reklam
Regionxeberlericom.az » Cəmiyyət » Məhərrəm ayında yas mərasimlərinin keçirilməsinə icazə veriləcək? - Deputatdan açıqlama

reklam

Məhərrəm ayında yas mərasimlərinin keçirilməsinə icazə veriləcək? - Deputatdan açıqlama


İyul ayının 1-dən etibarən toyların keçirilməsinə icazə verilib. Artıq 1 aya yaxındır ki, hər kəs kütləvi şəkildə toy şənlikləri keçirir. Lakin qarşıdan Məhərrəmlik ayı gəldiyi üçün toyların azalmasının şahidi olacağıq. Məhərrəm ayının özəlliyi və toyların azalması nəzərə alınaraq yas mərasimlərinin keçirilməsinə də icazə verilə bilərmi?

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov mövzunu şərh edib. Deputat hazırda virusa yoluxanların sayında artım olduğunu qeyd edib:

“Təəssüf ki, virusa yolxanların sayında çox ciddi şəkildə artım var. Hesab edirəm ki, yas mərasimləri ilə bağlı qərar vermək üçün tezdir. Əvvəlki dövrdə yoluxma az olduğu üçün toylara icazə verildi. Hazırki dövrdə yoluxma çox olduğuna görə düşünürəm ki, bir müddət gözləməliyik. Artıq bir aydır insanlar toylarını kütləvi şəkildə keçirir və yoluxmalar artır. Yoluxmalar azaldıqdan sonra yas mərasimləri barədə bir qərar qəbul ediləcək”.

Ceyhun Məmmədov toy və yaslardakı israfçılıq haqda da danışıb:

“Bir məsələni də insanlara xatırlatmaq istəyirəm ki, həm toylarda, həm də yaslarda müəyyən mənada israfçılqdan uzaq durmaq lazımdır. Bilirsiniz ki, Azərbaycan dövləti uzun müddətdir israfçılıqla bağlı öz narahatlığını ifadə edib. Diqqətli olmaq lazımdır”.


Paylaş:


Müəllif : Tarix:
30-07-2021, 13:56
Sikayət   


loading...
Загрузка...