“Vahabzadə üzr istəsin!” – Azərbaycan deputatından tələb
“Normal və əxlaqı yerində olan adam belə bir açıqlamanı qınamaya bilməz. Yalnız mental sağlamlıq problemləri olan, yaxud başqa maraqlara xidmət edən adam belə bir açıqlama ilə çıxış edə bilər. Öz axmaq və tərbiyəsiz açıqlamalarına görə Jirinovskinin üzünə ən çox tüpürən rus ziyalıları və ictimai-siyasi xadimləridir”.
Bunu BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev İsfəndiyar Vahabzadənin Jirinovskiyə cavab verərkən rus xalqını təhqir etməsi barədə danışarkən deyib.
“İsfəndiyar Vahabzadə yenidən təyinat almayanda Bəxtiyar Vahabzadənin oğlu olduğu üçün ona iş verilməsinin zəruriliyi barədə açıqlama vermişdim. İndi o deyir ki, azərbaycanlıları təhqir etdiyi üçün atam təyyarəyə minib Moskvaya uçar, Jirinovskini döyərdi. Adamdan soruşarlar ki, atan kimi davranmağa sənə kim mane oldu? Əminliklə deyirəm ki, bu sözlərinə görə Bəxtiyar Vahabzadə onu ciddi şəkildə qınayıb, tənbeh edərdi. Onun o fikirləri ilə də razı deyiləm ki, guya deputatlar Jirinovskiyə tutarlı cavab verməyib. Yalnız mənim cavabımı oxusaydı, o cür danışmazdı.
Mən istəmirəm ki, o da Azərbaycanın Jirinovskisi olsun. Rusiyadan fərli olaraq, o, Azərbaycanda heç vaxt vitse-spiker olmayacaq. Vahabzadə öz qeyri-etik davranışını qəhrəmanlıq kimi qəbul edir. Bir tərbiyəsizə görə böyük bir xalqı təhqir etmək qəhrəmanlıq deyil. Hətta o xalqı təmsil edən dövlətin xalqımıza nə qədər pislik etdiyini düşünmüş olsan belə. Mən onu özündə güc tapıb rus xalqından üzr istəməyə çağırıram. Bu onu alçaltmaz. Həm özünü yüksəldər, həm də milli maraqlarımıza uyğun bir addım olar. O, Bəxtiyar Vahabzadənin oğlu olmasaydı, bəlkə də mən belə bir təkliflə çıxış etməzdim”, - Qüdrət Həsənquliyev bildirib. /“Axar.az”
Paylaş:
Müəllif : Fuad
Tarix:13-08-2021, 16:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-08-2021, 16:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti