"Təhsil haqqı 1000-1500 manat olan ixtisaslara da kredit ayrılsın" - TƏKLİF
“Elə ailələr var ki, onların heç 1500 manata da gücü çatmır”.
Bu sözləri Təhsil Tələbə Kredit Fondunun təhsil kreditləri üçün müəyyənləşdirdiyi şərtləri dəyərləndirən təhsil ekpserti Elçin Əfəndi Yenicag.az-a açıqlamasında deyib.
Ekspert vurğulayıb ki, Təhsil Tələbə Kredit Fondu kreditləri əsasən sosial həssas ailələrdən olan və eyni zamanda təhsil aldığı müddət ərzində akademik göstəriciləri 71 balın üzərində olan tələbələr üçün ayırır:
“Kreditlərin təhsil haqqı daha yüksək olan ixtisaslarda oxuyan tələbələrə verilməsi nəzərdə tutulub. Yəni, ilik təhsil haqqı 2500-3000 manat olan tələbələrə kreditlər veriləcək. Lakin elə ailələr var ki, onların heç 1500 manata da gücü çatmır. Bu baxımdan illik təhsil haqqı 1000-1500 manat olan ixtisaslara da təhsil kreditinin ayrılması doğru addım olar. Onu da qeyd edim ki, kreditlərdən istifadə nəğd şəkildə deyil. Yəni, ayrılan kredit birbaşa tələbənin təhsil aldığı universitetə köçürülür. Tələbəyə isə təhsil haqqının ödənilməsi ilə bağlı sadəcə məlumat verilir. Akademik göstəriciləri yüksək olan tələbələr üçün bu addım daha mütərrəqidir. Çünki tətbiq olunan güzəşt həmin tələbələrin daha yaxşı oxumasına və rəqabət mühitinin formalaşmasına səbəb olacaq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-08-2021, 09:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-08-2021, 09:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti