“Allahşükürün bu fikri Azərbaycana zərər gətirəcək mövqedir” – Rafiq Əliyev
“Allahşükür Paşazadənin Ayətullah Xamenei haqqında dediyi fikir səhvdir və Azərbaycana zərər gətirəcək mövqedir”.
Bu sözləri Lent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, dinşünas alim Rafiq Əliyev deyib.
O bildirib ki, əslində bölgədə gedən bütün prinsipial məsələlərin hamısında İran, Türkiyə və Rusiya iştirak etməlidir: “Məsələn, Rusiya, Türkiyə və İran birliyi əmələ gəldi və Suriya məsələsi həll olundu. Bütün tarix boyu Türkiyə İranla bu qədər yaxın olmamışdı. Çünki bu yaxınlıqları həmişə ingilislər, amerikalılar pozurdu. Burada da çox məqamlar var ki, İranın marağı olmalıdır və olmaya bilməz. Bu marağı nə Rusiya, nə də Türkiyə kənara çəkə bilməz”.
R.Əliyev qeyd edib ki, QMİ (Qafqaz Müsəlmanları İdarəsi) sədri İranın marağını şişirdilmiş şəkildə ifadə edib: “Şeyx həmişə danışanda sözləri biraz kobud deyir. Düzdür, Ayətullah Xamenei fətva verib, amma onun verdiyi fətvanın qələbəmizin müjdəçisi olması düzgün deyil. Şeyx İranı çox istədiyindən elə deyib. Əslində isə Allahşükür Paşazadə elə deməli deyildi”.
Keçmiş sədr əlavə edib ki, Azərbaycan islam ölkəsi olsa da, islam dövləti deyil: “Allahşükür Paşazadənin həm İran, həm də Rusiya ilə ciddi dini, qeyri-dini, mənəvi, fiziki əlaqələri mövcuddur. Onu da qeyd edim ki, din dövlətə lazımdır”.
Xatırladaq ki, QMİ sədri Allahşükür Paşazadənin "Ayətullah Xamenei həzrətlərinə müsəlmanlar adından təşəkkürümü bildirirəm. Ayətullah Xameneinin “Qarabağ torpağı İslam torpağıdır” deyərək fətva verməsi qələbənin carçısı idi və bizi qələbəyə apardı” - deməsi geniş müzakirələrə səbəb oldu və tənqid edildi.
Hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçilərindən biri olan M.Mücahit Küçükyılmaz da A.Paşazadəyə sosial şəbəkə hesabında cavab yazıb: "Demək ki, Xamenei Ermənistana silah göndərəndə Azərbaycana da fətva göndərirmiş”.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-07-2021, 08:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:28-07-2021, 08:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09