reklam
Regionxeberlericom.az » Cəmiyyət » Rəqsanə qalmaqal yaşadığı prodüserə başsağlığı verdi

reklam

Rəqsanə qalmaqal yaşadığı prodüserə başsağlığı verdi


Müğənni Rəqsanə İsmayılova küsülü olduğu prodüser təranə Səmədovaya başsağlığı verib.

Prodüserlə qalmaqal yaşayan Rəqsanə sosial şəbəkə hesabında onun anası ilə bağlı paylaşım edib:

“Həyatda övlad üçün yeganə əziz varlıq valideyndir. Deyirlər, uşaq atadan yox, anadan yetim qalır. Təranə ilə münasibətim olmasa da, İradə xalanı çox istəyirdim. Ondan heç zaman inciməmişəm. Çox yaxşı insan idi. Bilmirəm, nədən başlayım, sözüm nədə qurtarsın, donmuşam. Allah rəhmət etsin. İradə xala, məkanın cənnət olsun. Təranəylə aramızda nə baş versə də, İradə xalaya, qızı Suelə toxunmadım. Onların adını hallandırmadım. Kiməsə sözüm varsa, özü haqda deyirəm. Baxmayaraq ki, Təranə həmişə mənim ailəmdən başlayıb. Köhnə məsələlərə qayıtmıram”.

O, Təranəyə səbr arzulayıb:

“Allah Təranəyə səbr, dözüm versin. İradə xalanın həyatda olmamağı çox çətin olacaq. Sueldən başqa heç kimi yox idi. İradə xala onun arxa-dayağı idi. Mökəm ol, həyatla barışıb övladını böyütməlisən. Bu həyatda başın nələr çəkmədi... Suel üçün ayaqda durmalısan”.


Paylaş:


Müəllif : Tarix:
26-07-2021, 16:17
Sikayət   


loading...
Загрузка...