Əliyevlə Paşinyan görüşsün, yoxsa Ayı hamımızı parçalayacaq...
"Paşinyanın İlham Əliyevlə görüşüb, bir çox məsələləri müzakirə etməyə hazır olması haqda bəyanatı dəyərləndirilməli, Rusiyanın, ATƏT-in iştirakı, müdaxiləsi olmadan belə bir görüş keçirilməlidir".
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, görüş Tiflisdə keçirilə bilər:
“Azərbaycan-Ermənistan arasında birbaşa təmaslar başlamalıdır, bunun pozitiv nəticələri ola bilər. Çünki ağlı başında olan hər kəsə aydındır ki, kənardan dialoq təklif edən hər bir güc mərkəzinin öz marağı, öz gündəmi olur və çalışırlar ki, müzakirələr onların çərçivəsindən kənara çıxmasın. Ona görə də birbaşa təmaslar daha effektiv ola bilər”.
Ekspert vurğulayıb ki, belə danışıqlar bölgədə böyük müharibələrin, fəlakətlərin qarşısını ala bilər:
“Şimaldan gələcək bütün təhlükələrə ancaq 3 Qafqaz ölkəsi birgə sinə gələ bilər, ayrı-ayrılıqda hamımızı "Ayı" parçalayacaq, necə ki, bunu 300 ildir bölgəmizdə uğurla edir...”.(Bakipost.az)
Paylaş:
Müəllif : Fuad
Tarix:12-08-2021, 16:11
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-08-2021, 16:11
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti