reklam
Regionxeberlericom.az » Cəmiyyət » "Eldəniz Səlimovun yanına getmək istəyirəm..." - "Təqdimatı dəstəkləmişəm" (Yeniləndi)

reklam

"Eldəniz Səlimovun yanına getmək istəyirəm..." - "Təqdimatı dəstəkləmişəm" (Yeniləndi)


Deputat Azər Badamov həmkarı Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğv olunması səsə qoyularkən əleyhinə səs verdiyi barədə iddiaları təkzib edib. "Bu gün bəzi informasiya vasitələrində Eldəniz Səlimovun deputat toxunulmazlığının ləğvi ilə əlaqədar təqdimatın ələyhinə səs verməyimlə bağlı həqiqəti əks etdirməyən yalan informasiya yayılmışdır. Qeyd etmək istəyirəm ki, Baş Prokurorun Milli Məclisə təqdim etdiyi təqdimatını dəstəkləmişəm və lehinə səs vermişəm. Barəmdə yayılmış bu saxta informasiyaya təəsüflənirəm. Ölkəmizdə qanun alidir və statusundan asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir" - deputat sosial şəbəkədə yazıb. ***Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimov mətbuatın gündəmindən düşmür.
Hazırda Kürdəxanı qəsəbəsindəki Təcridxanada saxlanılan deputatın işi üzrə istintaq araşdırması davam etdirilir.
Xatırladaq ki, Milli Məclisin 98 üzvü E.Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs vermiş, 1 nəfər bitərəf qalmış, 1 nəfər isə səs verməmişdi.
Eldəniz Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs verməyən və bitərəf qalan deputatlardan birinin Tahir Kərimli olduğu məlumdur.
Bəs digəri kimdir?
Modern.az-ın məlumatına görə, bu məsələdə neytral mövqe tutan digər deputat Azər Badamov olub. Məsələ burasındadır ki, A.Badamov parlamentdə E.Səlimovla eyni masa arxasında yanaşı əyləşir.
E.Səlimova yaxınlığı ilə diqqət çəkən A.Badamovun “parta yoldaşı” ilə bağlı səsvermə zamanı onun əleyhinə səs verməyib.
"Eldəniz Səlimovun yanına gedə bilməmişəm. Hazırda bildiyiniz kimi istintaq gedir. O baxımdan görüşə bilməmişik".
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı, parlamentdə E.Səlimovla yaxınlığı ilə seçilən Azər Badamov deyib.
Deputat həbsdə olan həmkarı ilə uzun müddət dostluq əlaqələrinin olduğunu söyləyib:
"Əlbəttə, istəyərdim yanına gedim. Parlamentdə də bir yerdə otururduq. Uzun müddətdir dostluq edirik. Təəssüf ki, belə hadisə oldu".
Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Milli Məclisin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında E.Səlimovun deputat toxunulmazlığına xitam verilib. Həmin gün Binəqədi Rayon Məhkəməsi onun barəsində 3 ay həbs qətimkan tədbiri seçib.


Paylaş:


Müəllif : Tarix:
13-08-2021, 22:38
Sikayət   


loading...
Загрузка...