reklam
Regionxeberlericom.az » Cəmiyyət » “Bunlar dövlət başçısının qulağına çatsa, onların mitilini çölə atacaq“ - Flora Kərimova

reklam

“Bunlar dövlət başçısının qulağına çatsa, onların mitilini çölə atacaq“ - Flora Kərimova


Son günlər ölkə gündəminin əsas müzakirə mövzularından biri narkotik vasitələrin, xüsusilə də kimyəvi tərkibli narkotik təsirlərə malik həblərin çox ucuz qiymətə və açıq şəkildə satılmasıdır. Ölkənin bir çox yerlərində bu vasitələrdən istifadə edənlərin sayında kəskin artım olduğu barədə həyəcan təbili çalınır.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Flora Kərimova əlində işi olmayan, cəmiyyət tərəfindən təzyiqlərə məruz qalan gənclərin narkotik maddələrə daha çox meyl etdiyini deyib, Qeyd edib ki, bu bəlanən geniş yayılmasında vicdanını itirən bəzi məmurların da rolu var:

“Döyüş meydanında gənclərimizə uduzan düşmənimiz gəncliyimizi məhv etməyi qarşısına hədəf qoyub. Onlar yaxşı bilir ki, millətimizin evini cavanlarla, narkotik aludəçilərilə yıxa bilərlər. Nədən yapışdıqlarını çox yaxşı bilirlər.

Cavanlar məşğuliyyətləri olmayanda, iş tapa bilməyəndə problemlər daha da böyüyür. Ailə, cəmiyyət tələb edir ki, iş tap, özünü dolandır. Belə təzyiqlərdən cavanlar “sınır”, özünü narkotik vasitələrlə ovutmağa çalışır. Mən elə insanlar tanıyıram ki, hətta narkotik vasitələri pulsuz təklif edirlər ki, təki gəncləri aludəçiyə çevirsinlər. Aludə olan insan narkotikə görə öz namusunu da, ailəsinin namusunu da, çörək pulunu da satır. Narkomaniya ölkəni tar-mar etməyin yollarından biridir. Bunun üçün də məhz cavanlardan yapışırlar”.

Sənətçi bu bəlanın artmasında işini düzgün yerinə yetirməyən məmurların da rolunun olduğunu vurğulayıb:

“Cavanlar yekəqarın bir məmurun qapısını döyəndə adətən rədd cavabı alırlar. Müharibə qəhrəmanı söz sahiblərinin qapısına gedir, ona iş vəd edirlər. Sonra da başqasına, “tapşırılan” adama həmin işi verirlər, deyirlər ki, “iş yoxdur, get süpürgəçi ol”. Onun da vətəndən, insanlardan ürəyi sınır və düşünür ki, məndən vətənə borc tələb edirlər, bəs vətənin mənə borcu yoxdurmu, axı mən onun övladıyam. Biz dünyaya övlad gətiririksə, çalışırıq ki, onu ayağa qaldıraq, yetişdirək, əlini çörəyə çatdıraq. Biz öz məhəbbətimizi, qayğımızı övlada verəndə, o da bizə eyni qaydada cavab verir. Qayğı tərbiyədir. Bir naşının, qanmazın üzündən müharibə qəhrəmanlarını ölkədən küsdürürlər. Cavan da düşünür ki, əgər sən məni saymırsansa, niyə mən sənin böyük qarnını müdafiə etməliyəm, sənin uşağınsa bahalı maşınlarda gəzməlidir?! Bundan sonra o da üzünü döndərir narkotikə, yaxud da bir bilet alıb ölkədən gedir. Gedib Rusiyada bazarlarda işləyir, hətta bəzən hamballıq edirlər ki, təki qədirbilməzin qapısını döyüb ondan çörək ummasınlar. Çox çətin vəziyyətdir, cavan nə etsin, dərdini narkotiklə ovudur. Bunun kökündə işini düzgün görməyən, ədalətsizlik edən məmurlar durur. Bu həm ürək yaralayır, həm də bir ananı gözüyaşlı, ağlar qoyur. Bəzən gedib hansısa xəstəlik tuturlar, gəlib evin gəlinini də yoluxdururlar. Bunların hamısı hansısa məmurun özünü Allah hesab etməsinə görə olur. Vəzifəyə keçəndə, 10-15 nəfərin taleyi onlardan asılı olanda özlərini tək hesab edirlər. Amma düşünmürlər ki, sabah bunlar dövlət başçısının qulağına çatsa, onların mitilini çölə atacaq. Bir hadisə oxumuşdum, şəhid analarından biri vəzifəli şəxsin yanına gəlir, deyir ki, vəziyyətim pisdir, tavan başıma uçur. Məmur şəhid anasına deyir ki, “ərə get, evini təmir etsinlər”.


Paylaş:


Müəllif : Tarix:
4-08-2021, 13:28
Sikayət   


loading...
Загрузка...