Goranboyda bir həftə əvvəl hava rabitə xəttini qıran kombaynçı axtarılır
Ötən həftə Goranboy rayonunun Qızılhacılı kəndində hava rabitə xətti qırılıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə 1 may küçəsində baş verib.
Küçədə hərəkətdə olan kombayn kəndin telefon rabitəsinin əsas mənbələrindən olan hava kabel xəttini qıraraq hadisə yerindən uzaqlaşıb. Hadisə nəticəsində kəndin əksər hissələrində telefon rabitə xətti sıradan çıxıb. Telefonsuz qalan abunəçilər hadisədən bir həftə keçməsinə rəğmən, qəzanın nəticələrinin aradan qaldırılmadığını idarə rəsmilərinə çatdırıblar, əvəzində qəzanı törədən kombaynçının axtarıldığı cavabını eşidiblər.
Məlumata görə, kombayn hadisəni törədərkən küçədə quraşdırılan kameraya düşüb. Kənd sakinləri APA-nın yerli bürosuna bildiriblər ki, qırılan kabel bərpa olunmamaqla yanaşı, hələ də yolda hərəkət edən avtomobillərin təkərləri altında qalır.
Kənd telefon stansiyasından hadisə ilə bağlı APA-ya bildirilib ki, həqiqətən də qəza nəticəsində bir çox abunəçi telefonsuz qalıb. Bununla belə, gün ərzində mütəxəssislərin əraziyə gələrək bərpa işlərinə başlaması nəzərdə tutulur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:12-06-2019, 11:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:12-06-2019, 11:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 12:01
23-02-2025, 12:52
23-02-2025, 12:39

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır

Qəbələnin icra başçışı “qış yuxusuna” gedib - RAYONUN QARLI YOLLARI HƏR AN TƏHLÜKƏYƏ ÇEVRİLİB