“Bəzi satıcılar maddi maraqlarından ötrü uşaqları zəhərləyirlər” - Ekspertlər
Son dövrlərdə uşaq və yeniyetmələr arasında siqaretə meyil artıb. Buna bir tərəfdən də ədədlə siqaret satan kiosk və kiçik mağazalar şərait yaradır. 18 yaşdan aşağı şəxslərə siqaret satılması cinayət olsa da bəzi satıcılar maddi maraqlarından dolayı bunu heçə sayır və azyaşlıların özlərini zəhərləmələrinə bir növ vasitəçilik edirlər.
Bu barədə açıqlama verən uşaq psixoloqu Aidə Nəbiyeva siqaretin uşaqların sağlamlığına, psixologiyasına vurduğu zərərdən danışıb:
"Uşaqların siqaret çəkmələrinə əsla icazə verilməməli, onlara bu məhsullar satılmamalıdır. Buna təkcə dövlət deyil, bütöv cəmiyyət, hər kəs riayət etməlidir. Amma çox zaman maddi maraqlardan dolayı və ya müxtəlif səbəblərdən təəssüf ki, azyaşlılara da siqaret satılır. Bu, onların düşüncə səviyyəsinə, psixologiyasına, sağlamlığına, fiziologiyasına çox mənfi təsir edir. Ona görə də həmin uşaqların erkən yaşda həm nəfəs almasında, həm də sinir sistemində problemlər ortaya çıxır".
Azad İstehlakçıları Birliyinin sədri Eyyub Hüseynov da məsələyə münasibət bildirib. Siqaretin bütün dünyanın bəlası olduğunu ifadə edib:
"Azad İstehlakçılar Birliyi 1997-ci ildən bəri filtirsiz və daha təhlükəli siqaretlər istehsal edən 8 müəssisənin bağlanmasına nail olub. Dövlətin tütün məmulatlarından az istifadə edilməsinə dair çox əhəmiyyətli qərarları var. Təsadüfi deyil ki, qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair dövlət strategiyası hazırlanmışdı və bu strategiyaya görə 2015-2020-ci illərdə siqaret çəkilməsinin 10 faiz azaldılması nəzərdə tutulmuşdu. Bundan başqa "Tütün və tütün məmulatları haqqında" qanuna edilmiş dəyişikliklərlə bu məhsullardan istifadəyə daha ciddi məhdudiyyətlər tətbiq olunub. Çox təəssüf ki, hökumətin bu istiqamətdə apardığı işlər biznes qrumları tərəfindən adekvat dəstəklənmir və əhalinin, o cümlədən azyaşlıların məişət narkomaniyasına cəlb olunması prosesi daha sürətlə gedir. Hətta bəzi biznes qurumları o qədər irəli gedib ki, artıq qanunları da tanımır. Qanunla siqaretin ədədlə satılması, reklamı qadağandır və s. Lakin biz marketlərə daxil olanda birinci bizi siqaret qarşılayır. Bu istiqamətdə dəfələrlə təkliflər vermişik ki, siqaretlər örtülü yerdə saxlanılsın, üstündə yazılar olmasın, satış yerlərində 18 yaşdan aşağı uşaqlara satılmasının qadağan olunmasına dair böyük xəbərdarlıq yerləşdirilsin və s. Amma məhəl qoyulmur".
Ekspert azyaşlıların siqaret əldə etdikləri əsas məkanlarından birinin qəzet köşkləri olduğunu diqqətə çatdırıb:
"Təəssüf ki, bu gün qəzet köşkləri siqaret satan əsas müəssisələrə çevrilib. Qanuna görə, təhsil müəssisələri, sağlamlıq mərkəzləri yaxınlığında siqaretin satışı qadağandır. Amma biz görürük ki, hər yerdə satılır. Hökumət siqaretə əlçatanlığı azaltmaq üçün rüsumları, qiymətləri qaldıranda da, bunun yerini qaçaqmal siqaretlər doldurur. Ölkənin əmtəə bazarında külli miqdarda qaçaqmal siqaret var. Beynəlxalq təşkilatların hesablamalarına əsasən, 2017-ci ildə qaçaqmal siqaretə görə Azərbaycanın büdcəsinə 20 milyon dollar ziyan gəlib. Həmçinin mənşəyi məlum olmayan qaçaqmal siqaretlər daha təhlükəlidir. Həmçinin filtirsiz siqaret istehsal edən müəssisələr var. Azad İstehlakçılar Birliyi bu siqaretlərin xaricdə ekspertizasını həyata keçirib. Məlum olub ki, bu siqaretlərin tərkibində olan zərərli maddələrin həcmi 60 faizdən çoxdur. Bununla bağlı məsələ də qaldırmışıq. Valideynlər bizə bildirirlər ki, ucuz olduqlarından azyaşlılar bu siqaretlərdən çox alıb çəkirlər. Bu, məişət nakomaniyasıdır. Bunun qarşısını almaq üçün radikal tədbirlər görülməlidir. Qəzet köşklərindən siqaret tam yığışdırılmalı, burada siqaret satışına qəti şəkildə qadağa qoyulmalıdır". /Trend
Paylaş:
Müəllif : Fuad
Tarix:13-08-2021, 22:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:13-08-2021, 22:21
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16