Oliqarxın keçmiş arvadı: “Çeçenlər villamı ələ keçirib...”
Rusiyalı milyarder-oliqarx Arkadi Rotenberqin keçmiş arvadı Natalya Rotenberq özünün Facebook səhifəsində bildirib ki, onun Fransadakı villasını çeçen yaraqlıları ələ keçirib.
Virtualaz.org xəbər verir ki, milyarderin keçmiş arvadı villanın “iri rusiyalı oliqarxların” sifarişi ilə ələ keçirildiyini bildirir. “Sifarişçilər mənim fəaliyyətimdən narazı olan iri rusiyalı oliqarxlardır. Adlar və onların çeçenlərə ödədiyi məbləğ artıq məlumdur. Fransa jandarmeriyası və polisi bir dəfə gedib baxıblar, deyiblər ki, biz bu işə qarışmırıq. Görünür ki, polis terrorçularla əməkdaşlıq edir”,-Natalya Rotenberq yazıb.
Fransa jandarmeriyası da “Nice-matin” nəşrinə villanın ələ keçirildiyini təsdiq edib.
Villanı idarə edən və Arkadi Rotenberqə məxsus olan “SCI Villa Shoshana” şirkəti isə bildirir ki, Natalya Nitsedə yerləşən həmin elit daşınmaz əmlakın sahibi deyil. Lacivərdi sahillərdə yerləşən villa keçmiş ər-arvad arasında mübahisə predmetidir. Natalya hesab edir ki, villa ona və uşaqlarına qalmalıdır. Lakin bu baş verməyib.
Paylaş:
Müəllif : Fuad
Tarix:26-07-2021, 08:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-07-2021, 08:19
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti