Bəylə gəlinin zorən peyvəndlənməsi: - Övlad sahibi olacaq gənclərin sağlamlığına zərbə!
Zərdabda ailə quran bəy və gəlinin yeni növ koronavirus əleyhinə vaksin olunmadığı üçün toya buraxılmaması sosial platformada müəyyən mübahisələrə yol açıb. Sputnik Azərbaycan-a vətəndaşların verdikləri məlumata görə, hətta rayonlarımızdan birində nikaha daxil olmaq üçün ərizə verən cütlüyə koronavirus əleyhinə peyvənd olunmaq tələbi şərt kimi qoyulub. Sputnik Azərbaycan bəy və gəlinin vaksin olunub-olunmamasının hansı halda zəruri olduğunu araşdırıb.
“ASAN Xidmət”-dən Sputnik Azərbaycan-a bildiriblər ki, nikahdan öncə tibbi müayinədən keçərək qan analizi verən şəxslərdən peyvənd sənədi tələb olunmur. Əlaqə saxladığımız poliklinikalardan da belə bir tələbin olmadığını söylədilər. 39 saylı şəhər poliklinikasından Sputnik Azərbaycan-a bildirdilər ki, nikaha daxil olmaq üçün tibbi müayinədən keçərək qan analizi verən şəxslərin üzərlərində şəxsiyyət vəsiqəsini gətirməsi kifayətdir.
Daxili İşlər Nazirliyinin (DİN) Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən toy mərasimində iştirak edən 18 yaşdan yuxarı şəxslərin "Peyvənd sertifikatı" və "İmmunitet sertifikatı"nın olması mütləqdir: "Bəy və gəlin də toy iştirakçıları hesab olunur. Ona görə də onlar da koronavirus əleyhinə peyvənd olunmalıdırlar", - deyə E.Hacıyev bildirib.
Həmsöhbətimiz bu məsələdə müəyyən istisnanın olduğunu da qeyd edib. Onun sözlərinə görə, toyda qonaqların sayı bəy və gəlin daxil olmaqla 50 nəfərədək olduqda toy iştirakçılarından "Peyvənd sertifikatı" və "İmmunitet sertifikatı" tələb olunmur. Amma toy iştirakçılarının sayı bəy və gəlin daxil olmaqla 50 nəfərdən yuxarıdırsa, bu zaman toyda iştirak edən hər kəsin "Peyvənd sertifikatı" və "İmmunitet sertifikatı" olmalıdır.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın son brifinqində bəy və gəlinin koronavirus əleyhinə vaksin olunub-olunmaması məsələsinə toxunub. O bildirib ki, dünya praktikasına uyğun olaraq yeni ailə qurmamışdan öncə, uşaq planlaşdırılmamışdan əvvəl ümumi olaraq virus infeksiyalarına qarşı vaksinasiya tövsiyə olunur: "Çünki sonra hamiləlik dönəmində hər hansı gənc xanımın virusa yoluxması uşağın, dölün inkişafına çətinlik yaradır. Ona görə də bunları düşünüb öncədən nəzərə almaq tibbi tərəfdən daha doğrudur".
Bununla belə hələ ailə qurmaq istəyən cütlüklər arasında koronavirus əleyhinə vaksinin dölə mənfi təsiri, hətta sonsuzluq yaradacağından ehtiyatlananlar da az deyil.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, toy günü gəlin və bəyin peyvənd olunması doğru deyil. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, qızılca və məxmərək keçirməyən və hamiləliyə hazırlaşan qadınlar belə, müvafiq analiz verməlidirlər. Əgər onların qanında immunitet yoxdursa, onlar vaksin olunmalıdırlar. Peyvəndləndikdən sonra isə üç ay müddətinə hamiləlikdən qorunmalıdırlar:
"Üç aydan sonra vaksin olunan şəxslər hamilə qala bilərlər. Bu qızılca və məxmərəyə qarşı tələbdir. Eynilə digər vaksin olunan qadınlar da üç ay ərzində hamiləlikdən özünü qorumalıdır. Ailə quran qızların toy günü vaksinasiya olunması düzgün addım deyil. Ola bilər ki, həmin gəlin bir ayın içərisində hamilə qalsın. İmmunoqlobinlərin hamiləliyə təsiri öyrənilsə də, hələ ki, əks təsiri olduğu tam sübut olunmayıb. Ona görə də mən məsləhət görərdim ki, ailə qurmağa hazırlaşan cütlüklər üç ay öncədən vaksin olunsunlar. Onların toy günü vaksin olunması düzgün deyil. Yaxud da əgər evlənməmişdən bir neçə gün öncə, eləcə də toy günü peyvənd olunublarsa, özlərini üç ay müddətində hamiləlikdən qorusunlar", - deyə baş ginekoloq söyləyib. O, koronavirus əleyhinə peyvəndin sonsuzluq yaratması ilə bağlı söylənilənlərin şayiə olduğunu, elmi sübutu olmadığını da əlavə edib. Bununla yanaşı, baş mama-ginekoloq bildirib ki, koronavirus əleyhinə vaksin könüllüdür.
