Kəmaləddin Heydərovun müavini general Hacıyev də Kiyevdəki qətlə görə dindirildi
20 il əvvəl Kiyevdə qətl törətmək ittihamı ilə həbs olunan general Rövşən Əkbərovun işi üzrə şahid qismində fövqəladə hallar nazirinin müavini, general Orucəli Hacıyev də dindirilib.
Orucəli Hacıyev o vaxt bu iş üzrə dindirilərkən iş adamı Elçin Əliyevi öldürənin kim olduğunu dəqiq bilmədiyini demişdi. Amma bu ilin martında təkrar istintaq zamanı dindirilərkən deyib ki, Elçin Əliyevin Rövşən Əkbərov tərəfindən bıçaqlandığını eşidəndən sonra hadisə yerinə gedib.
O.Hacıyev bildirib ki, 1995-1997-ci illərdə Sumqayıtda məişət kimyası zavodunda ”İnterxrom”şirkətinə rəhbərlik edib, həmin ərəfədə Ukraynada sahibkarlıq fəaliyyəti ilə məşğul olub, bununla əlaqədar Kiyev şəhərinə gedib-gəlirdi. 2000-ci ildə rəhbərlik etdiyi şirkətin bir zavodunu da həmin ölkədə inşa etdirməyə qərar verib. Səməd və Mədət Novruzov qardaşlarını 1994-cü ildən tanıdığını, onların vasitəsilə də Elçin Əliyevi tanıdığını deyib: “Səməd və Mədət qardaşlarının biznesini Elçin idarə edirdi. Kiyevə gedəndə Elçinlə görüşüb zavod inşa etdirmək istədiyini dedim. O da cavabında Ukraynada uzun müddət yaşadığını, geniş əlaqələrinin olduğunu, lazımi köməklik göstərəcəyini söylədi”.
O.Hacıyev ifadəsində 2000-ci ilin sonlarında Kiyev şəhərinin Xreşatik küçəsində iki otaqlı ofis icarəyə götürdüyünü, Ukraynada olarkən işlə bağlı gününün çox hissəsini orada keçirdiyini deyib. Hadisədən bir gün öncə Elçinlə ofisdə görüşüblər, yeni şirkətin təsis olunması, Ukrayna ərazisində yaşamaq hüququ əldə etmək üçün sənədlərin toplanması ilə məşğul olublar: “Bir qədər sonra Məzahir, daha sonra Musaxan da ofisə gəldi. Onların hər ikisini Elçinə görə tanımışam. Birlikdə “Abşeron” restoranına şam yeməyinə gediblər. Ümumi söhbətdən belə başa düşdüm ki, şam yeməyindən sonra Elçinlə Məzahir Azərbaycanın Ukraynadakı səfirliyində təşkil olunan məclisə getməyi planlaşdırırlar. Amma onların dəqiq səfirliyi gedib-getmədiklərindən xəbərim olmayıb”.
Gecə saat 03:00-04:00 radələrində M.Şıxaliyev O.Hacıyevə zəng vuraraq qışqıra-qışqıra “Elçini bıçaqladılar” deyib, ağlayıb. Ondan təcili “Lukyanovskiy bazar” deyilən əraziyə gəlməsini istəyib: “Soruşdum ki, Məzahir, Elçini kim bıçaqlayıb? O da cavabında “Rövşən vurdu, Rövşən vurdu” dedi. Dedim, niyə axı, nə baş verdi? Məzahir telefonu qapatdı. Həmin vaxt Rövşənin kim olduğunu bilməsəm də sonradan məlum oldu ki, Milli Qəhrəman Rövşən Əkbərovdur”.
O.Hacıyev ifadəsində nəql edir ki, xəbəri eşidən kimi taksi ilə Məzahirin dediyi yerə gedib: “Yolun kənarında bir neçə nəfər dayanmışdı. Çatanda gördüm ki, Elçin yerdə uzanıb, Məzahir onun başını öz dizləri üstündə saxlayıb, ağlayır, dayanmadan “bunun valideynlərinə nə cavab verəcəyəm” deyirdi. Bir daha Məzahirdən nə baş verdiyini soruşdum. Yenə “Rövşən bıçaqladı” deyə cavab verdi. Elçinin hələ sağ olduğunu, ölmədiyini düşünüb çiyinlərindən tutub soruşdum ki, səni kim vurub? Cavab vermədi, hərəkətsiz idi, rəngi ağarmışdı. Kafenin mühafizəçisi Elçinin artıq keçindiyini dedi. Həyacan keçirmişdim, şok vəziyyətində idim, ağlamağa başladım”.
