reklam
Regionxeberlericom.az » Cəmiyyət » Eldəniz Səlimov deputat mandatından məhrum edilir

reklam

Eldəniz Səlimov deputat mandatından məhrum edilir



“İntizam Komissiyası Baş Prokurorun deputat Eldəniz Səlimovla bağlı təqdimatına əsasən toplaşacaq. Amma hələlik təqdimat verilməyib”.

Bunu Modern.az-a Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı bildirib.

F.Ağamalı deyib ki, Konstitusiyasının 90-cı maddəsinin II hissəsinə görə, Eldəniz Səlimov Baş Prokurorluğun təqdimatı, Milli Məclisin rəyi ilə deputat mandatından məhrum edilə bilər:

“Bu asılıdır Baş Prokurorluğun təqdimatından. Təqdimata Milli Məclis onun daxil olduğu vaxtdan 7 gün müddətində baxmalıdır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Milli Məclisin Sədri Milli Məclisin deputatı haqqında təqdimatı əvvəlcə Milli Məclisin İntizam komissiyasına göndərir. İntizam komissiyası təqdimata baxaraq Milli Məclisin deputatının toxunulmazlığına xitam verilib-verilməməsi barədə rəy qəbul edir.

Milli Məclis bu barədə məsələlərə deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat olan deputatın iştirakı ilə baxır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda məsələyə onun iştirakı olmadan baxılır. Bu məsələ Milli Məclisin iclasında müzakirə edilərkən deputatın ittiham edildiyi cinayətdə təqsirli olub-olmaması müzakirə oluna bilməz. İclasda iştirak edən deputatlar yalnız deputat toxunulmazlığına xitam verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatında kifayət qədər əsasların olub-olmamasını aydınlaşdıra bilərlər. Bu məqsədlə Azərbaycan Respublikasının Baş prokuroruna suallar verə bilər, deputat toxunulmazlığına xitam verilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər”.

Parlamentarinin sözlərinə görə, deputatın toxunulmazlığına xitam verilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilməlidir:

“Beləliklə, araşdırmadan sonra çıxarılan nəticələrə əsasən, Baş Prokuror Eldəniz Səlimovun deputat kimi toxunulmazlığıına xitam verilməsi üçün Milli Məclisə təqdimat verə və Milli Məclisin qərarı ilə deputat toxunulmazlığına xitam verildikdən sonra Eldəniz Səlimov barədə cinayət işi açıla bilər. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir”.


Paylaş:


Müəllif : Tarix:
30-07-2021, 18:13
Sikayət   


loading...
Загрузка...