Tələbə oğlanların hüquqlarını pozan qanun – Ali təhsilə möhlət verilmir
Ali məktəblərə qəbul imahanları başa çatdı, indi tələbə olmağı arzulayanlar həyəcanla nəticələri gözləyirlər. Bu imtahanlar gənclərin ömür yolunu bəlirləyir, insanın həyatında taleyüklü rol oynayır.
Təəssüf ki, bir tək subbakalavr adını qazanmış oğlanlar sevinə bilmirlər. Onlar ali məktəbə sənəd vermək məsələsində ciddi problemlərlə üzləşirlər.
Qanunla subbakalavrlara ixtiyar verilir ki, kollecləri bitirən kimi ümumi orta göstəricilərlə birbaşa ali məktəblərin uyğun ixtisasına sənəd versinlər. Lakin hərbi komissarlıq oğlanlar kollecləri bitirər bitirməz onların adlarını çağırışçı kimi sistemə daxil edir və subbakalavrı bitirən oğlanlar nəticədə ali məktəblərə sənəd verə bilmir. Səfərbərlik Xidmətinin elektron sistemi həmin oğlanların elektron ərizə doldurmasına mane olur. Subbakalavrların ali məktəbə sənəd verməsi üçün Hərbi Komissarlıq onlara möhlət vermir ki, kollecdə oxuyarkən bir dəfə möhlət hüququndan istifadə eləmisiniz. Belə çıxır ki, subbakalavrların imtahansız ali məktəblərə qəbulu haqqında qaydalar yalnız qızlara şamil olunur.
Səfərbərlik Xidməti ali məktəbi bitirmiş bakalavrlara magistraturaya girmək , daha sonra doktoranturada oxumaq üçün bu imkanı yaratdığı halda subbakalavrlara nə üçün ayrıseçkilik edilir?
Axı onların içərsində də potensialı güclü olan gənclər var və şanslarını reallaşdırmaq istəyirlər. Məlum məsələdir ki, əsgərliyə gedib gəldikdən sonra ali təhsil almaq imkanları məhdudlaşır. Çox zaman olan biliklərini itirirlər, ya da gələn kimi işləyib ailə saxlamalı olurlar. Halbuki ali təhsil oğlanlara daha çox lazımdır ki, uğurlu ailə başçıları ola bilsinlər, gələcəkdə iş tapmaqda çətinlik çəkməsinlər.
Qanun oğlan subbakalavrların ali təhsil müəssisələrinə sənəd verməsinə imkan verir, amma digər bir qanun, yəni hərbi xidmət qanunu ilə gənclərin bu şansı əllərindən alınır. Müvafiq qanunda göstərilir ki, subbakalavrlara ali məktəblərə sənəd vermələri üçün möhlət hüququ verilə bilər. Həmin möhlət hüququnun əsasında da subbakalavrlar haqqında məlumatlar hərbi komissarlıq tərəfindən sistemə daxil edilməlidir.
İkinci bir möhlət verməklə, yəni imtahan müddətində icazə verilməklə bu kiçik problem həll oluna bilər. Qəbul olunmayan tələbə payız çağırışı ilə yenə hərbi xidmətə gedə bilər, qaçacaq deyil ki.Qəbul olunarsa da yenə qanunun tənzimlədiyi qaydada xidmətə davam edə bilər.
Ölkəmizə savadlı kadrlar lazımdır. Elm öncəlikdir.Bir savadlı, yaradıcı gənc ölkəyə sıravi əsgərdən daha çox faydalı ola bilər. Bəlkə hansısa elmi kəşfiylə, səmərəli ixtirasıyla o gənc ölkəsi üçün daha faydalı olardı, nəinki bir neçə il tez hərbi xidmətə getməsiylə. Hərbi xidmət kişilik məktəbidir, borcdur, bunu anlayırıq. Sadəcə, ikinci bir möhlət hüququnun verilməsini xahiş edirik. Məsələylə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişik. Yaxın zamanda Xidmətin rəsmi cavabını da dərc edəcəyik. //bizimyol.info//
Paylaş:
Müəllif : Yazar
Tarix:12-08-2021, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-08-2021, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
Dünən, 13:25
NMR Səhiyyə naziri Samiq Sadıxov və TMİB-in icraçı direktoru Vüsal Məmmədov həkimləri yalan məlumat verməyə məcbur edir - İDDİA
Dünən, 13:24
Ramiz Mehdiyevin kürəkəni Azərbaycan məhkəməsini “dubinka”ya çevirib – sahibkar etiraz edir
22-11-2024, 16:08
Su şəbəkələrinə qoşulmanın asanlaşdırılması iqtisadi islahatların tərkib hissəsi kimi – Ekspert rəyi
22-11-2024, 15:39