Narkomaniyaya qarşı qərarlar qəbul edildi
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə cari ilin 6 ayı ərzində aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsi üzrə Komissiyanın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən verilən məlumata görə, Komissiyanın iclasında Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın yerinə yetirilməsinə dair görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.
İclasda Komissiyanın sədri tərəfindən ölkədə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılmaqla, göstərilən sahədə mübarizə işinin təşkili dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilməsi, mübarizə tədbirlərinin gücləndirilməsi, antinarkotik təbliğat, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi qeyd edilərək, qarşıya qoyulmuş vəzifələrin icra vəziyyəti, əldə olunmuş nəticələr, o cümlədən Dövlət Proqramının həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da artırılmasının zəruriliyi Komissiya üzvlərinin diqqətinə çatdırılıb.
Komissiyanın iclasında daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev, Dövlət Sərhəd Xidməti rəisinin müavini Firuz Şirinzadə, səhiyyə nazirinin müavini Rahim Əliyev, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni təmsil etdikləri qurumlar tərəfindən qeyd olunan sahədə aparılan mübarizə tədbirləri və əldə olunan nəticələr barədə çıxış edərək ətraflı məlumat veriblər.
İclasda ümumilikdə qeyd olunub ki, daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilib, müxtəlif marşurutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilib və cinayətkarlardan külli miqdarda güclü təsirə malik narkotik vasitələr müsadirə edilmiş, maarifləndirmə istiqamətində ayrı-ayrı sosial təbəqələr üzrə təbliğat işinin təşkili sistemli xarakter daşımış və profilaktik tədbirlərin keyfiyyətinin artırılması üçün müvafiq əlavə tədbirlər görülüb.
Komissiyanın iclasında son dövrlərdə narkotik vasitələrin ölkəyə gətirilməsi və istifadəsi ilə bağlı faktların çoxalmasından narahatlıq ifadə edilib, bu cür halların qarşısının alınması üçün müvafiq dövlət qurumlarının və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və marifləndirmə işinin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
İclasın yekunu olaraq, gömrük-sərhəd keçid məntəqələrində tranzit yükdaşımalarına nəzarətin gücləndirilməsi, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması, reabilitasiya mərkəzlərinin yaradılması, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təşkili və digər zəruri tədbirlərin həyata keçirilməsi istiqamətində səmərəliliyin daha da artırılması ilə bağlı aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilib.
Paylaş:
Müəllif : Fuad
Tarix:6-08-2021, 22:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:6-08-2021, 22:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29