Qazaxla həmsərhəd erməni kəndində Rusiya sərhədçiləri yerləşdi
Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəd (Qazax rayonu istiqaməti) Voskepar kəndində Rusiya sərhədçilərinin yerləşdirildiyini açıqlayıb. Məlumatda deyilir ki, hazırda kənddə Rusiya sərhədçilərinin arxa cəbhə təminatını həyata keçirmək üçün tikinti işləri görülür.
Erməni KİV-lərinin məlumatlarına görə, Rusiya sərhədçiləri kənddəki evlərdən birində yerləşiblər, söhbət çox güman ki, bir taqım əsgərdən gedir. Yəni Rusiyanın Voskepar kəndində hərbi iştirakı əsasən simvolik xarakter daşıyır.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirmişdi ki, Azərbaycanla sərhəd boyu Rusiya sərhəd qoşunlarının postlarının yerləşdirilməsini təklif edir və bu məsələni rusiyalı tərəfdaşlarla müzakirə edəcək. Paşinyan əsasən dövlət sərhədinin Laçın və Kəlbəcər istiqamətindən keçən hissəsini nəzərdə tuturdu, hansı ki, həmin istiqamətdə tez-tez atışmalar baş verməkdədir. Rusiyada Paşinyanın bu təklifinə ya sükutla reaksiya verdilər, ya da (ayrı-ayrı siyasətçilər və ekspertlər səviyyəsində) əsasən müsbət yanaşmadılar. Ekspertlər qeyd etdilər ki, sərhəd boyu Rusiya sərhədçilərinin yerləşdirilməsini Azərbaycanla da müzakirə etmək lazımdır, hansı ki, Bakı buna heç cür razılıq verməz.
İndi isə Rusiya sərhədçiləri bilavasitə Azərbaycanla sərhəddə olmasa da Ermənistanın Qazax istiqamətindəki sərhəd kəndində yerləşiblər. Bəs bu nədən xəbər verir? Xüsusən də Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal olunmuş, anklav vəziyyətində olan kəndlərinin qaytarılacağı haqda vaxtaşırı olaraq şayiələrin (əsasən erməni KİV-lərində) yayıldığı bir vaxtda.
Hərbi ekspert Karen Ovanesyan hesab edir ki, Rusiya sərhədçilərinin Voskepar kəndində iştirakı anklav ərazilərin geri qaytarılmasına hazırlıqdır. Belə ki, Rusiya sərhədçiləri Azərbaycanın əsas əraziləri ilə Qazaxın həmin anklav kəndləri arasında gediş-gəlişin təhlükəsizliyini təmin etmək üçün ora yerləşdirilə bilərdi. “Əks halda Rusiya sərhədçilərinin orada yerləşdirilməsi üçün heç bir tutarlı səbəb yoxdur. Bu, həmin kəndlərin qaytarılmasına hazırlıq və onların təhlükəsizliyini təmin etmək üçün edilir”,-o deyib.
Ovanesyan təxmin edir ki, Ermənistan həmin kəndləri qaytarmaqla bağlı güzəştə gedib və məsələ yaxın 1-2 ildə həll oluna bilər.
Qeyd edək ki, Paşinyan hökuməti dəfələrlə Qazaxın kəndlərinin qaytarılmasına dair gizli öhdəlik götürməkdə günahlandırılıb. Lakin indiki halda ola bilsin Rusiya sərhədçilərinin Voskeparda yerləşdirilməsi sərhəd boyu eskalasiyanın bu istiqamətə də yayılmasını önləmək məqsədi daşıyır.
Vitualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2021, 08:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-08-2021, 08:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
26-12-2024, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
26-12-2024, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
26-12-2024, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
26-12-2024, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
26-12-2024, 08:29