Təhsilə aidiyyəti olmayan sualları imtahana kimlər salır? - Müəllimlərin işə qəbulunda biabırçı mənzərə…
Azərbaycan təhsilinin sovet dönəmindən sonrakı islahatlar dövrünün 1-ci mərhələsi AXC hakimiyyəti illərində başlasa da, sonrakı illərdə əsasən kurikulumun tətbiqi ilə davam etdi. Və onun ağlar günə qalması da elə bundan sonraya təsadüf etdi. Hansı ki, islahatların davamı şagirdlərdən ali məktəbə qəbulu ilə yanaşı, müəllimlərin də işə qəbul mexanizmlərinin dəyişdirilməsinə qədər genişləndi. Beləliklə, təhsilimizin müəmmalı xarakteristikasına müəmmalı reformist xüsusiyyətlər də əlavə olundu.
Belə ki, müəllimlərin işə qəbulunda imtahan və sertifikasiyaya qədəm qoyuldu. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavələrə əsasən, dövlət ümumtəhsil və peşə məktəblərində çalışan müəllimlər 2020-ci ildən başlayaraq sertifikatlaşdırmadan keçirilir. Amma necə?...
İlk öncə müəllimlərin işə qəbulu zaman tətbiq olunan imtahan mexanizmindən başlayaq. Məlumdur ki, müəllim olmaq istəyən gənclər universitetlərdə bu ixtisas üzrə təhsil alır. Nəticədə diplom əldə edir. Daha sonra isə Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanı ilə yüzlərlə, hətta minlərlə diplomlu namizədin kiçik bir hissəsi müəllim adını qazanır. Niyə “namizəd” dedik? Çünki bizdə universitet diplomu müəllim olmağa əsas vermir, baza yaratmır. Əlbəttə, Təhsil Nazirliyinin tətbiq etdiyi imtahandakı standartlar bunu deməyə əsas verir. Müəllimlik şərəfinə nail olmaq üçün Təhsil Nazirliyinin gözündə mütləq əlavə imtahandan keçmək lazımdır. Görünür, təhsil nazirimiz universitetlərdə verilən bilik bazasının şagirdlərə dərs demək üçün yetərli olmadığını düşünür. Belədirsə, universitetlərdə tələbə kontingentinin sayı niyə azaldılmır? Universitet rəhbərliyini, dolayısı ilə hansısa məmurları varlandırmaq üçün “dipolmlu savadsızlar ordusu” yaratmaq “təhsil dəllalları”ndan başqa kimə lazımdır? Eynilə, bu gün səhnəyə qoyulub oynanan bu “imtahan oyunu” cəmiyyətimizə nə verə bilər?
Müəllim olmaq istəyənlər ən azı dövlətin nə qədər müəllimə ehtiyacının olduğuna görə qərarlarını verər, peşə seçimi prosesinin lap başlanğıcında istiqamətlərini başqa yönə çevirərdilər. Yoxsa qondarma (!) imtahan nəticəsində müəllim adını almağa nail olanlara “dövlətin müəllimi”, ala bilməyənlərə isə “ögeylər” kimi yanaşmaq heç bir məntiqə sığmır. Məntiqi ardıcıllıqla bu prosesdən repetitorlar sinfinin meydana çıxması gözlənilən və başadüşüləndir.
Məsələyə fərqli kontekstən yanaşaq. Tutaq ki, Təhsil Nazirliyi özünün tənzimlədiyi sistemin içində fəaliyyət göstərən universitetlərə, onların verdiyi biliyə, savada güvənmir, etibar etmir, bu səbəbdən müəllimləri təkrar imtahana məruz qoyur. Bəs imtahan suallarının “savad keyfiyyəti” hansı səviyyədədir? Ümumiyyətlə, təhsil nazirinin bu sualların kimlər tərəfindən və necə tərtib olunduğundan xəbəri varmı? Əminliklə deyə bilərik ki, yoxdur! Görünür, bu sualları hazırlayanlar, xüsusən də MİQ yetkililəri onları sonradan ictimaiyyətə açıqlamadıqları kimi, təhsil nazirindən də gizlədirlər. Əks halda, bu biabırçılığın qarşısı vaxtında alınardı.
