![reklam](/templates/tema/images/saythazir.png)
Xəzərin səviyyəsi azalır - Alimdən həyəcan TƏBİLİ
![](https://www.regionxeberlericom.az/uploads/posts/2021-08/medium/1628674373_2021-08-11-11-36-0166u5hrmshult1oxixqno_file.jpg)
"1995-ci ildən sonra Xəzərin səviyyəsi kəskin tərəddüdlərə məruz qalmasa da, səviyyə nəzərəçarpacaq dərəcədə azalmağa doğru gedir. Hazırda dənizin səviyyəsi -28 metrə yaxındır".
Bunu Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib.
Alim əlavə edib ki, XX əsrdə dənizin səviyyə dəyişmələri 2 dəfə kəskin xarakter alıb. 1930-cu ildən 1977-ci illərə qədərki müddətdə Xəzərin səviyyəsi 3 metr aşağı düşərək, son 400 ilin mütləq minimumuna (-29 m) çatıb. Lakin 1977-ci ildən səviyyə kəskin şəkildə qalxmağa başlayıb.1995-ci ilə qədər bu artım 2,5 metr təşkil edib.
Mütəxəssis hesab edir ki, kəskin səviyyə dəyişmələri Xəzəryanı ölkələrin iqtisadiyyatına və ekologiyasına ciddi təsir göstərdiyindən onların uzun müddət üçün qabaqcadan proqnozlaşdırılması böyük əhəmiyyət kəsb edir. Lakin təəssüf ki, indiyə kimi dəniz səviyyəsi tərəddüdlərini əvvəlcədən uzun müddət üçün proqnozlaşdırmağa imkan verən etibarlı metodlar mövcud deyil. Əksər hallarda bu haqda verilən proqnozlar dəyişir:
“Məsələn, 1930-1977-ci illərdə dənizin səviyyəsi azalarkən əksər alim və mütəxəssislər səviyyənin düşməsinin gələcəkdə də davam edəcəyini proqnozlaşdırırdılar. Keçən əsrin 70-ci illərində alimlərin Xəzər dənizi səviyyəsinin kəskin aşağı düşməyə davam edəcəyi ilə bağlı bədbin proqnozlar səbəbindən, hətta keçmiş Sovetlər İttifaqında şimala axan Şimali Dvina və Peçora çaylarının istiqaməti dəyişdirilərək Volqa çayına, oradan isə Xəzərə axıdılması üçün layihələr işlənilirdi. Lakin 1977-ci ildən dəniz səviyyəsinin kəskin qalxmağa başlaması ilə bu layihələr öz aktuallığını itirdi”.
Paylaş:
Müəllif : Fuad
Tarix:11-08-2021, 13:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:11-08-2021, 13:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
![reklam](/templates/tema/images/reklam300.png)
Xəbər lenti
Dünən, 12:22
Dünən, 08:59
12-02-2025, 14:01
12-02-2025, 13:55
12-02-2025, 11:17
12-02-2025, 09:04
12-02-2025, 09:02
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739424267_1.jpg)
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739417564_1.jpg)
Su Ehtiyatları Agentliyi qaynayır: şübhəli tenderlər və ya fərqli maaş tətbiqi... - İLGİNC FAKTLAR
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739354429_mg_20250206_233932-1210x642.jpg)
Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/thumbs/1739353951_4619a574-b55a-3eb9-9cf4-2bc31e9c7892_850.jpg)
Adı olub, yeri bəlli olmayan “Agro Best” QSC Dövlət Agentliyindən yenə 62 milyonluq tender uddu - İLGİNC FAKTLAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336344_1.jpg)
Ədalət Muradov üçün kritik dövr - Rektor Dərbənd filialının məzunlarına diplom verə biləcəkmi?
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739336120_1.jpg)
“Kontakt Home”la “İrşad Electronics” qazilərə və şəhid ailələrinə NİYƏ KREDİT VERMİR? - NARAZILIQ VAR...
![](https://www.regionxeberlericom.az/uploads/posts/2025-02/1739291913_1.jpg)