Vaksinlər BAHALAŞDI – Azərbaycanda PEYVƏND BÖHRANI yaşanacaqmı?
Dünyada vaksinlərin bahalaşması tendensiyası gedir. İstehsal olunan hər vaksinin qiyməti 4-5 avro aralığında artıb. Belə ki, koronavirusa qarşı "Pfizer" və "Moderna"vaksinlərinin istehsalçıları Avropa İttifaqı üçün bir dozanın qiymətini artırıblar. "Pfizer"-in bir dozası 15,5 avrodan 19,5 avroya, "Moderna"vaksininin bir dozası isə 22,6 dollardan 25,5 dollara qədər artıb. Şirkət nümayəndələri qiymət artımına görə heç bir açıqlama verməyib.
Digər peyvənd növləri də bahalaşacaq?
Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə “Coronovac”, “Vaxzevria”, “Spunik V” və “Pfizer” vaksinləri tətbiq olunur. Hələlik qiyməti artmayan digər növ vaksinlərin də növbəti mərhələdə bahalaşacağı istisna deyil. Rəsmi qurumların açıqlamalarına görə Azərbaycanda kifayət qədər vaksin ehtiyatı var və bu məsələdə problem yaşanacağı mümkün görünmür. Amma qiymət artımı növbəti mərhələlərdə peyvəndin ölkələrdə tətbiqinin əlçatanlığını məhdudlaşdıra bilər. Ekspertlərin fikrincə Azərbaycan Rusiya və Türkiyə ilə birgə vaksin istehsal etmək gücünə malik olsa da, bu məsələdə yenə də geri qalır.
Səssiz qalan 3 qurum…
Məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah, Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi ilə əlaqə yaratsaq da, cavab almaq mümkün olmayıb. TƏBİB icraçı qurum olduğunu əsas gətirərək nə peyvənd idxalı, nə də ehtiyatda olan dozlardan məlumatsız olduğunu bildirib. Səhiyyə Nazirliyindən də eynən peyvənd idxalı ilə məşğul olmadıqları vurğulanaraq, Operativ Qərargaha üz tutulması deyilib.
“Ölkədə vaksin problemi yaşanmayacaq”
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini Aydın Əliyev isə Bizim.Media-ya açıqlamasında istənilən halda dövlətin peyvəndi alıb-gətirməyə imkanı olduğunu deyib:
“Bəlkə də lazım olan dozada peyvənd əvvəlki qiymətlərlə sifariş edilib. Hesab edirəm ki, dünyada vaksinin qiymətinin qalxması ilə bağlı ölkəmizdə problem yaşanmayacaq. Çünki Azərbaycanın həm Çinlə yaxşı münasibətləri var. Həm də COVAX təsisatının üzvüyük. Oradan da vaksinlər alırıq”.
Aydın Əliyev vaksinin qiymətinin artması səbəbini belə izah edib:
“Ölkələrdə zəruri təminat olub. Dünyada artıq pandemiya təhlükəsi azalır. Bununla belə sifariş edən ölkələr vaksini istənilən istehsalçı dövlətlərdən almalıdırlar”.
Azərbaycan üçün peyvənd istehsalı nədir ki?
Azərbaycanın vaksin istehsalına gəlincə, həkim Azərbaycan üçün peyvənd istehsalının mümkünsüz olmadığını qeyd edib:
“Azərbaycan üçün peyvənd istehsalı nədir ki? Sovet səhiyyə sistemindən sonra tibb sahəmizdə müəyyən durğunluq yaşandı. Bu istiqamətdə zəifləmə oldu. İndi isə Azərbaycanda sanki yenidən səhiyyə sistemi qurulur və sıfırdan başlanılır. Məsələn, Türkiyə səhiyyəsi Azərbaycandan ona görə güclüdür ki, onillərdir ki, orada bu sahədə təkmilləşmə davam edir. Bizdə isə bir sistem dağıldısa, yeni sistem qurulur. Hazırda səhiyyəmiz dünya standartlarına tam cavab verə bilmir. Müvafiq qurumlar vəzifələrinin öhdəsindən gəlsə, peyvənd istehsalında da problem olmaz”.
Ehtiyatda daha 2 milyon doz…
Xatırladaq ki, Çinlə Azərbaycan arasında “Sinovac”şirkətinin istehsalı olan 5 milyon doza “Coronavac” vaksinin alınmasına dair müqavilə başlanıb.
Bu ilin martında Baş nazir Əli Əsədov 300 000 doza “Sputnik V” dərman vasitəsinin Rusiyadan Azərbaycana idxalı ilə bağlı sərəncam imzalayıb.
Rusiyadan alınan peyvəndin ilk partiyası (40 min doza) mayın 2-də Azərbaycana gətirilib. Daha sonra Səhiyyə Nazirliyi bu peyvəndi istifadə üçün təsdiq edib.
Aprel ayının əvvəlində Azərbaycana Koreyadan “AstraZeneca” şirkətinə məxsus 84 000 doza vaksin (“Vaxzevria”) gətirilib. May ayının sonuna qədər “AstraZeneca” şirkətinə məxsus daha 432 000 doza COVID-19 vaksin Azərbaycana idxal olunub.
Bir ay əvvəl isə Azərbaycana 218 min doza “Pfizer” peyvəndi gətirilib. Təxmini hesablamalara görə 7 milyon doza yaxın ölkəyə peyvənd gətirilib. 5 milyondan çox insan peyvəndlənib. Deməli ehtiyatda 2 milyona yaxın peyvənd dozu qalır.
Paylaş:
Müəllif : Yazar
Tarix:3-08-2021, 09:46
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:3-08-2021, 09:46
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29