Haşiyə çıxaraq deyək ki, sovet dövründə müəllimlərin iş keyfiyyətinin artırılması, elmdəki yeniliklərə yiyələnməsi Müəllimlərin Təkmilləşdirilməsi İnstitutunda həyata keçirilirdi. Həmin vaxt repetitor sahəsi də yox idi. Çünki buna ehtiyac yox idi, məktəblərdə yetərli səviyyədə tədris həyata keçirilirdi. Bu gün isə təhsilin keyfiyyəti yetərsiz olduğundan, repetitorlar göbələk kimi çoxalıb. Doğrudur, bəzi təhsil ekspertləri repetitorluğun hər zaman mövcud olduğunu dilə gətirirlər. Amma sovet dövründə təhsil almış insanlar təhsilin əvvəlki səviyyəsi ilə indiki səviyyəsini müqayisə etməklə, gerçək səbəblərin fərqindədirlər. Söhbət müəllimin cəmiyyətdə sosial statusundan tutmuş müəllim-şagird-valideyin münasibətinin səmimiliyindən, verdiyi bilik, savad müqabilində müəllimin şagirddən umacağının olmamasından, əksinə şagirdin oxuması üçün müəllimin əlindən gələni etməsindən, repetitorlara səpələnən pullar sayəsində ailənin məruz qaldığı maliyyə sıxıntısından, bir sözlə, ümumən keyfiyyət dəyişikliyindən gedir. İndiki neqativ hallarla müqayisədə baş verənlər adamın qanını dondurur.
Müəllimlərə verilən sualların səviyyəsindən hali olmaq üçün “miq.edu.az”-ın Facebook səhifəsinə göz atmaq yetərlidir. Daha doğrusu, bu səhifədə yazılan şərhlərdən sualların səviyyəsinə verilən reaksiyalar aydın olur. Hətta “bu ilki MİQ imtahanı Şuşa əməliyyatı kimidir, silahla döyüşə gedirsən, ancaq soyuq silahın varsa qələbə sənindir. Yəni çərçivəyə əsasən oxuyursan, amma sənə düşən sualların nə dərsliklə, nə də çərçivəylə əlaqəsi var”, - kimi şərhlər də vəziyyəti aydın təsvir edir.
İmtahan suallarının nə dərəcədə peşəkar və müəllimlərin biliyini hansı səviyyədə “yoxladığını” öyrənmək üçün daha bir suala diqqət edək: ““Namərd gülləsi” əsərində Niftalı koxa Kürdə əyilib üzünü yuyanda hansı paltarı çıxardı?”. Bəlkə də, bu sualı tərtib edənin özünün bilik səviyyəsini yoxlamaq daha doğru olar. Ədəbiyyat fənnindən salınımış bu sual hansı ədəbi kriteriyanı araşdırmaq məqsədi daşıyır, bax bunu öyrənmək maraqlıdır. Sualı tərtib edən şəxsin məhz “paltara” diqqətini cəmləməsi nə deməkdir?!
Təhsildə “yeniliklər” etməyə çalışan, bu arzu ilə “alışıb-yanan” təhsil sahəsinin “qəhramanları” necə və kimlər tərəfindən seçilir? Axı, müəllimə verməyə sual qalmadı ki, hərə ağlına və ağzına gələni “sual” kimi təqdim etməyə çalışır? İlk növbədə hər sahənin sualı onun özünə uyğun tərtib edilməlidir. Odur ki, cənablar və xanımlar, Ədəbiyyat fənninin suallarını “əndrabadi” yöndə yox, ədəbi yöndə formalaşdırın. Eləcə də digər fənnlərin sullarını. Məsələn, ““Aldanmış Kəvakib” əsərində “Sizin sadiq itiniz kimə aiddir” sualının verilmə məqsədi nədir?” Bu sualı tərtib edən izah verə bilərmi? Yaxud sual içində sual qoymaqla nəyə nail olmaq istənilir?
