 milyon doza peyvənd vurulur.
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:24-07-2021, 09:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:24-07-2021, 09:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16