AzTU rəhbərliyi “AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi ilə tanış olub
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin başçılıq etdiyi nümayəndə heyəti “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Daşkəsən rayonunda yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində səfərdə olub.
“AzerGold” və AzTU arasında 2021-2022-ci illər üzrə əməkdaşlığa dair Fəaliyyət Planına əsasən təşkil olunan tədbirdə QSC-nin İdarə Heyəti sədrinin müavini Oqtay Məmmədov qonaqları müəssisədə yaradılan iş şəraiti, hasilat və istehsalat prosesləri barədə ətraflı məlumatlandırıb, qiymətli metalların ixracı nəticəsində şirkətin ölkə iqtisadiyyatına verdiyi töhfələrdən bəhs edib.
Səfər çərçivəsində AzTU rəhbərliyi Səhmdar Cəmiyyətin fəaliyyətini əks etdirən videotəqdimatı izləyib, emal müəssisəsində həyata keçirilən mürəkkəb və çoxmərhələli istehsalat fəaliyyəti ilə əyani şəkildə tanış olub. Nümayəndə heyəti, həmçinin Absorbsiya-Desorbsiya və Emal Zavodunda olub, metal tökümü və xəlitələrin hazırlanması prosesini izləyib. Qonaqlar daha sonra ÇİRES ərazisində yerləşən Geoloji düşərgədə kernlərin (süxur nümunələrinin) saxlanma anbarına baxış keçirib, nümunələrin sınaqlaşdırma işlərinin icra olunduğu laboratoriyanın fəaliyyəti ilə də tanış olublar.
AzTU rektoru V.Vəliyev “AzerGold” QSC-nin fəaliyyəti ilə daha yaxından tanış olmaq üçün yaradılan şəraitə görə minnətdarlığını bildirib. Rektor dağ-mədən sahəsində müvafiq ixtisaslar üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi baxımdan birgə əməkdaşlığın kifayət qədər faydalı olduğunu diqqətə çatdırıb.
Xatırladaq ki, 12 yanvar 2021-ci il tarixində “AzerGold” QSC və AzTU arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq sənədində qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının
öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və icrası nəzərdə tutulub. Bundan başqa, universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrin şirkətin istehsalat təcrübəsinə cəlb olunması memorandumda öz əksini tapıb. Həmçinin istehsalat təcrübəsində fərqlənmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların birgə tərtibi və digər istiqamətlərdə birgə əməkdaşlıq nəzərdə tutulub.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2021, 11:29
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-08-2021, 11:29
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09