ŞƏMKİRLİ İŞ ADAMI BELƏ ÖLDÜRÜLDÜ - "Lotu Quli"nin adamları tərəfindən + VİDEO (Yenilənib 16+)
İki gün əvvəl, avqustun 3-də, Ukraynanın Odessa şəhərində azərbaycanlı kiçik sahibkar, 25 yaşlı Laçın Məmmədov yaşadığı binanın həyətində tapança-pulemyotdan açılan çoxsaylı atəşlər nəticəsində öldürülüb. Killer hadisə yerindən qaçıb və onun ötən ilin avqustunda Antalyada güllələnən, “Lotu Quli” ləqəbli məşhur azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun qruplaşmasına mənsub olduğu bildirilir.
Virtualaz.org xəbər verir ki, Ukrayna KİV-ləri həmin səs-küylü qətlin videomüşahidə kameraları tərəfindən qeydə alınmış görüntülərini yayıb. Orada aydın görünür ki, killer marşal Malinovski küçəsindəki çoxmərtəbəli binalardan birinin həyətində, avtomobillərin arasında mövqe tutub. L.Məmmədov telefonla danışa-danışa binanın həyətinə daxil olur və bloka girmək istəyərkən güllə yağışına tutulur. Qaçmaq istəsə də killer yaxın məsafədən ona daha bir neçə atəş açaraq hadisə yerindən uzaqlaşır.
Qətlə yetirilən Laçın Məmmədovun Şəmkir rayonunun İrmaşlı kəndinin sakini olduğu bildirilir. Onun fəaliyyəti təkcə kiçik sahibkarlıq, yəni alverdən ibarət olmayıb. Ukrayna Milli Polisinin bildirdiyinə görə, L.Məmmədov 2020-2021-ci illərdə Odessa vilayətinin ərazisində reketliklə (hədə-qorxu yolu ilə pul toplamaqla) və soyğunçuluqla məşğul olub. 1971-ci il təvəllüdlü Hüseynov Eldar Abduləhməd oğlu və 1975-ci il təvəllüdlü Amil Şamil oğlu Masedov da onunla əlbir olublar.
Ötən gün avqustun 4-də Odessa vilayət prokuroru Sergey Kostenko və Ukrayna Milli Polisinin Odessa vilayəti üzrə Baş polis idarəsinin rəisi Oleq Bex bu qətllə bağlı brifinq keçiriblər. Brifinqdə açıqlanıb ki, qətli törədən killerlə əlbir olan bir nəfər saxlanılıb. Və killerin şəxsiyyəti müəyyən olunub. Bu, 28 yaşlı Gürcüstan vətəndaşı Elmuraz Məmmədovdur. Hüquq-mühafizə orqanlarının məlumatına görə, killer qətldən bir həftə əvvəl Varşavadan Odessaya gəlib.
O, cinayət ortağı ilə birlikdə Laçın Məmmədovun yaşadığı binanın yaxınlığında mənzil kirayələyib, Avropa tranzit nömrəsi ilə “Mercedes” avtomobili alıb və qətldən sonra həmin avtomobillə hadisə yerini tərk edib, daha sonra avtomobili Filatov küçəsində atıb. Killerlə əlbir olan şəxsi ötən gün Kiyevin Borispol aeroportunda saxlayıblar, həmin adam killerin qaldığı mənzilin kirayəsini ödəyib.
Bildirilir ki, iki həftə əvvəl Laçın Məmmədov arvadına hədələndiyini deyibmiş. Ona beş güllə dəyib və təcili yardım maşınında xəstəxanaya aparılarkən qan itirmədən yolda keçinib. Hüquq-mühafizə orqanları qətlin sifarişçisini müəyyənləşdirməyə çalışır. Bəzi məlumatlara görə L.Məmmədovu qətlə yetirənlər hazırda Odessa istintaq təcridxanasında saxlanılan kriminal avtoritet Sadik Mirzəyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun üzvləridir.
İddia olunur ki, S.Mirzəyev ötən il Antalyada qətlə yetirilən "Lotu Quli” kimi tanınan azərbaycanlı "qanuni oğru” Nadir Səlifovun Odessa şəhəri üzrə dəstəsinin rəhbəridir.
L.Məmmədovun yaşadığı binanın sakinləri deyirlər ki, o, iki ildir həmin binada kirayə yaşayırdı-arvadı və iki azyaşlı uşağı ilə birlikdə. Sakinlərin dediyinə görə, heç kimlə münaqişə etmirdi və sakit adam təsiri bağışlayırdı. Amma sakinlər onun kriminal qruplaşmaya mənsub olduğunu da eşidiblər.
Ukraynanın Odessa şəhərində gənc iş adamı avtomatla qətlə yetirilib. "Qaynarinfo" xəbər verir ki, qətlə yetirilən şəxs Odessa şəhərində kiçik sahibkarlıqla məşğul olan Şəmkir rayon İrmaşlı kənd sakini, 1996-cı il təvəllüdlü Laçın Nurəddin oğlu Məmmədovdur.
Onun xüsusi kriminal qruplaşma üzvləri tərəfindən qətlə yetirildiyi bildirilir. Artıq L.Məmmədovun qətl anı və cinayətkarın görüntüsü də yayılıb.
Bildirilir ki, L.Məmmədovu qətlə yetirənlər hazırda Odessa istintaq təcridxanasında saxlanılan kriminal avtoritet Sadik Mirzəyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qrupunun üzvləridir.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırmalara başlanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-08-2021, 18:30
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:5-08-2021, 18:30
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29