"İnfarkt yaşlılarla müqayisədə gənclərdə daha çox faciəvi nəticələrə səbəb olur"
Ürək xəstlikləri dünyada ölüm səbəbləri arasında ən yüksək pillədə yer alır. Daha çox yaşlı insanların xəstəliyi kimi düşünülən ürək xəstəlikləri, gənclərdə daha çox ölümə səbəb olur. Ötən günlərdə Bakıda tanınmış marketlərin birində gəncin ölüm səbəbi ürək çatışmazlığı olmuşdu..
Ürək xəstəliklərinin yaranmasına nə səbəb olur? Bu barədə Bizimyol.info saytına kardioloq Emin Mustafayev danışıb. Onun sözlərinə görə siqaret çəkmək, spirtli içkilər, stres, qeyri-sağlam qidalanma müxtəlif ürək xəstəlikləri yaradır. Həkim qeyd edir ki, insan orqanizminin ən önəmli orqanı olan ürək xəstəlik riski baxımından olduqca həssasdır:
"Ürək xəstəlikləri müxtəlif olsa da, ən çox qarşılaşdığımız ateroskleroz olaraq adlanan damar sərtliyidir. Ölkəmizdə isə ürək ritm pozuntusu, mitral-qapaq-aort qapaq xəstəlikləri olaraq adlnadırılan ürək qapağı xəstəlikləri, ürək çatışmazlığı, infarkt, ürək revmatizması, aort anevrizmaları, ürək atışının sürətli olması ilə izah edilən taxikardiya, ürək böyüməsi, anadangəlmə ürək xəstəlikləri və s. daha çox müşahidə edilir".
Kardioloq qeyd edir ki, adətən bədəndə gizli şəkildə inkişaf edən ürək xəstəliklərinin müxtəlif əlamətləri ola bilər. Bunlardan daha çox sol qolda, kürəkdə, sinədə və qarında ağrılar, yanma hissi, nəfəs almada çətinlik, ürəyin sürətli atışı, tez-tez özündən getmə, gecələri sidiyə çox getmə və s. misal göstərmək olar. Bununla yanaşı siyanoz adlanan əl-ayaq barmaqlarında və dodaqlarda müşahidə edilən göyərmə, qarında və ayaqlarda şişmə, halsızlıq, tez yorulma və öskürək rast gəlinən digər əlamətlərdir.
“İnfarkt yaşlılarla müqayisədə gənclərdə daha çox faciəvi nəticələrə səbəb olur. Çünki yaşlı insanlarda ana ürək damarı tıxandığı zaman avtomatik olaraq yan damarlar işləməyə başlayır. Beləcə xəstə yaşamağa davam edə bilir. Yan damarlar 50 yaşından sonra yaranır və gənclərdə inkişaf etməmiş olduğu üçün gənclər daha çox infarktdan ölür” - deyən kardioloq əlavə edib ki, ürək xəstəlikləri bir çox səbəblərdən yarana bilər. Ailədaxili ürək xəstəlikəri olan və ya infarkt keçirmiş ailə üzvləri olan şəxslərdə ürək xəstəliyi yaranması riski daha böyük olur. Genetik keçişli xolesterol müalicə edilmədiyi zaman infarkta, hətta erkən yaşda ölümə də səbəb ola bilər. Stresli bir həyat keçirən şəxslərdə ürək xəstəlikləri ilə yanaşı diabet də müşahidə edilir. Hərəkətsizlik, yüksək təzyiq, qeyri-sağlam qidalanma, siqaret və spirtli içkilər ürək xəstəliklərini yaradan faktorlardır.
Ürək xəstəliyinə yaxalanmamaq üçün nə etməli?
Həkim bildirir ki, sağlam ürəyə sahib olmaq üçün ilk növbədə stresli həyat tərzindən uzaq olmaq lazımdır. Qızartma yeməklər və yağlı ətləri qida rasionundan çıxarmaq, konservlər, qaraciyər, dalaq və s. bu kimi qidalardan uzaq durmaq lazmdır:
“Balıq və toyuq əti ürəyi qoruyur. Ancaq toyuğun dərisi sağlamlıq üçün zərərlidir. Tərkibində Omega 3 yağ turşuları olan məhsullar qanın axını artırma xüsusiyyətinə sahibdir. Eyni zamanda xolesterolu azaltma gücü olduğu üçün ürək və damar xəstəliklərindən qoruyur. Bu səbəblə də həftədə ən az bir dəfə balıq yeyilməlidir. Yeməklərdə az duz, qarğıdalı və zeytunyağı istifadə edilməlidir. Meyvə və tərəvəz, mövsümünə uyğun qəbul edilməlidir”.
Ürək xəstələri oksigenin az olduğu, qapalı, insanların çox olduğu yerlərdə özlərini daha pis hiss edirlər. Mütəxəssislərə görə, ürək xəstəlikləri çox zaman panik-atakla birlikdə inkişaf edir. Buna görə də qapalı yerlərdə boğulma, nəfəs almada çətinlik, özündən getmə, tərləmə və əsmə əlamətləri müşahidə edilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:27-07-2021, 22:00
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-07-2021, 22:00
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24