Təxminən on dəqiqə sonra hadisə yerinə Musaxan Əliyevlə birgə polis əməkdaşları da gəliblər. E.Əliyevin meyiti təcili yardım maşını ilə meyitxanaya göndərilib. Mərhumu tanıyan, hadisə yerində olan şəxslər Şevçenko polis şöbəsinə aparılıblar: “Polis bölməsində olanda əvvəllər səfir işləmiş Nazim İbrahimov da oraya gəlmişdi. Mərhumun arvadına və valideynlərinə hadisə barədə kimlərin məlumat verdiyini isə mən bilmirəm”.
Polis Şöbəsindən çıxdıqdan sonra O.Hacıyev M.Əliyevlə ofisə gələrək, Elçinin ölümü ilə bağlı ümumi söhbət aparıblar. Ertəsi gün O.Hacıyev M.Şıxaliyevə zəng vurub ofisə çağırıb, hadisə barədə bir daha detallı soruşub. M.Şıxaliyev də cavabında Elçinlə kafedə pivə içən zaman R.Əkbərovun bir nəfərlə oraya gəldiyini, onların əyləşdiyi masanın arxasında əyləşdiklərini, həyətə çıxdıqda heç bir səbəb olmadan avtomobildən götürdüyü bıçaqla Elçini ürəyindən vurduğunu deyib. Hadisədən təxminən on gün sonra E.Əliyevin atası Fəday Əliyev Kiyev şəhərinə gələrək oğlunun R.Əkbərov tərəfindən öldürülməsi ilə bağlı aidiyyatı qurumlara şikayət edib: “Elçinin toyunda onun atası ilə tanış olmuşdum. Ofisə gəldi, Məzahirdən eşitdiklərimi ona danışdım, Elçini general Rövşən Əkbərovun öldürdüyünü bildirdim”.
Şahid ifadəsində mərhum E.Əliyevin çox sakit və mülayim insan olduğunu, ətrafında hamı ilə mehriban davrandığını, heç kimlə ədavəti, düşmənçiliyi olmadığını vurğulayıb. General R.Əkbərova gəlincə isə Milli Qəhrəman olduğunu eşitsə də, onunla nə hadisədən əvvəl, nə də sonra heç bir münasibəti, əlaqəsi olmayıb.
"Rövşən Əkbərovla Elçinin və Məzahirin arasında olan münasibət barədə heç bir məlumatım yoxdur. Məzahirin dediklərindən eşidib bilmişəm ki, Elçini Rövşən Əkbərov bıçaqla vurub öldürüb. Hadisənin səbəbi barədə Məzahirdən soruşduqda hüquq-mühafizə orqanlarına hadisənin səbəbləri barədə danışdığını dedi. Rövşən Əkbərovun səfirliyin binasını nə vaxt, kiminlə tərk etdiyini, “Sikora” kafesində nə baş verdiyini, Elçini hansı səbəbə görə öldürməsi haqda məlumatım yoxdur. Çünki, mən “Abşeron” restoranından çıxandan sonra evə getmişəm, yalnız Məzahirin zəngindən sonra hadisə yerinə gəlmişəm. Elçinin Rövşən tərəfindən öldürüldüyünü Məzahirdən eşitdiyimə və şokda olduğuma görə əvvəl qətlin kim tərəfindən törədildiyini dəqiq bilmədiyimi demişəm. Bu hadisə ilə bağlı Nazim İbrahimovla görüşüb danışmamışam. Amma bildiyimə görə Nazim İbrahimov Rövşən Əkbərovla görüşüb bu haqda söhbət edib. Hadisə baş verən ərəfədə səfirliyin ərazisində olmamışam. Məzahirin dedikləri haqda, yəni cinayətin Rövşən Əkbərov tərəfindın törədəilməsi barədə bütün ifadələrimdə bildirmişəm. İfadələrimi oxumadan imzaladığıma görə həmin hissədə məni dindirən şəxslərin müvafiq qeydlər aparıb-aparmamasına fikir verməmişəm”,-Orucəli Hacıyev ifadəsində bunları bildirib.
Qeyd edək ki, Elçin Əliyevin öldürülməsinin yeganə şahidi olan Məzahir Şıxaliyev hazırda sağ deyil.
Bundan əvvəl Nazim İbrahimovun istintaqa ifadəsi yayılmışdı və o, bildirirdi ki, hadisədən sonra Rövşən Əkbərov otelə onun yanına gəlib. Elçin Əliyevi öldürdüyünü söhbət zamanı təsdiq edib. R.Əkbərov isə qətli törətdiyini inkar edir./virtualaz.org
Paylaş:
Müəllif : Fuad
Tarix:14-08-2021, 17:59
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:14-08-2021, 17:59
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16