reklam
Regionxeberlericom.az » Cəmiyyət » Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

reklam

Oqtay Gülalıyev başqa xəstəxanaya köçürüldü

Oqtay Gülalıyev bu gün müalicə aldığı Topçubaşov adına xəstəxanadan köçürülüb.
Bu barədə hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev öz feysbuk hesabında yazıb.
O bildirib ki, atası Tibb Universitetinin Cərrahiyyə klinikasında aparılıb və orada müayinə olunacaq.
Qeyd edək ki, ötən gün O. Gülalıyevin qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşmişdi. Qastrostomiya borusu boşluqdan çıxdığı üçün Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinə aparılan hüquq müdafiəçisinə orada müvəqqəti qastrostomiya borusu yerləşdirmişdilər.
Oğlu həmçinin O.Gülalıyevlə bağlı durumun TƏBiB-in nəzarəti altında olduğunu bildirmişdi.





Paylaş:


Müəllif : Tarix:
6-08-2021, 16:15
Sikayət   


loading...
Загрузка...