“Seçkilərdə yenidən iştirak etmək niyyətindəyəm” — Eks DEPUTAT
“Əgər partiya mənim namizədliyimi dəstəkləyəcəksə, böyük məmnuniyyətlə yenidən Milli Məclisdə dairələrin birində iştirak etmək niyyətindəyəm”.
Bunu açıqlamasında eks deputat Çingiz Qənizadə bildirib.
O, qeyd edib ki, Yeni Azərbaycan Partiyasına üzv olmaq üçün Prezidentə məktubla müraciət edib: “Bizim 44 günlük Vətən müharibəmizdən, Qarabağı işğaldan azad etməyimizdən sonra Ali Baş Komandan İlham Əliyev cənablarına məktubla müraciət etdim. Prezidentimizi müharibə dövründə sərkərdəlik xarakterinə, qətiyyətinə, xalqına məhəbbətinə, müharibəni qələbə ilə başa vurmasına görə təbrik etdim və Yeni Azərbaycan Partiyasına qəbul olunmağım üçün icazə istədim. Mənə icazə verildikdən sonra fevral ayının 11-dən YAP-ın üzvüyəm. Bilirsiniz ki, partiya mənsubiyyəti olan şəxslər də partiya ilə razılaşdıqdan sonra seçki prosseslərində iştirak edə bilirlər. Əgər partiya mənim namizədliyimi dəstəkləyəcəksə, böyük məmnuniyyətlə yenidən Milli Məclisdə dairələrin birində iştirak etmək niyyətindəyəm”.
“Bunun üçün də kifayət qədər bilik, bacarıq, savad və fiziki cəhətdən sağlamlığım var. Hesab edirəm ki, buna görə də Parlamentə daha çox fayda verə bilərəm. 2020-ci ildə növbədənkənar seçkilərin nəticələri ləğv edildikdən sonra mən yenə də siyasi fəaliyyətimi davam etdirdim. 2020-ci ildə 115 dəfə Azərbaycan televiziyalarında çıxış etmişəm, dövlətin, dövlətçiliyin yanında olmuş, Prezidentin apardığı islahatlara dəstək nümayiş etdirmişəm. 2021-ci ilin ilk 6 ayı ərzində də bu siyasi-ictimai fəaliyyətim davam etdirilib və 82 dəfə televiziya kanallarında qeyd etdiyim mövqedə çıxış etmişəm. Ümumilikdə; həm 2020, həm də 2021-ci ilin ilk 6 ayı üzrə min dəfədən çox açıqlama və müsahibələrim dərc olunub. Bu da mənim siyasi aktivliyimin nümunəsidir”, - deyə, Çingiz Qənizadə qeyd edib.
Paylaş:
Müəllif : Fuad
Tarix:12-08-2021, 16:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:12-08-2021, 16:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti