Dilqəm Əsgərov girov düşdüyü yerə getmək İSTƏYİR... - "Bunun üçün müraciət etdim, dedilər ki, icazə almalıyam..."
“Kəlbəcərə getmək istəyirdim, amma icazə almalı olduğum üçün gedə bilmədim”.
Bu sözləri Modern.az-a erməni girovluğundan azad edilən Dilqəm Əsgərov deyib. O, doğma yurduna getmək istəsə də, alınmayıb.
“Əlbəttə, Kəlbəcərə getmək istəyirəm. Bunun üçün müraciət etdim. Dedilər ki, icazə almalıyam. Mən Kəlbəcərə gedəndə heç kimdən icazə almamışdım. Sözün açığı, buna görə incidim. Kəlbəcərə mütləq gedəcəyəm, dağ yolu ilə gedib, yurdumu ziyarət edəcəyəm”, - deyə keçmiş girov söyləyib.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. İşğal altındakı Dağlıq Qarabağda həmvətənlərimiz üzərində qurulan “məhkəmə”nin qərarı ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub. 2014-cü ilin iyul ayında Şahbaz Quliyev və Dilqəm Əsgərov Bakıya gətirilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:18-08-2021, 16:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:18-08-2021, 16:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti