reklam
Regionxeberlericom.az » Cəmiyyət » Dərslər sentyabrın 1-dən başlanacaq? - Ekspert istisna etmir

reklam

Dərslər sentyabrın 1-dən başlanacaq? - Ekspert istisna etmir



Sentyabrın 1-dən etibarən ali və orta ixtisas təhsilmüəssisələrində təhsil alan yaşı 18-dən yuxarı şəxslərdən vaksinasiya olunmalarına dair COVİD-19 pasportunun tələb ediləcəyi xəbəri 2021-2022 tədris ilinin başlanma vaxtı bağlı sual yaradıb. Dərslər bu il sentyabrın 1-dən başlayacaqmı? Əslində, baş nazirin qərarı ilə ölkə ərazisində xüsusi karantin rejimim müddəti 2021-ci il 1 sentyabr tarixinədək uzadılıb.

İndi isə Nazirlər Kabineti sentyabrın 1-dən etibarən tələbələrdən COVİD-19 pasportunun tələb olunacağına dair qərar verir. Bu qərar tədris ilinin sentyabrın 1-dən başlanacağı anlamına gəlirmi?

Təhsil eksperti Kamran Əsədov “Şərq”ə açıqlamasında tədris ilinin sentyabrın 1-dən başlanacağının mümkün göründüyünü dedi:

- Bizdə olan məlumata görə, böyük ehtimalla tədris ili sentyabrın 1-dən başlanacaq. Dəyişikliyin səbəbi pandemiya dövründə tətbiq edilən onlayn təhsil zamanı tədris proqramının lazimı qaydada keçilməsində problemlərin yaranmasıdır. Belə hesab edilir ki, dərslər 14 gün tez başlayarsa, ötən tədris ilində keçilməmiş dərslər keçilər, şagird və tələbələr mövzuları təkrarlayarlar. Bu da tədrisin keyfiyyətinə müsbət təsir edər. Bütün hallarda Təhsil Nazirliyinin də qərarını gözləməli olacağıq.



Paylaş:


Müəllif : Tarix:
27-07-2021, 15:31
Sikayət   


loading...
Загрузка...