Rusiya İsfəndiyar Vahabzadənin istəsə nə edək?
Azərbaycanın Pakistan, Moldova və Belarusdakı sabiq səfiri İsfəndiyar Vahabzadənin Rusiya ərazisinə girişinə 50 illik qadağa qoyulub. Bu barədə TASS-a Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat mərkəzindən bildirilib. Buna sabiq diplomatın ruslar haqqında fikirləri səbəb olub.
Bundan əvvəl isə Rusiya Liberal Demokrat Partiyasının sədri (RLDP), Dumanın deputatı Vladimir Jirinovski növbəti dəfə Azərbaycan və ölkə rəhbərliyi haqda təhqiramiz bəyanatlar səsləndirib. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi Moskvaya etiraz notası göndərib. Vladimir Jirinovski bu günlərdə Türkiyə prezidenti haqda da hədyanlar dilə gətirmişdi. Rusiyanın özündə biabırçı reputasiyaya malik Vladimir Jirinovskiyə sabiq səfirin cavabı, barəsində istifadə etməsi “donuz və eşşək” ifadələrindən onu və dəstəkçilərini narahat edib. Özünü rusların müdafiəçisi kimi qələmə verən yəhudi əsilli Vladimir Solovyov Youtube platformasındakı kanalında bəyan edib ki, keçmiş azərbaycanlı diplomat İsfəndiyar Vahabzadəni məhkəməyə çəkmək qərarına gəlib. Səbəb İsfəndiyar Vahabzadənin Azərbaycan haqda xoşagəlməz fikirlər səsləndirən Vladimir Jirinovskinin ünvanına təhqiridir.
Jirinovski bu məsələni şərh edərkən İsfəndiyar Vahabzadənin barəsində cinayət işinin başlanmasının vacibliyini bildirib. “Biz cinayət işinin açılması tələbi ilə Azərbaycan Respublikasının Prezidentinə sərt məktub göndərəcəyik. Bu təhqir dəhşətlidir. Orta əsrlərə aiddir”, - deyə Jirinovski həşir qaldırıb.
Jirinovski-Solovyov tandeminin məhkəmə hədəsi reallaşarsa, İsfəndiyar Vahabzadəni nə gözləyir? İsfəndiyar Vahabzadə Vladimir Jirinovski haqda dediyi fikirlərə görə hər hansı məsuliyyətə cəlb edilə bilərmi?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Jirinovskinin illərdir Azərbaycan və onun rəhbərliyi haqda dediklərinə əhəmiyyət verilmir, o, Azərbaycana dəvət edilərək hörmət və ehtiramla qarşılanır: “Amma hər bir dözümlülüyün arxasında bir iti hərəkət, sərt cavab da olur. Bunu Vladimir Jirinovski də bilməli idi. Dəfələrlə ölkəmiz, xalqımız haqda hədyanlar danışıb, ağlına gələni dilinə gətirməkdən çəkinməyib. Rusiya siyasi rəhbərliyindən Vladimir Jirinovskinin sərsəmləmələrinə ”dur" da deməyib. Nəhayətdə İsfəndiyar Vahabzadə onun şəxsinə yönəlik çox sərt fikir bildirib. Bu adamlar Azərbaycan xalqına qarşı hörmətsizliyə son qoymalıdır. Sərt cavab istəmirlərsə, öz leksikonları ilə cavab almaq istəmirlərsə, Azərbaycanda gördükləri hörmət-izzəti yerə vurmasınlar".
Hüquqşünas bildirib ki, Azərbaycan tərəfi də Jirinovskini məhkəməyə çəkə bilər: “Əslində Azərbaycan tərəfi Rusiyada vəkil tapıb Jirinovskini son çıxışlarına görə məhkəməyə verməlidir. İsfəndiyar Vahabzadəyə gəldikdə isə, onun barəsində 50 il Rusiyaya girişinin qadağan edilməsi qərarı verilib. Yəni artıq Rusiya tərəfi özünün mülahizələrinə əsaslanaraq onu cəzalandırıb. Vladimir Jirinovskinin İsfəndiyar Vahabzadəyə qarşı iddiası olarsa, həmin iddiaya Azərbaycanda baxılmalıdır. Bunun üçün Jirinovski Azərbaycandan vəkil tutmalı, vəkil də onun adından məhkəməyə müraciət etməlidir. İsfəndiyar Vahabzadənin Jirinovskiyə yönəlik ifadələrində böhtan və təhqirin olmasını hələ sübut etmək lazımdır. Hesab edirsə ki, təhqir olunub, bu hüququndan yararlana bilər. Azərbaycan qanunvericiliyi ilə bu məsələ ölkəmizdə qaldırılmalıdır. Çünki İsfəndiyar Vahabzadənin fikirləri olan video ilk olaraq Azərbaycanda yayımlanıb. Sonradan Rusiya KİV-lərində yayılması məsələnin mahiyyətini dəyişmir. Mənbə, yaşayış yeri Azərbaycandır. Jirinovski Azərbaycan məhkəməsinə müraciət etməlidir”.
Hüquqşünas deyir ki, Vladimir Jirinovski xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməlidir: “Jirinovski və tərəfdarları Azərbaycan prezidentinə məktub yazmaqla da səhv edirlər, əgər təhqir olunublarsa, hesab edirlər ki, barələrində təhqir işlədilib, gedib məhkəməyə müraciət etmək lazımdır. Bu zaman sübutları məhkəməyə təqdim etmək vacibdir. Ondan sonra məhkəmə məsələyə qiymət verəcək.
İstənilən halda Vladimir Jirinovskiyə adekvat cavab verilib. İsfəndiyar Vahabzadə ona hələ gec cavab verib. O, illərdir ki, Azərbaycan xalqını, onun bəzi fərdi şəxslərini təhqir edir. Danışmadıqca, xoş münasibət sərgilədikcə, daha da azğın, qudurğan ifadələr dilinə gətirir. Cavab veriləndə isə özünü təhqir edilmiş sayır. İstənilən ədalətli məhkəmə araşdırması Jirinovski barəsində fikirlərin özünün adekvat olmayan çıxışlarından doğduğunu sübut edə bilər. Əgər Jirinovski təhqir edilibsə belə, bu onun illərlə davam edən faəliyyətin nəticəsidir. Prezidentə müraciət etməkdən danışır, amma 3 gün əvvəl danışdıqlarını da unudur. Azərbaycan müstəqil, sivil, demokratik dövlətdir və Prezident məhkəməyə göstəriş verə bilməz. Bu, hüquqdan kənar məsələdir. Daim qalmaqalların içində olan, saçı-başı ağarmış birinin sərsəmləmələrinə cavab verilib və indi adamın səsi aləmi başına götürüb".
Hüquqşünas əlavə edib ki, Azərbaycan məhkəməsi Jirinovskinin xüsusi ittiham qaydasında verəcəyi şikayət əsasında İsfəndiyar Vahabzadə barəsində ittihamedici hökm çıxararsa belə, o, cəzasını ölkə daxilində çəkməlidir. Onun digər dövlətə təhvil verilməsi Azərbaycan qanunlarından kənardır.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-08-2021, 10:31
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-08-2021, 10:31
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
24-12-2024, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
24-12-2024, 11:29