"Nüvədi harayı: pozulmuş hüquqların bərpası" adlı beynəlxalq konfrans keçiriləcək
Qərbi Zəngəzurun Nüvədi kəndinin əhalisinin 30 illik (1991-2021) deportasiyasına həsr edilən “Nüvədi harayı: pozulmuş hüquqların bərpası” adlı Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Beynəlxalq elmi-praktik konfransın təşkilatçısı - Bakı Dövlət Universitetinin Hüquq Fakultəsinin dekanı, beynəlxalq hüquq üzrə professor Əmir Əliyev açıqlamasında bildirib ki, konfrans “Zoom” proqramı üzərindən onlayn formatda keçiriləcək və dünyanın bir-çox ölkəsindən tanınmış hüquqçular iştirak edəcək.
Bildirilib ki, konfrans 7 avqust saat 11:00-da başlayacaq. Konfransın “Facebook” və “Youtube” üzərindən yayımlanacağı qeyd edilib.
Qeyd edək ki, soyqırım və deportasiya tariximizin ən faciəli dönəmlərindən biri 1991-ci il avqust ayının 7-dən 8-nə keçən gecə baş verib. Bu tarixdə indiki Ermənistan ərazisində yaşayan sonuncu azərbaycanlıların deportasiyası həyata keçirilib. Ermənistanın Mehri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində - Qərbi Zəngəzurda qalan sonuncu azərbaycanlı kəndinin - Nüvədi kəndinin sakinləri öz torpaqlarından zorla qovulublar.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-08-2021, 11:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-08-2021, 11:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 14:01
Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub
Dünən, 13:55
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
Dünən, 11:17
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
Dünən, 09:04
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
Dünən, 09:02
Rəşad İsmayılov Ağgöl Milli parkında qanunsuz balıq ovunun qarşısını ala biləcək? - Yegerin oğlu qanunsuz dəstə yaradıb
Dünən, 08:48