Faktiki olaraq Quru Qoşunları Komandanlığı yaradıldı: Bu, maraqlı gediş idi...
“Silahlı Qüvvələrdə kimin hansı vəzifəyə təyin edilməsi maraqlı mövzu ola bilər. Ancaq mənə görə, ən vacibi struktur dəyişikliyidir. Faktiki olaraq Quru Qoşunları Komandanlığı yaradıldı. Bu, maraqlı gediş idi. Azərbaycan Ordusunda Hərbi Dəniz Donanması Komandanlığı, Hərbi Hava Qoşunları Komandanlığı olsa da, Quru Qoşunları Komandanlığı yox idi. Halbuki say və silah baxımından əsas quru qoşunlarıdır. Üstəlik, Hərbi Hava Qüvvələri və Dəniz Donanması ilə müqayisədə ən böyük qrup Quru Qoşunlarıdır”.
Bunu hərbi ekspert Azad İsazadə Azərbaycan Ordusundakı son kadr dəyişikliklərindən danışarkən Reyting.az-a deyib.
Azad İsazadə xatırladıb ki, quru qoşunlarının öz komandanlığı olmadığından bütün briqada və korpuslar birbaşa Baş Qərargaha tabe idi: “Halbuki Baş Qərargah müharibə vaxtı bütün silahlı qüvvələrin Baş Qərargahıdır. Müharibə vaxtı bütün qüvvələr, o cümlədən sərhədçilər, daxili qoşunlar da ona tabe oldu. Struktur bu cürdür”.
Hərbi ekspert əlavə edib ki, müharibə vaxtı Baş Qərargah avtomatik olaraq Ali Baş Komandanın tabeliyinə keçir: “Texniki baxımından bütün qoşunları eyni vaxtda idarə etmək çox çətindir. Quru qoşunların komandanlığı yaradıldıqdan sonra sözsüz ki, orda komandan da, qərargah rəisi də olmalıdır. Bu struktur çərçivəsində kadr dəyişiklikləri də həyata keçirildi. Bu baxımdan yerdəyişmə və kadrların əvəzlənməsi ordu üçün mənfi deyil. Əsas odur ki, işdə məntiq olsun. Dünənki dəyişikliklərdə prinsipial məntiq görünür”.
A. İsazadə bildirib ki, yeni təyin edilən yüksək çinli hərbçilərin çoxunu tanımır: “Onlar nisbətən cavanlardır, şəxsən tanışlığım yoxdur. Ancaq onlarn tərcümeyi-halına baxmaqla bilmək olar ki, kimdir, harada təhsil alıb, hərbi xidmətə nə zaman başlayıb və s. Məncə, burada söhbət təyinatlardan daha çox struktur dəyişikliklərindən gedə bilər. Mən bunu müsbət hadisə hesab edirəm”.
Paylaş:
Müəllif : Fuad
Tarix:25-07-2021, 11:24
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:25-07-2021, 11:24
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 20:01
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində dekabr üçün qəbul cədvəli AÇIQLANDI
Dünən, 11:52