![reklam](/templates/tema/images/saythazir.png)
Eldar Həsənovun vəkilləri ölkə rəhbərliyinə müraciət edib
![](https://www.regionxeberlericom.az/uploads/posts/2021-07/medium/1627756150_resize.jpg)
Azərbaycanın Serbiyadakı keçmiş səfiri və ölkənin sabiq baş prokuroru Eldar Həsənovun vəkilləri prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.
Onlar Həsənovun səhhətinin ağır olması ilə əlaqədar onun barəsində qətimkan tədbirinin dəyişdirilməsində köməklik göstərməyi xahiş edirlər.
Vəkillər qeyd edirlər ki, bəlkə də, “sonuncu dəfə” müraciət edirlər. Çünki Həsənovun vəziyyəti o qədər ağırdır ki, “növbəti dəfəyə ehtiyac qalmaya bilər”.
Müraciətdə qeyd edilir ki, Həsənov iyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsinin Hərbi Hospitalına yerləşdirilib. Bir sıra müayinələr, kolonospik müdaxilə (bağırsağından əməliyyat) aparılıb.
Vəkillər xatırladırlar ki, ölkə rəhbərliyinə əvvəlki müraciətlərində Eldar Həsənovun keçən ilin oktyabr ayından başlayaraq təkrarlanan başgicələnmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət etdiyini qeyd ediblər.
İndiyə kimi 170 dəfədən artıq belə yıxılmalar baş verib.
Vəkillərin Baş Prokurorluğa Həsənovun öz həkimləri tərəfindən müayinə olunması ilə bağlı dəfələrlə vəsatətlərinin əsassız olaraq təmin edilməməsi belə ağır fəsadlara gətirib çıxarıb.
Hospitalda müayinə zamanı onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunub.
Başgicələnmələrin və yıxılmaların səbəbi bu xəstəlik olub. Bu xəstəliyin vaxtında aşkara çıxarılmaması və adekvat müalicə aparılmaması (əslində bu xəstəliyin müalicəsi yoxdur, ağırlaşmanın qarşısını almaq üçün gündəlik profilaktikası vardır: dərmanlar, məşğələlər, fizioterapiya, müntəzəm açıq havada olma və s.) belə ağır nəticələrə gətirib çıxarıb.
Müntəzəm başgicələnmələr yıxılmalarla müşahidə olunur və istənilən növbəti yıxılmaların birində ağır fəsad baş verə bilər, deyə vəkillər qeyd edir.
Onlar bütün bunları nəzərə alaraq, prezidentdən və birinci vitse-prezidentdən Eldar Həsənov barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı köməklik göstərməyi xahiş edirlər.
Müraciəti Cavad Cavadov, Adəm Məmmədov, Valeh Mehrəliyev və Cəlil Mirzəyev imzalayıblar.
Xatırladaq ki, Eldar Həsənov 2020-ci il avqustun 13-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, növbəti gün məhkəmə onu sui-istifadə və büdcə vəsaitlərinin məqsəddən kənar xərclənməsi ittihamı ilə həbs edib.
Eldar Həsənov 2001-2020-ci illərdə Azərbaycanın Rumıniyada, daha sonra isə Serbiyada, Monteneqroda və Bosniyada səfiri vəzifələrini tutub.
1995-2000-ci illərdə o, Azərbaycanın baş prokuroru vəzifəsində işləyib. (turan.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:31-07-2021, 22:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:31-07-2021, 22:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
![reklam](/templates/tema/images/reklam300.png)
Xəbər lenti
Bu gün, 14:01
Bu gün, 13:55
Bu gün, 11:17
Bu gün, 09:04
Bu gün, 09:02
Bu gün, 08:48
Dünən, 09:26
10-02-2025, 19:29
10-02-2025, 14:52
10-02-2025, 14:02
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739354429_mg_20250206_233932-1210x642.jpg)
Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739353951_4619a574-b55a-3eb9-9cf4-2bc31e9c7892_850.jpg)
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336344_1.jpg)
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336120_1.jpg)
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739291913_1.jpg)
Rəşad İsmayılov Ağgöl Milli parkında qanunsuz balıq ovunun qarşısını ala biləcək? - Yegerin oğlu qanunsuz dəstə yaradıb
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739335416_0001.jpg)
Tramp hökumət işçilərinin sayını azaldır, konsulluqları bağlayır - ABŞ "kəmərlərini sıxır"...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739251498_sekil.jpg)
DTX dövlətə xəyanət etmiş Azər Bağırovu məsuliyyətə cəlb etdi - İordaniyadan gətirildi - Foto
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739201074_jsw1efegsz9x8mz1wu89bqjnroqii6vqct2ljb8e_1200.webp)
Səkkiz yaşlı Mehdinin sizin köməyinizə ehtiyacı var: Ən böyük arzusu anasına tərəf addımlamaqdır
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739184731_resize-1.jpg)
Daha bir rusiyalı deputatın Azərbaycana girişinə qadağa qoyuldu - Zatulin, Milonov və...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739162089_1.jpg)