Bloger Rusiya pasportu ilə Qarabağa buraxıldı - VİDEO
Rus bloger Sergey Vasilyev öz dostu ilə Rusiya pasportu ilə Qarabağa keçə bilib.
O, dostu ilə həyata keçirdiyi səfərini əvvəldən sona qədər lentə alıb və öz youtube kanalında yerləşdirib.
Vasilyev yol boyu ermənilərlə söhbət apararaq Qarabağa kimlərin buraxıldığını soruşub. O bildirib ki, rus sülhməramlıların olduğu ilk yoxlanış məntəqəsinə çatdıqda Rusiya şəxsiyyət vəsiqəsi ilə buraxılacağını düşünmürdü. Lakin ona heç bir problem yaratmadan buraxıblar. Daha sonra səfərini davam etdirən S. Vasilyev ikinci məntəqəyə çatdıqda onlara xaricilərin buraxılmadığını desələr də, sonradan buraxıblar.
Blogerin lentə aldığı kadrlardan bir erməninin maşınında Şuşa şəhərinə qədər gəldiyini, daha sonradan Xankəndinə getdiyini görmək mümkündür.
O, rus sülhməramlıların olduğu bütün məntəqələrdən keçdiyini və Xankəndinə qədər gəldiyini deyir. Bütün video boyu rus bloger Qarabağda sərbəst şəkildə hərəkət edir.
Qeyd edək ki, 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli bəyanatın 6-cı bəndinə əsasən, Azərbaycan Laçın dəhlizi üzrə yalnız hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
Xatırladaq ki, MDB vətəndaşlarının Qarabağa buraxılmasında heç bir problem yoxdur, lakin bu buraxılış Laçın dəhlizindən deyil, rəsmi Bakının məsləhət biləcəyi istiqamətdən olmalıdır. Laçın dəhlizi yalnız Qarabağda yaşayan ermənilər üçün müvəqqəti olaraq Azərbaycanın verdiyi humanitar koridor rolunu oynayır. /Qafqazinfo
Paylaş:
Müəllif : Fuad
Tarix:26-07-2021, 23:39
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:26-07-2021, 23:39
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti