ƏFQANISTAN “ƏL-QAİDƏ” İLƏ “TALİBAN” ARASINDA - ““Taliban” ciddi dəstək görsə, daha bir 11 sentyabr hadisəsi baş verəcək”
Əfqanıstanın bütün şəhərlərinin “Taliban” hərəkatı tərəfindən sürətlə zəbt edilməsi bir sıra mühüm suallar meydana gətirir.
İlk öncə sual olunur: ABŞ nəyə görə radikal ruhlu dini təşkilatlardan gələn təhlükələrə qarşı sinə gərə biləcək hökumət yarada bilmədi? Bəlkə son iyirmi il ərzində Vaşinqton "Taliban"ın gücünün saxlanmasını istəyib? Biz Əfqanıstandakı inidiki vəziyyət və onun region üçün hansı nəticələrə gətirib çıxaracağı barəsində nə deyə bilərik?
Elə görünə bilər ki, Amerika Əfqanıstanda olduğu müddət ərzində “Taliban” hərəkatından öz siyasi rəqiblərinə, xüsusən də Çinə qarşı bir alət kimi istifadə edib. Vaşinqton iqtisadi mübarizədə Çinə uduzub və istəyib ki, ona başqa yolla – “Taliban” və “Əl-Qaidə”nin köməyi ilə əngəl törətsin. ABŞ istəyir ki, Əfqanıstan dünyanın qalan hissəsinə terrorizm ixrac edən platformaya çevrilsin. Əlbəttə, bu gedişat Çinə mütləq təsir edəcək. ”Əl-Qaidə”, “Taliban” və “İŞİD” Çinə qarşı fəaliyyət göstərə bilərlər. Bu terror təşkilatları Çinin həyata keçirmək istədiyi layihələrə son qoya və ya ən azından onları əngəlləyə bilərlər.
Əgər Çin Əfqanıstan münaqişəsinə cəlb olunarsa, o zaman 1979-cu ildə Əfqanıstana girən Sovet İttifaqının aqibətini təkrar etmiş olar. Məlumdur ki, SSRİ Əfqanıstanda məğlub olaraq, 1989-cu ildə oranı tərk etmək məcburiyyətində qalmışdı. Bundan sonra isə SSRİ dağıldı.
Amerika 20 il bundan öncə “Əl-Qaidə” terror təşkilatını məhv etmək adı altında Əfqanıstana daxil oldu. Amma yalnız bundan on il sonra onun başçısı Usama Ben Laden öldürüldü. İndi bizim qarşımızda sual durur: Vaşinqtonun uğursuzluğa düçar olmasının və “Əl-Qaidə” liderinin belə gec məhv edilməsinin səbəbi nədir? Və necə olur ki, “Əl Qaidə”nin indiki lideri Ayman az Zəvahiri hələ də sağ və fəaldır?
ABŞ iddia edirdi ki, ”Taliban”a qarşı vuruşur, amma buna baxmayaraq, ona öz cərgəsinə 60 min yaraqlı cəlb etməyə imkan verdi. Bəli, bu, çox böyük gücdür və onu hesaba almamaq olmaz. Sözsüz ki, hər şeyə rəğmən Vaşinqton Kabildə güclü hökumət qura bilərdi, lakin bu, baş vermədi.
ABŞ-ın Əfqanıstandakı iyirmi illik iştirakı rəmzi xarakter daşıyıb və Ağ Ev tərəfindən Əfqanıstanı tərk etmək qərarı veriləndə Amerika kəşfiyyatı oradakı vəziyyət barədə məruzə dərc etmişdi. Həmin məruzədə deyilirdi ki, onlar bu ölkəni tərk etdikdən üç ay sonra Kabildəki hökumət çökəcək.
Ağ Evdəki siyasətçilərin dəyərləndirmələri də fərqli deyildi və ona görə də ABŞ administrasiyası “Taliban” hakimiyyəti tam ələ keçirənədək qoşunların sürətlə çıxarılmasına çalışırdı. Vaşinqton Pekinə elə Sovet İttifaqına göstərdiyi kimi münasibəti göstərir. Ağ Ev istəyir ki, Çini aparıb Əfqanıstan tələsinə salsın. Əlbəttə, Çin bunu çox yaxşı anlayır.
Amerika iki dəfə səhv edib. Birinci dəfə o, 1979-cu ildə SSRİ-ni dağıtmaq məqsədi ilə əfqan yaraqlılarına yardım etmişdi. Əfqanıstan müharibəsi Sovet İttifaqının dağılmasının və 2001-ci ildə Nyu-Yorkdakı “Ümumdünya Ticarət Mərkəzi”nə hücum edən “Əl-Qaidə” terror təşkilatının meydana gəlməsinin səbəblərindən biridir.
Sovet İttifaqına qarşı mübarizədə Amerikanın dəstəyini alan bu terror təşkilatı sonradan ABŞ-ın özünə qarşı çıxdı. Ehtimal edilir ki, əgər “Taliban” irəlidə də ciddi dəstək görərsə, o zaman daha bir “11 sentyabr hadisəsi” baş verəcək.
Beləlkilə, Əfqanıstan radikal islamçı təşkilatlar üçün yaxşı sığınacağa çevrilir. Beynəlxalq birliyin bu məsələ ilə bağlı göstərdiyi səhlənkar mövqe gələcək böhranın miqyasından xəbər verir. Belə görünür ki, Əfqanıstandan gələn terror təhlükəsi iri dövlətlərin dəstəyi sayəsində ya da ki, onların terror təşkilatlarının fəaliyyətinə göz yummaları üzündən artır. Bu təşkilatlarla mübarizə aparmaq üçün ərəb ölkələri və digər dövlətlərin ümumi, vahid mövqe nümayiş etdirmələri və bütün qüvvələrin səfərbər olunması gərəkdir. Həmçinin, hərbi qruplaşmalara və onları dəstəkləyən ölkələrə qarşı strategiya işlənib hazırlanmalıdır.
“Al-Ain”- (Birləşmiş Ərəb Əmirlikləri)
Tərcümə: “AzPolitika.info”
Paylaş:
Müəllif : Fuad
Tarix:17-08-2021, 15:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:17-08-2021, 15:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09