reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Ədəbsiz formada Azərbaycan prezidentinə xitab edərək...” –Deputatdan sərt açıqlama

reklam

“Ədəbsiz formada Azərbaycan prezidentinə xitab edərək...” –Deputatdan sərt açıqlama


“Rusiyanın siyasət texnologiyasında dəyişikliklər gecikdiyinə görə bu bəzən ölkənin adından səslənən məqsədyönlü fikirlərin də ciddiliyi itir. Bu metod, xüsusilə də Jirinovski obrazında qurulan hədə və xəbərdarlıq mesajlarında artıq gülünc qaşılanmağa başlayır”.

Bunu millət vəkili Fazil Mustafa deyib. O, bildirib ki, Jirinocvski artıq bir neçə ölkəyə atom bombası atıb, bir neçə ölkəni işğal edib, bir neçə ölkədə çevrilişlər edib və sonunda anlaşılıb ki, bir cizgi filminin qəhrəmanının cızılmış süjet xətti üzrə hərəkətindən başqa bir şey baş verməyib:

“Adam dəfələrlə Azərbaycanla bağlı, həm dövlət olaraq, həm xalq olaraq, həm də iqtidar olaraq bəzən təzadli, bəzən də təhqiramiz fikirlər səsləndirib.

Arada sərsəmləyərək hətta Qarabağı Rusiyaya birləşdirib, Azərbaycanı Rusiyanın quberniyasına çevirib. Bütün bunlar Rusiya ilə münasibətləri yetərincə yaxın olan Azərbaycanı elə də narahat etməyib, çünki indiyədək erməni mənbələrinin qidalandırdığı bu cür siyasətbazların mövqeləri dövlətlərarası münasibətlərə zərrə qədər də öz təsirini göstərməyib.

Azərbaycan və Rusiyanın praqmatik düşüncəyə sahib liderləri hər iki dövlətin maraq və mənafelərinə uyğun münasibətləri indiyədək uğurla davam etdirirlər və aramızda ciddi dostluq ənənələri formalaşıb. Buna baxmayaraq, son günlər həmi Jirinovski eyni sərsəmləməni radio vasitəsilə edib ki, bəs Cənubi Qafqaz Rusiyanın 200 illik nüfuz dairəsində olduğuna görə, bizim iradəmizlə hamı hesablaşmalıdır. Və əlavə olaraq da ədəbsiz formada Azərbaycan prezidentinə xitab edərək, bu ərazilərdə rus əsgərlərinə yan baxılmayacağını və əks halda hakimiyyətin devriləcəyini bildirib.

Bir işğalçı-faşist zehniyyəti ilə ədəbsiz formada Azərbaycana xəbərdarlıq edən bu cizgi filminin qəhrəmanı hələ də anlamır ki, məhz İlham Əliyevin liderliyi altında Azərbaycan xaıqı bir yumruq kimi birləşərək öz torpaqlarını vaxtaşırı Jirinovskini yemləyən erməni vəhşilərinin işğalından azad etdi.

Artıq hər hansı qüvvə Azərbaycan xalqının bundan sonrakı birlik modelini pozmaq iqtidarında deyil və istənilən xarici qüvvəyə qarşı iqtidarlı, müxalifətli qətiyyətlə birləşərək mübarizə aparacağımızdan kimsənin şübhəsi olmasın. Bu cür üslubda Azərbaycana hədə göndərənlər anlamalıdırlar ki, müstəqillik bu millətin qırmızı xəttidir və ona əl uzadan hər hansı bir ölkənin əsgərinin dəbilqəsinin altı boş qalar. Necə ki, erməni əsgərlərinin miskin durumu Jirinovskinin də gözünün önündədir.

Biz bir dövlət olaraq Rusiya ilə dostluğa böyük əhəmiyyət veririk və əminəm ki, bu cür pozucu elementlərin məqsədyönlü çağırışları əvvəlkilər kimi də küləyə qarışıb eşidilməz olacaqdır”.


Paylaş:


Müəllif : Tarix:
31-07-2021, 17:21
Sikayət   


loading...
Загрузка...