Günel Gözəlova: “Araz Bayramov kimi həkimlər bu peşədən uzaqlaşmalıdır”
“Əgər belə sarsılmışdısa, niyə məhkəmədə iştirak etmir?”
Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun uroloq-cərrah Araz Bayramova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi keçirilən prosesdə Anar Gözəlovun nümayəndəsi Günel Gözəlova, onların vəkili Elçin Sadıqov, qarşı tərəfdən isə Araz Bayramovun vəkili Asif Mədətov iştirak edib.
Prosesdə Günel Gözəlovanın vəkili Elçin Sadıqov məhkəməyə əlavə sənədlər təqdim edib. Vəkil, nevroloq Sevinc Ərəbinin və Ailə Tibb Psixoloji Mərkəzlərin arayışlarının, eyni zamanda Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzi"nin rəylərinin iş materiallarına daxil olunmasını istəyib.
Cavabdehin vəkili Asif Mədətov iddianı qəbul etmədiklərini bildirib.
Daha sonra prosesdə iddiaçı Anar Gözəlovun nümayəndəsi Günel Gözəlova çıxış edib.
G.Gözəlova çıxışında bildirib ki, həyat yoldaşının böyrəyində dəhşətli ağrı və sancı olduğundan 2020-ci ilin oktyabr ayında müayinə üçün həkim Araz Bayramova müraciət ediblər: “Həkimə müraciət edəndə onun böyrəyində mərcanvari urad-oksalat daş olduğu bildirilib. Araz Bayramov əvvəlcə kurs müalicə yazdı və bir müddət sonra Anarın əməliyyat edilməli olduğunu bildirdi. Həmin dövrdə biz həkimin qoyduğu bütün qaydalara riayət etdik. Fevralın 6-da “Buta” klinikasında həyat yoldaşımdan qan analizləri götürülüb. Həmin klinikada ötən ilin noyabr ayında da Anarın qan analizləri götürülmüşdü. Hər iki qan analizlərinin göstəricilərinə görə, əslində Anarı həmin dövr üçün əməliyyat etmək olmazdı. O, planlaşdırılmış əməliyyata hazır olmayıb.
Anarın qanında trombositlərin, şəkərin, xolesterinin və s. Miqdarı həddindən çox olub. Amma cərrah Araz Bayramov bununla bağlı bizə heç nə deməyib, əməliyyatdan imtina etməyib. Hansı ki, bu problemləri istər cərrah, istər endokrinoloq, istər anestezioloq çox ciddi nəzarətə götürməliydi”.
İddiaçının nümayəndəsi çıxışında bildirib ki, həyat yoldaşı fevralın 18-də əməliyyat edilib: “Həmin günü səhər saat 10-da artıq biz klinikada idik. Müəyyən yoxlanışlar aparıldı. Anar əməliyyata götürüldü. Əməliyyat vaxtı hər 1 saatdan bir maraqlandım. Əməliyyat əslində ən çoxu 2 saat çəkməliydi. Bizə maksimum 40 dəqiqəlik bir əməliyyat olduğu söylənsə də axşama doğru saat 6-ya qalmış həkim əlində bir qabda böyrək daşı ilə bizə yaxınlaşıb çətin olsa da, əməliyyatın bittiyini dedi, xəstənin durumunusa əla olduğunu söylədi.
