Özünüzü qoruyun: Keyfiyyətsiz eynəklər xərçəng xəstəliyinə səbəb olur
"Keyfiyyətsiz gün eynəkləri gözdə müxtəlif xəstəliklərin, hətta xərçəng xəstəliyinin də yaranmasına səbəb olur".
Bunu Bakupost.az -a Milli Oftalmologiya Mərkəzinin elmi-məlumat və təşkilati metodik bölməsinin rəhbəri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva deyib.
Onun sözlərinə görə, keyfiyyətsiz gün eynəkləri gözün bülluruna pis təsir göstərdiyi üçün katarakt xəstəliyi yaranır:
“Bu xəstəliyin eynək və dərman vasitələri ilə müalicəsi mümkün deyil, çünki yetişmiş kataraktdan qurtulmanın yeganə yolu yalnız cərrahi əməliyyatdır. Keyfiyyətsiz eynəklərə görə gözdə hər hansı xəstəliyinin yaranmaması üçün həkimin tövsiyəsi əsasında düzgün diopteriyalı gün eynəyi alınmalıdır”.
Mənşəyi məlum olmayan eynəklərin istifadəsinin gözə yalnız zərər verə biləcəyini vurğulayan oftalmoloq eynəklərə düzgün qulluğu da vacib sayır. O qeyd edir ki, gözə hər hansı virusun düşməməsi üçün istənilən növ eynəklər hər gün istifadədən əvvəl və sonra adi maye-sabunlu su ilə yuyulub təmizlənməlidir:
“Spirt tərkibli dezinfektantlar eynəklərdə müxtəlif məqsədlə təyin olunmuş örtükləri zədələyir. Odur ki yalnız eynəyin gigiyenası üçün nəzərdə tutulmuş xüsusi məhlullardan istifadə etmək məsləhətdir. Şüşəsi cızılmış eynək də artıq öz keyfiyyətini itirir. Belə ki, cızılmış yerlərdən ultrabənovşəyi şüalar gözə təsir edə bilir. Buna görə də belə eynəklərdən istifadə məsləhət görülmür”.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-08-2021, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:4-08-2021, 09:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti