Zəngəzurla bağlı məkrli planlar var
Ermənistanın Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan yenidən Zəngəzur dəhlizi məsələsinə toxunub. Paşinyan Nazirlər Kabinetinin iclasında regional nəqliyyat kommunikasiyaların blokdan çıxarılmasının tərəfdarı olduğunu, amma nəqliyyat dəhlizləri məsələlərini Azərbaycanla müzakirə etməyəcəyini açıqlayıb.
“Üçtərəfli bəyanatlarda dəhliz ifadəsi yoxdur. Ermənistan dəhlizlər məsələsini müzakirə etmir və etməyəcək. Bütün regional nəqliyyat kommunikasiyaları isə açıq olmalıdır”, - deyə Paşinyan qeyd edib.
Onun sözlərinə görə, Ermənistanın Azərbaycan ərazisindən keçərək Rusiyaya, Orta Asiyaya və İrana, Azərbaycanın isə Ermənistan vasitəsilə Naxçıvana, Gürcüstana və İrana keçidi olmalıdır: “Bunu həyata keçirmək üçün sərhədlərdə gömrük nəzarət məntəqələri yaradılmalı və bu, beynəlxalq səviyyədə tanınmış sərhəd keçid qaydaları ilə həyata keçirilməlidir”.
Qeyd edək ki, dəhlizlə bağlı Paşinyanın bu cür açıqlama verməsi ilk hal deyil. Ermənistan lideri əvvəllər də bildirirdi ki, dəhliz məsələsi müzakirə predmeti deyil. Bundan fərqli olaraq isə Azərbaycan tərəfi Zəngəzur dəhlizinin nəyin bahasına olur-olsun açılacağını, bunun 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Birgə Bəyanatın 9-cu bəndində əksini tapdığını bəyan edir. Belə olan halda Paşinyanın hər dəfə dəhlizlə bağlı təkzib səsləndirməsi sual doğurur. Ermənistanın məğlub lideri dəhlizin açılması məsələsindən niyə yayınmağa çalışır?
Mövzu ilə bağlı AYNA-nın suallarını “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu cavablandırıb. Onun sözlərinə görə, Paşinyanın bu tip bəyanatının arxasında çox məkrli geosiyasi planlar dayanır:
- Məsələ burasındadır ki, Nikol yalan danışır. Dəhlizlər məsələsi, konkret olaraq Zəngəzur dəhlizinin açılması 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Birgə Bəyanatda əksini tapıb. Bu, İkinci Qarabağ müharibəsində atəşkəsin bərpa olunmasının başlıca səbəblərindən biridir. Paşinyan bunu indi inkar etməklə erməni siyasətinin tipik nümunəsini göstərir.
- Ümumiyyətlə, Ermənistan tərəfinin dəhliz məsələsini mütəmadi gündəmə gətirməsi və bunu inkar etməsi nə ilə bağlıdır?
- Səbəb çox sadədir. Rusiyaya Yaxın Şərqə çıxış lazımdır. İkinci Qarabağ müharibəsində Rusiyanın müəyyən qədər sakitliyi onunla bağlı idi ki, öz sülhməramlılarını bölgəyə yeritsin. Açığı, Rusiya gözləmirdi ki, Cəbrayıl istiqamətində, Xudafərin körpüsü Azərbaycan Ordusunun nəzarətinə keçə bilər. Kreml öz sülhməramlılarını o əraziyə yerləşdirib, bununla da Yaxın Şərqə çıxışını təmin edəcəkdi. Amma Türkiyənin Azərbaycana birmənalı dəstəyi, Azərbaycan Ordusunun uğurlu əməliyyatları Rusiyanın planlarını alt-üst etdi. Bu zaman məcbur oldular ki, Birgə Bəyanata Zəngəzur dəhlizinin açılması ilə bağlı bənd salınsın. İndi dava onun üzərində gedir ki, Rusiya Yaxın Şərqə kimin ərazisindən çıxış əldə etməlidir?! Zəngəzur dəhlizi açılacağı təqdirdə Rusiya Naxçıvan və Ermənistan üzərindən çıxış əldə edir. Məlumdur ki, Paşinyanın arxasında Qərb dayanır. Qərb Nikola izah edir, tələb edir ki, qətiyyən dəhlizin açılmasına imza atmasın. Bununla Rusiyanın qarşısını almaq istəyirlər.
Digər yandan, Azərbaycan israrla dəhlizin açılmasını istəyir ki, bununla öz ərazisinin suverenliyini saxlaya bilsin. Çünki Rusiya o dövlət deyil ki, onunla praqmatik, sağlam, hüquqi razılaşma əldə edəsən. Rusiya razılaşmaya gedilə biləcək dövlət olsaydı, o zaman nəqliyyat-kommunikasiyalardan istifadəsindən narahat olmağa dəyməzdi. Söhbət nəqliyyat yollarında humanitar yüklərin daşınmasından getmir, hərbi silah-sursatın, texnikanın daşınmasından gedir. Yəni bir növ həmin kommunikasiyaların hərbi logistika kimi istifadəsindən gedir. Azərbaycan da təbii ki, buna yol verə bilməz. Dəhlizdən isə Rusiya Yaxın Şərqə çıxış imkanı qazanır. Ermənistanda Zəngəzur dəhlizi vasitəsilə Rusiyanın yolunu kəsmək istəyənlər maraqlıdırlar ki, Azərbaycan üzərindən də bunu etsinlər. Söhbət ondan getmir ki, Rusiya Yaxın Şərqə Azərbaycan, yoxsa Ermənistan üzərindən çıxsın. Ümumiyyətlə, bu çıxışı istəmirlər. Bu baxımdan, Paşinyanın arxasındakı güclər ona “dəhliz məsələsi müzakirə olunmur” dedirdirlər.
