reklam
Regionxeberlericom.az » Cəmiyyət » Ramiz Mehdiyev jurnalisti HƏBSLƏ TƏHDİD EDİR? - QALMAQAL

reklam

Ramiz Mehdiyev jurnalisti HƏBSLƏ TƏHDİD EDİR? - QALMAQAL

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-red) başına gəldikdən sonra elmin inkişafından daha çox qalmaqalları və uğursuz kadr islahatları ilə meydan sulayan akademik Ramiz Mehdiyev indi də "Demokratik.Az" saytını hədəfə alıb. Ramiz Mehdiyev yaxın dostu, hazırda AMEA-nın (AMEA) Rəyasət Heyəti aparatının rəhbəri vəzifəsini yürüdən dosent Seyfəl Həsənov vasitəsilə saytın rəhbəri, jurnalist Osman Nərimanoğlunu və saytı məhkəmə və digər vasitələrlə təhdid edir.

Seyfəl Həsənov AMEA-ya məxsus iş telefonu ilə saytla əlaqə yaradaraq Ramiz Mehdiyevin və özünün adından saytın baş redaktorunu təhdid edib, yazıların silinməsini istəyib. Əks təqdirdə məhkəmə və hüquq mühafizə orqanlarına müraciət edəcəklərini deməklə jurnalisti qorxutmağa çalışıb.

Xatırladaq ki, Ramiz Mehdiyevi və rəsmən təsdiqlənməyən ştat üzrə AMEA-da aparat rəhbəri adı altında 1500 manat maaşa qol çəkən Seyfəl Həsənovu aqressivləşdirən səbəb Demokratik.Az saytında AMEA-dakı nöqsanların ifşası barədə gedən silsilə tənqidi yazılardır.

Demokratik.Az


Paylaş:


Müəllif : Tarix:
28-07-2021, 09:43
Sikayət   


loading...
Загрузка...