Millət vəkili Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəy və gəlinin koronavirus əleyhinə peyvənd olunmadığı üçün toya buraxılmaması düzgün addım deyil:
"Toy keçirilən ünvan bəy və gəlinin evi sayılır. Onlar insanları öz toylarına qonaq çağırıblar. Vaksin olunmadıqları üçün bəy və gəlini restorana buraxmamaq düzgün deyil. Düzdür, Nazirlər Kabinetinin toylarla bağlı qaydaları var. Amma bu qaydanın bəy və gəlinə tətbiq olunması doğru olmaz. Mənim fikrimcə, məsələnin detallarına qədər üzərinə gedilməsi doğru deyil. Bəy və gəlin vaksin olunmalıdırsa və bu qanunun tələbidirsə, ailə qurmaq da onların hüququdur. Onda belə çıxır ki, qanunun bir tələbi icra edilərkən vətəndaşın digər hüququ pozulur. Bəy və gəlində virus təhlükəsi varsa, onların hərarəti olarsa, test götürülə bilər. Amma Zərdab rayonu ilə bağlı məsələdə məcbur etmə faktı var. Azərbaycanda isə koronavirus əleyhinə vaksinasiya könüllüdür", - deyə deputat bildirib.
F.Mustafa həmçinin bildirib ki, Zərdabda bəy və gəlinin öz toylarına buraxılmayaraq məcburi peyvənd edilməsini ənənəyə çevirmək olmaz.
Zərdabdakı peyvənd biabırçılığı
Qeyd edək ki, ötən gün Zərdab Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi vaksinasiya prosesi ilə bağlı monitorinq keçirib. Rayonun Qoruqbağı kəndində yerləşən "Eldayaq" şadlıq sarayında keçirilən monitorinq zamanı məlum olub ki, bəy Səmədov İsaq Cabir oğlu və gəlin Qurbanova Səbinə Əlvan qızı vaksinasiya olunmayıblar. İcra Hakimiyyətindən verilən məlumatda bildirilir ki, gənclərə qanuna uyğun olaraq bu proseslə bağlı qaydalar izah edilib və hər iki gənc deyilənləri səmimi qəbul edərək yaxınlıqdakı Məlikli kəndində könüllü olaraq vaksinasiya olunublar.
İyulun 28-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 294 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, monitorinq 213 şadlıq sarayında, 81 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 100 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati qaydada həbs edilib;
- 4 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib;
- 1977 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Toy qadağasının götürülməsi
Xatırladaq ki, 2021-ci il iyulun 1-dən Azərbaycanda toy və nişan mərasimlərinə qoyulan qadağa aradan qaldırılıb. "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Nazirlər Kabinetinin qərarında edilən dəyişikliyə görə, mərasimlərdə qonaqların sayı 150 nəfərdən çox ola bilməz, üstəlik, toy gecə yarısından əvvəl bitməlidir.
Qonaqların sayı 50 nəfərədək olduqda onların maska taxması (yemədikləri zaman) vacib olsa da, toya COVID-19 pasportu olmayanlar da gələ bilərlər. Ancaq toya 50 nəfər və daha artıq şəxs gəlibsə, onlardan COVID pasportu tələb olunacaq. Restoran və şadlıq evlərinin personalının 80%-nin koronavirus immuniteti barədə sertifikatı olmalı, onlar mütləq maska taxmalıdırlar (musiqiçilər istisna olmaqla).
Şənlik mərasimlərinin təşkili ilə əlaqədar əsas qaydalar
- 50 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərinin "İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair metodiki göstərişlər"də müəyyən olunmuş tələblərə uyğun olaraq təşkil edilməsinə icazə verilir. Bu tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə vacibdir. Lakin həmin şənlik mərasimlərində iştirak üçün COVID-19 pasportunun təqdim olunması tələb edilmir.
- 50 nəfərdən 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində isə yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd (COVID-19 pasportu) olduğu halda icazə verilir. Bu şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələbi yoxdur.
- Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına əsasən, 2021-ci il iyulun 1-dən etibarən COVID-19 pasport tələbi tətbiq olunan məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) azı 80 faizinin COVID-19 pasportuna malik olması mütləqdir (1 avqustadək birinci doza qeyd olunmuş vaksinasiya sertifikatı qəbul edilir). Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir.
- Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az) daxil edilməldir.
Keçiriləcək tədbirin tarixinə ən azı 5 gün qalmış tədbirin keçirilmə tarixi, başlama və bitmə vaxtı, qonaq sayı barədə məlumatlar portala daxil edilməlidir. Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi ilə bağlı şənlik və məkan sahibi birlikdə məsuliyyət və cavabdehlik daşıyırlar. 150 nəfərdən artıq iştirakçısı olan şənlik mərasimlərinin keçirilməsi növbəti yumşalma barədə qərar qəbul olunanadək qadağandır.
- İnzibati Xətalar Məcəlləsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-07-2021, 10:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:30-07-2021, 10:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti