AQTA heyvan kəsimi fəaliyyəti ilə məşğul olanlara müraciət edib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və “ABAD" PHŞ - in birgə layihəsi olan “Ağdam rayonunun Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən heyvan kəsimi məntəqəsi” layihəsinin ikinci mərhələsinə start verilib.
AQTA-dan “Report”a verilən məlumata görə, ikinci mərhələ “ABAD”çıların seçimindən ibarətdir.
Beləliklə, Qarabağ İqtisadi rayonu (xüsusilə Ağdam rayonunun Quzanlı qəsəbəsi) sakinləri olan və heyvan kəsimi ilə daha peşəkar məşğul olmaq istəyən hər kəs ABAD-ın rəsmi saytında yaradılmış ABADçı ol funksiyası vasitəsilə müraciət edə bilər.
Növbəti mərhələdə reyestrə daxil olan iştirakçıların seçimi təşkil olunacaq, onların potensialı və biznes idarəetmə səriştəliliyi dəyərləndiriləcək, ət kəsimi sahəsi üzrə “ABAD”çı və ya ABAD-çılar müəyyən ediləcək və onlara “ABAD” dəstək proqramına daxil olan xidmətlər göstəriləcəkdir. Bununla da yerli sahibkarlara peşəkar dəstək göstərilməklə müasir tələblərə cavab verən xidmətlərin təşkilində yeni imkanlar yaradılacaq.
Xatırladaq ki, heyvan kəsimi məntəqəsi bu ərazilərdə əhalinin əsas məşğuliyyətlərindən biri olan heyvandarlığın, həmçinin heyvan kəsimi fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına, istehlakçıların sağlam ət və ət məhsulları ilə təmin olunmasına, həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlverişli biznes mühitinin formalaşdırılmasına xidmət göstərəcək. Məntəqə zoonoz xəstəliklərin nəzarətdə saxlanılması və heyvandan insana keçən xəstəliklərin qarşısının alınması ilə yanaşı, həmin ərazidə heyvan sağlamlığı və baytarlıq nəzarəti mexanizmlərinin də daha səmərəli təşkil olunmasına köməklik göstərəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2021, 11:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-08-2021, 11:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16