Bu imtahanlarda iştirak edənlər məntiqi əsası olmayan suallar sayəsində ballarının avtomatik olaraq aşağı salındığını bildirir. Hətta onu da vurğulayaq ki, bu imtahanın səbəb olduğu nəticə insan intiharına qədər irəlilədi… Onsuz da cəmiyyətdə psixoloji təzyiq üçün kifayət qədər səbəblər var. Müəllimlərdə əlavə stress və təzyiq qaynağı əmələ gətirmək nəyə və kimə lazımdır?
Əlbəttə, Azərbaycanda imtahan suallarının əcaib tərzdə tərtibinə ilk dəfə rast gəlmirik. Məktəblərdə şagirdlər arasında keçirilmiş imtahn suallarında da eyni hala dəfələrlə rast gəlinib. Yəqin ki, bu, təhsil sferasına, daha doğrusu Təhsil Nazirliyinə keyfiyyətsiz kadrların toplanması ilə bağlıdır. Bundan əvvəl DİM-in imtahanlarında onun keçirilmə tarixindən bir müddət əvvəl jurnal işıq üzü görürdü, model test və mövzu olan sınaqlar keçirilirdi. Nəticə də daha qənaətbəxş olurdu. İndi isə imtahan suallarının üzərinə “sirr pərdəsi” çəkilir. Hansı səbəbdən əvvəlki formatdan imtina edildi? Niyə indi suallar ictimaiyyətə açıqlanmır? Sualları ərsəyə gətirənlərin savadsızlığı, yaxud qəsdən qərəzli şəkildə sarsaq sualların müəllifləri tənqidə məruz qalmasınlar deyə?
Bu proses çıxışı olmayan labirinti xatırladır. Ölkəmizdə korrupsiyanın çiçəklənməsi üçün qanunda qəsdən “boşluqların yerləşdirilməsi” praktikası çoxdan öz işini görür. Təhsil sahəsindəki qüsurların, qərəzli münasibətin qaynağı da eyni mənbədən qidalanır. Dəfələrlə yazmışıq, uşaq və gənclərimizin gələcəyi birbaşa dövlətin mövcudluğu ilə bağlıdır. Bu cür təhislə aidiyyəti olmayan suallarla imtahanı bərbad vəziyyətə salmanın, yaxud bərbad vəziyyətə salanların hədəfi nədir? Müəllimlərimizi, dolayısı ilə də gənclərimizi, gələcəyimizi “labirint dalanına dirəməyin” məqsədi nədir? Yalandan vakansiya elan etmək, müəllimlərin işlə təmin olunması görüntüsünü yaratmaq, məntiqsiz və mənasız suallarla toplumu “savadsız” kimi göstərib, hətta müəllimləri özünü öldürmək dərəcəsinə çatdırmaqla “çıxdaş etmək” hansı məqsədə qulluq edir?
Görünür, buraya da korrupsiya bulaşıb, həm də elə lap əvvəldən. Qəsdən öz adamlarını təhsil sisteminin içində saxlamaqla, onu çürütməklə, normal müəllim sinfini sıradan çıxarmaqla indiki nəsli əvəz edəcək uşaqların, gənclərin savadsızlaşdırılması aparılır. Təhsilin lap üst pilləsində yer tutan şəxsdən ədalətli reaksiya gözləyirik. Elə olmasın ki, “Dəyirman öz işində, çax-çax baş ağrıdır” misalı bu məsələdə də öz təsdiqini tapsın. Təhsil kimi strateji seqmentdə buna heç kimin haqqı yoxdur, o cümlədən nazirin də. Hələ bir əsr əvvəl elmi-intellektual, savad, bilik, təhsil səviyyəmizi təsvir edən “əcnəbilər göydə balonlarla gəzir…” misalı çox təəssüflər olsun ki, hələ də aktualdır. Həm də Təhsil Nazirliyimizin yarıtmaz fəaliyyəti, onun bu sahəyə laqeyd yanaşması sayəsində.
Onu da biləsiniz ki, bu sahəyə toxunmağımız nə ilkdir, nə də son olacaq. Mövzuya qayıdacağıq.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-07-2021, 12:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-07-2021, 12:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16