Anar anesteziyadan ayılandan sonra mən onun yanına getdim və vəziyyətdə anormallıq hiss etdim. “Buta” klinikasının baş tibb bacısı Dilarə xanıma bu barədə dəfələrlə dedim, o isə məni bu halın əməliyyatdan sonra normal olduğuna inandırmağa çalışdı, daha sonra yoldaşımı yatırtdılar, onu videoya çəkdim və məni də yola salaraq dedilər ki, saat 11-də zəng edin, sizi yoldaşınızla danışdıracağıq, sabah isə gəlib yoldaşınızı sadəcə çıxararsınız. Axşam saat 11-də zəng etsəm də, Anarla heç nə danışa bilmədim, çünki o, danışa bilmirdi, rabitəsiz, heç nə anlaşılmayan sözlər deyirdi. Hətta Anar telefonu da tuta bilmirdi. Bir sutka sonra - fevralın 19-da mənə yoldaşımı görməyə icazə vermirdilər. Daha sonra Şəhla xanım (red.- Araz Bayramovun köməkçisi) mənə Araz Bayramovun səhər yoldaşıma baxdığını və saat 4-dən sonra evə buraxacaqlarını yazdı. Mən klinikaya gedəndən sonra yoldaşım yanına buraxmadılar. Mən klinikanın baş həkimi, həm də Araz Bayramovun atası Eldar Bayramovun yanına getdim. O iddia etdi ki, yoldaşımda heç bir problem yoxdur, səhər onu görüb. Biz birlikdə Anarın yanına getdik. Anar anlaqsız vəziyyətdə idi. Həyat yoldaşım məni tanımırdı, danışa bilmirdi. Təsəvvür edin, 5 həkim orda bunun fərqində olmayıblar, ya da sadəcə, bizim çıxmağımız üçün sakit dayanıblar. Mən nevropotoloq tələb etdim. Lakin Araz Bayramov xəstəxanada nevroloqun olmadığını dedi. Gündə ən azı 15 şəxsə çoxfunksyalı əməliyyat edilən bir şəxsi klinikada nevropotoloq yox imiş. Başqa bir klinikadan nevropatoloq xanım dəvət olundu. Mən bu gün Anarın həyatını ona borcluyam, hansı ki, Araz Bayramov bu gün bütün günahları onun üstünə atmağa çalışır. O xanım mənə təkidlə MRT müayinəsinin vacib olduğunu və yoldaşımın vəziyyətinin ağır olduğunu dedi. Nə qədər təkid etsək də, bunu etmirdilər. Həmin xanım nə qədər desə də, Anarı MRT yox, KT etdirmişdilər. Bunu mənim özüm etməyim isə mümkün deyildi. Çünki Anara katetr qoşulmuşdu və hələ də ordan qan gəlirdi. Xəstəni özbaşına ayağa qaldırmağımız mümkünsüz idi. Həmin klinikada MRT müayinəsi olmadığına, Araz Bayramovun xəstəyə məsuliyyətsiz yanaşmasına görə biz yalnız fevralın 27-si MRT müayinəsi edilməsinə nail olduq. MRT-nin nəticəsi göstərirdi ki, əməliyyat zamanı Anar işemik, hemorragik insult keçirib. Belə ki, onun beyninin sağ yarımkürəsində geniş zonada, eləcə də sol yarımkürəsində nitq və dərketmə bazası zədələnib. Yəni, Anar əməliyyat zamanı ikitərəfli beyin infarktı keçirsə də, Araz Bayramov bunu gözardı edib".
Prosesdə daha sonra çıxış edən iddiaçının vəkili Elçin Sadıqov çıxış edərək bildirib ki, iş üzrə olan sənədlərə, həmçinin nevroloq Sevinc Ərəbinin verdiyi arayışa əsasən, Anar Gözəlovun əməliyyat olunması düzgün hesab edilmir.
Vəkil həmçinin qeyd edib ki, A. Gözəlov əməliyyat zamanı geriyədönməz xəsarət alıb və əmək qabiliyyətini itirib: “Anar Gözəlov əməliyyata 1 gün qalana qədər iş fəaliyyəti ilə məşğul olub, özəl şirkətdə satınalmalar üzrə müdir müavini vəzifəsində çalışır, hazırda sağlamlıq durumu iş imkanların məhdudlaşdırıb. Tam sağlam şəkildə (böyrək ağrısı istisna) klinikaya daxil olub”.
Elçin Sadıqov Səhiyyə Nazirliyinə də sorğular verdiyini və cavab gözlədiklərini bildirib. İclasdan sonra jurnalistlərə danışan Günel Eyvazova bildirib ki, Araz Bayramov iclasda iştirak etməyib, amma müxtəlif yerlərdə bildirir ki, guya mənim yoldaşımın başına gələnlər onu sarsıdıb. “Əgər belə sarsılmışdısa, niyə məhkəmədə iştirak etmir? Niyə qarşımıza çıxıb öz təəssüfünü, sarsıntısını dilə gətirmir? Düşünürəm ki, Araz Bayramov kimi öz işinə məsuliyyətsiz yanaşan həkimlər bu peşədən getməlidirlər. Biz sona qədər mübarizəmizi davam etdirəcəyik, Araz Bayramovun öz layiqli cəzasını alması üçün çalışacağıq”, - deyə jurnalist vurğulayıb.
Proses iyulun 30-da davam edəcək.(Bizimyol)
Paylaş:
Müəllif : Fuad
Tarix:27-07-2021, 22:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:27-07-2021, 22:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07