Ölkədə olmayanlara COVID-19 sənədi satan tibb işçisinə cinayət işi açıldı
Masallı rayonunun Sığdaş kəndində ölkə ərazisində olmayan bəzi şəxslərin qanunsuz olaraq COVID-19 əleyhinə I doza vaksinasiya olunmaları barədə daxil olmuş material əsasında Masallı rayon prokurorluğunda araşdırma aparılıb.
Masallı rayon prokurorluğundan Yeniavaz.com-a verilən məlumata görə, araşdırma ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının feldşeri Ziyafət Ağababayev tərəfindən rayonun Sığdaş kəndinin bəzi sakinlərinin ölkə ərazisindən kənarda olmalarına baxmayaraq onlara vaksin vurulmadığı halda COVID-19 əleyhinə I doza vaksinasiya olunması və bu barədə saxta sənədlərin tərtib edilməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.
Paylaş:
Müəllif : Fuad
Tarix:18-08-2021, 11:23
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Fuad
Tarix:18-08-2021, 11:23
Sikayət
Загрузка...
Oxşar Xəbərlər

Xəbər lenti
Dünən, 10:45
Dünən, 09:49

Əlillik dərəcəsi almaq üçün evini satıb, 16 100 manat rüşvət verdi, amma... - DAŞKƏSƏN SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞDİYİNİ DEYİR