“Azərbaycanın şimal və cənub qonşuları üzərilərinə düşən öhdəliklərə əməl etmirlər” - NƏ ETMƏLİ?
İran İslam Respublikasının Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub. Bu barədə XİN məlumat yayıb. Görüşdə səfirin diqqəti İran İslam Respublikasına məxsus yük avtomobillərinin Qarabağa qanunsuz səfər etməsi ilə bağlı aşkar edilmiş arzuolunmaz faktlara cəlb edilib və bununla bağlı qarşı tərəfə nota təqdim olunub. Notada son dövrlər dost İran İslam Respublikasına məxsus müxtəlif təyinatlı avtomobillərinin davamlı olaraq rəsmi Bakının icazəsi olmadan Azərbaycanın Qarabağ bölgəsinə giriş-çıxış etməsi ilə bağlı narazılıq ifadə olunub: "Bir müddət öncə İran tərəfinə şifahi şəkildə çatdırılmış narazılığımız görüş zamanı bir daha İran səfirinin qarşısında qaldırılıb". Görüş zamanı bu kimi narahatlıq doğuran və iki ölkə arasında mövcud yaxın dostluq və tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlməyən hallara son qoyulması istiqamətində İranın yeni administrasiyası tərəfindən əməli addımların atılacağı qeyd olunub.
Politoloq Sədrəddin Soltan bu barədə “Sherg.az”a danışdı:
“Atalarımız yaxşı deyib ki, cidanı çuvalda gizlətmək olmaz. İranın Azərbaycana münasibətində, Rusiya sülhməramlı hərbçilərinin Qarabağdakı fəaliyyətində bu deyim dəfələrlə təsdiqlənib. Əslində İslam Respublikasının rəsmiləri əvvəllər Azərbaycanın işğal altındakı bölgələrində separatçılarla əlaqə saxlamadıqlarını, İrandan işğalçılara ərzaq, yanacaq məhsulları və s. daşımadıqlarını bildirirdilər.
İslam Respublikasının dövlət nömrə nişanı olan yük avtomobillərinin Qarabağa yanacaq və başqa yüklər daşıdığını sübut edən videomaterialları belə Tehran rəsmiləri, onların din xadimləri təkzib edirdi.
44 günlük döyüşlərdə Rusiyadan göndərilən hərbi texnika və silah-sursatın İran ərazisindən Ermənistana ötürüldüyü bu qonşu dövlətin rəsmiləri tərəfindən inkar olunurdu.
Ümumilikdə Azərbaycan müstəqilliyini bərpa edəndən sonra işğalçılara və havadarlarına qarşı mübarizədə İranı heç vaxt yanında görməyib. Bu illər ərzində Tehrandakı hakimiyyət Ermənistana real maddi yardımlar edib, Azərbaycana isə dəstək bəyanatı verib.
Son günlər İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Qarabağla bağlı verdiyi fətva iddiası da müəmmalı olaraq qalmadı.
Tehran hakimiyyətinə yarınmağa cəhdin üstü tez açıldı. Çünki qaydalara uyğun olaraq fətva yazılı, möhürlü olur. Ancaq Xaməneinin belə bir sənədə imza atması barədə fakt yoxdur. Əslində İranın ali rəhbərinin məlum çıxışında ermənilərin hüquqlarının müdafiəsi vurğulanır. Bu günlərdə Azərbaycanın Rusiyanın sülhməramlı hərbçilərinin müvəqqəti nəzarəti altında olan hissəsində yaşayan ermənilərlə İran hakimiyyətinin əlaqələrinə dair yeni faktlar üzə çıxıb. Məsələ ilə bağlı İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə dəvət olunub və ona etiraz notası təqdim edilib. Həmin gün Azərbaycan Müdafiə Nazirliyi də Rusiya sülhməramlılarına xəbərdarlıq edib. Sənəddə bildirilib ki, Ermənistan ordusunun qalıqları Qarabağda yeni postlar qurur. Bildirilib ki, bununla Ermənistan tərəfi məqsədyönlü şəkildə vəziyyətin gərginləşdirilməsi üçün təxribatlara əl atır və s”.
S.Soltanın fikrincə, İranın qonşuluğu artıq fiaskoya uğrayıb:
“Sülhməramlılar mandatına uyğun olmayan fəaliyyətlə Ermənistanın Azərbaycan sərhədində törətdiyi təxribatı dəstəkləmiş olurlar. Elə Ermənistanın yeni müdafiə naziri Arşak Karapetyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə sərhəddəki vəziyyətdən danışarkən “Səbrimiz sonsuz deyil, biz güc tətbiq edəcəyik” deməsi də bu tip fəaliyyətin nəticəsi sayıla bilər. Görüşdə Sergey Şoyqu Ermənistana vəd verərək bildirib: “Rusiya Ermənistan silahlı qüvvələrinin modernləşdirilməsi və islahatına töhfə verməyə hazırdır”.
Şoyqu qeyd edib ki, Rusiyanın 102-ci hərbi bazası yaxşı təchiz olunub və təhlükəsizliyin qarantı kimi Ermənistan ərazisində yerləşir: “Ermənistan Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsində Rusiyanın müttəfiqi və əsas tərəfdaşıdır, bu bölgədə sabitliyin qorunmasında son dərəcə maraqlıyıq”.
Beləliklə, bu kimi faktlar bir daha sübut edir ki, Azərbaycanın şimal və cənub qonşuları yenə də rəsmi sənədlərə və danışıqların nəticəsinə əsasən üzərilərinə düşən öhdəliklərə əməl etmirlər.
Prezident İlham Əliyev iyulun 22-də AzTV-yə müsahibəsində bu məsələlərə toxunaraq xəbərdarlıq etmişdi: “Biz gündəlik monitorinq aparırıq, neçə maşın girib Laçın dəhlizinə, neçə maşın çıxıb. Eyni zamanda, biz xaricdən gələn maşınları da görürük və demişik ki, buna son qoyulmalıdır, bu, yaxşı deyil, bu, bizim ərazimizdir. Bizim icazəmiz olmadan xarici maşın necə girə bilər ora. Bir də əgər kimsə hesab edir ki, biz bunu görmürük, səhv edir. Bəzi hallarda o maşınlara erməni nömrələri yapışdırılır. Ancaq biz oradayıq, biz dəhlizdəyik. Biz hər şeyi görürük, Xankəndini də, dəhlizi də. Ona görə buna da son qoyulmalıdır. Oradan gündəlik çıxan maşınların sayı girən maşınlardan xeyli çoxdur”. Hər nəsnənin ömrü olduğu kimi, yalanın da müddəti var. O, 40 gündən çox sürmür”.
Paylaş:
Müəllif : Fuad
Tarix:13-08-2021, 08:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-08-2021, 08:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25