- Azərbaycan isə dediyiniz kimi, israr edir...
- Bəli, Azərbaycan suverenliyini qorumaq üçün Birgə Bəyanatdakı bəndi əsas gətirərək Zəngəzur dəhlizini gündəmə gətirir. Çalışır ki, Rusiya Yaxın Şərqə Ermənistan üzərindən çıxsın. Çünki bu, dövlətin təhlükəsizliyi məsələsidir. Azərbaycan Rusiyaya öz ərazisindən Yaxın Şərqə çıxış şəraitini yarada bilməz. Yaradarsa, Azərbaycan sərt tənqidlərə məruz qalacaq.
- Hazırda Ermənistan-Azərbaycan sərhədində müşahidə olunan gərginliyin bu məsələ ilə bağlılığı varmı?
- Əlbəttə... Bu gərginliklərin arxasında birmənalı olaraq Rusiya dayanır. Kreml çalışır ki, yeni müharibə vəziyyəti yaransın və bundan yararlanaraq ona lazım olan ərazilərə nəzarət edə bilsin. Rusiyanın niyyəti Zəngəzura, Cəbrayıla, Xudafərin istiqamətinə sülhməramlı adı altında hərbçilərini yerləşdirmək, bu ərazilərə tam nəzarəti ələ almaqdır. Hesab edirəm ki, Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasında son dərəcə israrlı olmalıdır. Amma heç bir halda bunu hərbi güc təhrikinə getməməlidir. Bu, bizim üçün yanlış olar.
- Hansı baxımdan yanlış olar?
- Dediyim kimi, Rusiya bundan yararlana bilər. Birincisi, Zəngəzur istiqamətində hərbi güc göstərilsə, bu halda Azərbaycan beynəlxalq aləmdə təcavüzkar kimi təqdim olunacaq. Onsuz da, Ermənistana istər ABŞ olsun, istər Avropa, Fransa olsun, dəstək verirlər. Konflikt yaranacağı təqdirdə ən azı Fransa Ermənistanın tərəfində olacaq. Rusiya isə vəziyyətdən yararlanıb, öz məkrli planlarını həyata keçirəcək. Dəhliz mübahisələri məhz bunlarla bağlıdır.
Qaldı ki, Paşinyanın nəqliyyat-kommunikasiyaların açılmasında maraqlı olduğunu nümayiş etdirməsi məsələsinə, dediyim kimi, rəsmi İrəvan Rusiyanın Yaxın Şərqə Ermənistan ərazisindən çıxışını istəmir. Ticari yüklərin daşınmasına, Azərbaycanın Naxçıvana, Türkiyəyə, Ermənistanın Rusiyaya, Orta Asiyaya, İrana keçməsində problem görmür. Çünki bu, ticari əlaqələr olacaq. Dəhliz isə Rusiyanın Ermənistan ərazisindən Yaxın Şərqə hərbi çıxışı deməkdir. Nikol nəqliyyat-kommunikasiyalar gündəmə gətirməklə oyun oynayır, Birgə Bəyanatda kommunikasiyalarla bağlı qeydlərə istinad edir. Lakin sənədin 9-cu bəndinə istinad etmir. Hansı ki, orada Zəngəzur dəhlizinin açılması qeyd edilib. Yenə də deyirəm, Azərbaycan Zəngəzur dəhlizində son dərəcə israr etməlidir. Kommunikasiyalar vasitəsilə Rusiyanın Yaxın Şərqə Azərbaycan ərazisindən çıxışına qətiyyən imkan vermək olmaz. Birincisi, bu, Azərbaycanı Rusiya qarşısında aciz vəziyyətdə qoyar. İkincisi, ən yaxşı halda Qərb, NATO, hətta qardaş Türkiyə bizi müdafiə etməz. Ən pis halda isə Qərbin bütün potensialı Azərbaycana qarşı yönələ bilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-08-2021, 09:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:3-08-2021, 09:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
17-12-2024, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
17-12-2024, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
17-12-2024, 10:38
HƏMAS və İsrail arasında müzakirələr: Birinci mərhələdə nə qədər girov azad ediləcək?
17-12-2024, 10:27
Abşeronun təhsil şefi məktəblərdə anarxiya yaradıb - müəllimə ifşa etdi - "ölü can"lar
17-12-2024, 08:54
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qış yuxusunda... - İTTİHAM VAR...
17-12-2024, 08:33