Qarabağın bərpası üçün nə qədər vəsait lazımdır?
“2030-cu ilə qədər işğaldan azad olunmuş torpaqların – şəhərlərin, qəsəbələrin, infrastrukturun bərpasına, minalardan təmizlənməsinə ən azı indiki məzənnə ilə 50-60 milyard manata yaxın, təqribən 25-30 milyard avro vəsaitə ehtiyac yaranacaq”.
Bunu açıqlamasında iqtisadi ekspert Natiq Cəfərli Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün lazım olacaq maliyyə vəsaitindən danışarkən deyib. Ekspert hesab edir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası hələ uzun illər vaxt aparacaq:
“Bu çox böyük vəsaitdir. Yaxın 8-10 ildə bu istiqamətdə ciddi yatırımlara, maliyyə resursların ehtiyac var. Çox güman ki, Prezident “CNN Türk”ə müsahibəsində bu il üçün nəzərdə tutulan vəsaiti dedi. Bu il işğaldan azad olunan torpaqlarda bərpa işlərinin başlanılması üçün büdcədə 2,3 milyard manata yaxın vəsait nəzərdə tutulub”.
Natiq Cəfərli hesab edir ki, sözügedən vəsait Neft Fonuda var:
“Neft Fondunda təqribən 43 milyard dollar yaxın vəsait var. Amma Neft Fondunun da öz xərc istiqamətləri var. Hər il büdcənin yarısı Neft Fndundan transfer hesabına formalaşır və ordan insanların maaşları, digər xərclər ödənilir. Ona görə də Azərbaycının böyük vəsaitlərə ehtiyacı yaranacaq ki, bunun üçün əlavə mənbələrə çıxış imkanları olmalıdır. Ölkə daha çox pul qazanmalıdır. Həm də neftdən asılılığı azatmalıyıq. Bunlar parallel baş verməlidir deyə daha böyük çağırışlarlar, çətinliklərlə üzbəüz qala bilərik”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində “Qarabağın və Şərqi Zəngəzurun bərpası üçün kifayət qədər maliyyə vəsaiti toplanıb”,-deyə bildirib./qaynarinfo
Paylaş:
Müəllif : Fuad
Tarix:16-08-2021, 17:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:16-08-2021, 17:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti